Sezarın qumdakı hərəkəti tarixin axarını necə dəyişdi?

Sezarın qumdakı hərəkəti tarixin axarını necə dəyişdi?Qədim Romada bir sərkərdənin dəyəri təkcə döyüş qələbələri ilə deyil, həm də tanrıların razılığını daşıyıb-daşımaması ilə ölçülürdü. Xurafat və fal inancları hərbi qərarlara birbaşa təsir edən real faktor sayılırdı.

Qaynarinfo xəbər verir ki, Birinci Puni müharibəsi dövründə konsul Publius Klavdi Pulxerin "müqəddəs toyuqlar" ritualını görməməzliyə vurması, Roma cəmiyyətində inancların nə qədər ciddi qəbul edildiyini göstərən məşhur nümunələrdən biridir.

Rəvayətə görə, toyuqlar yemə yaxınlaşmayanda onları dənizə atdıran sərkərdə sonradan ağır məğlubiyyət yaşamışdı. Siseron bu hadisəni tanrılara hörmətsizliyin nəticəsi kimi şərh edirdi.

Sezar isə tam əks strategiya ilə hərəkət edirdi.

Qum üzərindəki düşüş

Eramızdan əvvəl 47-ci ildə Şimali Afrika sahillərinə çıxan Yuli Sezar, bir il əvvəl Misirdə öldürülən rəqibi Pompeyin qalıq qüvvələrini və Senatdakı müxalifəti sıradan çıxarmaq üçün Tunisin sahillərinə çatmışdı. Hakimiyyət zirvəsinə yaxın olduğu bir anda, gəmidən enərkən büdrəyərək hamının gözü qarşısında quma yıxıldığı iddia edilir.

Bu hadisə əsgərlər arasında dərhal pis əlamət kimi qəbul olunub. Roma ordusunda belə bir inanc vardı ki, liderin yerə düşməsi kampaniyanın uğursuzluğuna işarədir. Qorxu sürətlə yayılmağa başlamışdı.

Sezarın reaksiyası

Roma tarixçisi Suetoniusa görə, Sezar əsgərlərin qorxusunu hiss etdikdə vəziyyəti öz xeyrinə çevirdi. O, qalxmaq əvəzinə əllərini quma batıraraq torpağı sıxdı və belə dedi: "Səni möhkəm qucaqlayıram, Afrika!"

Əsgərlər bunu onun yıxılması kimi deyil, torpağı fəth etmə jesti kimi qəbul etdilər. Qorxu yerini motivasiyaya verdi.

Mif, yoxsa reallıq?

Hadisənin həqiqiliyi tarixçilər arasında mübahisəlidir. Bəzi mənbələr bunu sonradan formalaşmış əfsanə hesab edir. Lakin nəticə tarixi baxımdan dəyişmir: Sezar e.ə. 46-cı ildə Tapsus döyüşündə rəqiblərini məğlub edərək Numidiya üzərində Roma hakimiyyətini gücləndirdi.

Sonu isə daha az "uğurlu" oldu. Qələbələrinə baxmayaraq, iki il sonra Senatda sui-qəsd nəticəsində öldürüldü.

Sezarla bağlı bu hekayə həm də qədim Roma siyasətində qorxunun, simvolizmin və liderlik psixologiyasının nə qədər mühüm rol oynadığını göstərən klassik nümunələrdən biri kimi qalır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 751   Tarix: 01 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaponiya və Çin arasında Tayvan gərginliyi: Tokio mövqeyini dəyişmədiyini açıqlayıb

Yaponiya ilə Çin arasında Tayvan məsələsi ətrafında yaranan diplomatik gərginlik davam edir. Yaponiyanın Baş naziri Sanae Takaiçi ölkəsinin Tayvanla bağlı mövqeyinin dəyişmədiyini bəyan edib. O, bu açıqlamanı Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC

19 noyabr
.

Reuters: "Missuri məhkəməsi Bayer şirkətinin 7,25 milyard dollarlıq razılaşmasını təsdiqləyib"

ABŞ-ın Missuri ştatında məhkəmə Bayer şirkətinin Roundup adlı alaq otlarına qarşı mübarizə vasitəsinin xərçəngə səbəb olması ilə bağlı iddiaların həlli üçün təklif etdiyi 7,25 milyard dollarlıq razılaşmanı təsdiqləyib. Bu qərar Almaniya şirkətinin təxminən on ilə yaxındır üzləşdiyi hüquqi mübahisələri

21 noyabr
.

Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək

Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək. "Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumund

21 noyabr
.

ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb

ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl

20 noyabr
.

ABŞ və Venesuela hərbi əməkdaşlığı bərpa edir: Birgə təlimlər və kəşfiyyat məlumatlarının mübadiləsi nəzərdə tutulur

ABŞ və Venesuela uzun müddət davam edən gərginlikdən sonra hərbi əlaqələri bərpa etmək barədə razılığa gəlib. Yeni razılaşma çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında birgə təlimlərin keçirilməsi, kəşfiyyat məlumatlarının mübadiləsi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərd

19 noyabr
.

Rusiya raketi Polşaya düşdü - Varşava qırıcıları havaya qaldırdı

Ukraynaya endirilən kütləvi hava zərbələri zamanı Polşanın hava məkanı pozulub. Rəsmi Varşava hadisəni Rusiyanın təxribