PUTİN PAŞİNYANI MOSKVAYA ÇAĞIRDI... - Rusiya hərbi-siyasi rəhbərliyi hansı yolu seçəcək?

PUTİN PAŞİNYANI MOSKVAYA ÇAĞIRDI... - Rusiya hərbi-siyasi rəhbərliyi hansı yolu seçəcək?Rusiya aprelin 6-da Avropa İttifaqının vasirtəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirdikləri görüşdə əldə olunan razılaşmaları pozmaq üçün hərəkətə keçib.

Moskvanın nəzarətində olan keçmiş siyasi elita Nikol Paşinyan hökumətini devirmək çağırışları səsləndirir. Onların ən fəallarından Erməni İnqilab Federasıyası Daşnaksyutun (EİFD) təşkilatı bəyan edib ki, Ermənistanın hazırkı hökumətinin istefaya göndərilməsi və danışıqlar aparan şəxsin dəyişdirilməsi vəziyyətdən çıxış yolu üçün ilk addımdır.

Xatırladaq ki, Brüssel görüşündən iki gün sonra Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Moskvaya çağırılıb və Sergey Lavrov ona Moskvanın patronajlığı ilə imzalanmış üçtərəfli razılaşmaları xatırladıb. Daha sonra Rusiya XİN rəhbəri Qarabağa danışıqları üçün xüsusi nümayəndə təyin edib.

Aprelin 19-da isə Ermənistanın Baş nazirinin Moskvaya səfəri planlaşdırılır. Bu səfərdən nə gözləmək olar, Rusiya öz müttəfiqindən nə tələb edəcək, Brüssel razılaşması pozula bilərmi?

Politoloq Fərhad Məmmədov bildirir ki, son həftələrdə proseslərin dinamikasına əsasən, Rusiyanın fəallaşmağa çalışacağını ehtimal etmək olar: "Əsas odur ki, bu fəaliyyət hansı istiqamətdə olacaq. 44 günlük müharibə Azərbaycanın regionda nüfuzunu artırdı. Moskva ATƏT-in Minsk Qrupunda Parisdən və Vaşinqtondan ayrıldı, Lavrov hətta ölkələri "küsəyən özünə vurğunlar" adlandırdı".

Ekspert əlavə edir ki, Rusiyanın ən mühüm iki funksiyası var idi:

"Bakı ilə İrəvan arasında yeganə vasitəçi olaraq qalmaq;

Sülhməramlılara Bakı ilə Qarabağ erməniləri arasında təmaslarda vasitəçilik etmək imkanı yaratmaq.

Bununla yanaşı, Rusiya Ermənistan ərazisində müəyyən əhəmiyyəti olan nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsini nəzərdə tuturdu. Yəni, Moskvanın post-münaqişə regionunda iştirak edə biləcəyi bir çox mövzular var idi. Rusiya üçün ən önəmlisi o idi ki, regionda Qərbin rolu daralırdı, onun yerini Türkiyə tutdu".

F.Məmmədov deyir ki, 2021-ci ilin birinci yarısında Rusiya öz hərəkətsizliyi ilə nümayiş etdirdi ki, o, müharibədən əvvəlki dövrün strategiyasını – "həm bizim, həm də sizin" siyasətini davam etdirir: "Nəticədə bu gün gündəmdə olan mövzuların heç biri ilə bağlı qərar yoxdur. Avropa İttifaqı (Aİ) isə gündəlikdəki mövzular üzrə dialoqa qoşulub. Qərb bu mərhələdə Aİ timsalında maliyyə və məsləhət dəstəyi ilə regionumuzda özünü göstərdi. Qərbin meydana çıxması həm də Ermənistanın xahişləri ilə bağlı olub.

Azərbaycan Ermənistanın bu təşəbbüsünə etiraz etmədi, çünki:

- Bakının regionla bağlı öz gündəliyi var və Azərbaycan bunu sistemli şəkildə həyata keçirir;

- Aİ vasitəçiliyi öz neytrallığını nəzərdə tuturdu və buna görə də Bakı Aİ-dən gələn təhdidləri neytrallaşdırmaq imkanı əldə etdi. Aİ-nin maliyyə paketləri bariz nümunədir;

- Aİ Ermənistanı Bakının gündəminə əməl etməyə inandıra bilsə, niyə də olmasın".

Politoloqun sözlərinə görə, Fransa Xarici İşlər Nazirliyi, ABŞ Dövlət Departamenti və Rusiya Xarici İşlər Nazirliyinin son açıqlamaları da göstərdi ki, bu ölkələrin Minsk Qrupunda təmsilçiləri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində iştirak edən nümayəndələrə çevriliblər.

"Yəni, Minsk Qrupu bitmək üzrədir, baxmayaraq ki, bu müstəvi Ermənistanın ən azı hansısa formada "status" məsələsini gündəmə gətirmək üçün son ümid yeri idi. Lavrov da həmsədr ölkələrin ermənilərin maraqlarını qurban verdiklərini deyəndə bunu nəzərdə tuturdu",- o qeyd edib.

F.Məmmədov deyir ki, Rusiya yumşaq güc mexanizmlərini - münaqişədən sonrakı sülh gündəmini itirib, sülhməramlıların timsalında yalnız hərbi çəkmələri qalıb. Amma Ukrayna müharibəsi göstərdi ki, təkbaşına bu çəkmələrin görəcəyi bir iş yoxdur...

Beləliklə, 19 apreldə Paşinyan-Putin görüşündən sonra Rusiya hansı mövqedə olacaq?

F.Məmmov bir neçə variant irəli sürür:

"- Konstruktiv xətt. Üçtərəfli bəyanatlara əsaslanıb əvvəlki təşəbbüsü bərpa etmək. Yeri gəlmişkən, Lavrov Brüsseldə Moskvanın adının çəkilmədiyini dedidkdə qeyri-dəqiqliyə yol verib. Şarl Mişelin bəyanatında üçtərəfli bəyanatlara iki istinad var. Moskva bölgədə nəqliyyat kommunikasiyaların açılması ilə başlanğıc edə bilər. Bu addımın hətta aprelin sonuna qədər atılması mümkündür. Daha sonra sərhədlərin dəqiqləşdirilməsi və sülh müqaviləsinin müzakirəsi başlaya bilər. Paralel olaraq, Azərbaycanda sülhməramlıların müvəqqəti qaldığı bölgəsində gərginliyi azaltmaq, ərazinin demilitarizasiyasını təmin etmək mümkündür. Bu addımlar Rusiyaya bir çox məsələləri həll etməyə və konstruktivlik nümayiş etdirməyə imkan verəcək.

- Qarşıdurma xətti. Ermənistana bəzi silahları vəd etmək və hətta onları nümayişkəranə şəkildə onlara ötürmək, Paşinyan hakimiyyətinə dəstək vəd etmək, paralel olaraq rusiyayönlü radikal müxalifətə və Qarabağdakı hərbi cinayətkarlara dəstək vermək. Belə bir davranış sərgilməklə Azərbaycan və Türkiyənin təşəbbüslərini rədd edilməsi, vasitəçilik missiyasının tamamilə itirilməsi və Paşinyanın özünün devrilməsi riski var. Çünki bu xəttin məntiqi onun baş nazir kimi mövcudluğunu nəzərdə tutmur".

Ekspert vurğulayır ki, aprelin 19-da Paşinyanın Moskvaya səfəri zamanı Rusiyanın hərbi-siyasi rəhbərliyinin hansı xətti həyata keçirəcəyini anlamaq üçün ilk əlamətləri görə biləcəyik./Azpolitika


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 951   Tarix: 17 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Macarıstanda seçki yaşı 16-ya endirilə bilər: Baş nazir təklif etdi

Macarıstanın Baş naziri Peter Madyar ölkədə seçkidə iştirak üçün yaş həddinin hazırkı 18-dən 16-ya endirilməsini təklif edib. xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində paylaşım edib. "Əminəm ki, bu gün 18 yaşdan kiçik şəxslərin böyük əksəriyyəti ümumi qərarların qəbulunda iştira

19 iyul
.

"Alhurra": İraqda korrupsiyaya ilə mübarizə böhrana səbəb olub

İraqın Baş naziri Əli əz-Zeydinin təşəbbüsü ilə başladılmış antikorrupsiya kampaniyası ölkədə böhrana səbəb olub. "Report" xəbər verir ki, bu barədə ərəbdilli "Alhurra" telekanalı məlumat yayıb. Məlumata görə, təhqiqatlar silsilə həbslərə səbəb olub, həmçinin təkcə baş nazirin öz

19 iyul
.

Fransada tıxacların uzunluğu rekord həddə çatıb

Fransada iyulun 18-də avtomobil tıxaclarının ümumi uzunluğu 708 kilometrə çatıb. xəbər verir ki, bu barədə "Sortiraparis" portalına istinadən məlumat yayılıb. Ən ciddi tıxaclar cənuba doğru istiqamət alan və Rona vadisindən keçən A7 avtomagistralında müşahidə olunub - burada tıxacın uzunluğ

19 iyul
.

Vuçiç: Serbiyada insanabənzər robotların istehsalı zavodunun açılışı avqustun 29-da keçiriləcək

Serbiya Prezidenti Aleksandar Vuçiç avqustun 29-da Şabats şəhərində insanabənzər robotların istehsalı zavodunun açılışının olacağını bildirib. "Report"un Balkan bürosunun məlumatına görə, A. Vuçiç bu barədə "Informer"ə açıqlamasında danışıb. "Səhv etmirəmsə, avqustun 29-da Şabatsd

19 iyul
.

ABŞ tarixinin ikinci ən böyük lotereya cekpotunu qazanan şəxsin kimliyi açıqlanıb

ABŞ tarixində ikinci ən böyük "Powerball" cekpotu - 1.82 milyard dolların sahibi məlum olub. Məlumata görə, qalib Arkanzas ştatının Nort-Litl-Rok şəhərinin meri Terri Hartvikin kiçik qardaşıdır. "Arkansas Democrat-Gazette" qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı qalibi

19 iyul
.

Macarıstan Prezidenti konstitusiyaya öz istefasını da ehtiva edən düzəlişi imzalayıb

Macarıstan Prezidenti Tamaş Şuyok özünün vəzifədən kənarlaşdırılmasını da nəzərdə tutan konstitusiyaya 17-ci düzəlişi imzalayıb. "Report" "Index"ə istinadən xəbər verir ki, bu barədə Şuyok öz videomüraciətində bildirib. Qeyd olunub ki, qərardan əvvəl aylarla davam edən siyasi və konstitusiya-hüqu

19 iyul
.

NYT: İranın İordaniyadakı bazalara zərbələrində onlarla ABŞ hərbçisi yaralanıb

İranın İordaniyadakı ABŞ hərbi bazalarına endirdiyi zərbələr nəticəsində onlarla amerikalı hərbçi yaralanıb, çox sayda helikopter isə zədələnib. "Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, son be

19 iyul
.

Vuçiç: Serbiyada insanabənzər robotların istehsalı zavodunun açılışı avqustun 29-da keçiriləcək

Serbiya Prezidenti Aleksandar Vuçiç avqustun 29-da Şabats şəhərində insanabənzər robotların istehsalı zavodunun açılışının olacağını bildirib. "Report"un Balkan bürosunun məlumatına görə, A. Vuçiç bu barədə "Informer"ə açıqlamasında danışıb. "Səhv etmirəmsə, avqustun 29-da Şabatsd

19 iyul
.

İsrailin Livanın cənubuna endirdiyi zərbələrdə azı dörd nəfər həlak olub

Şənbə günü İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) pilotsuz uçuş aparatlarının Livanın cənubundakı Nəbatiyyə şəhərinə və onun ətrafına zərbələr endirməsi nəticəsində azı dörd nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi məlumat yayıb. Məlumata görə, dronları

19 iyul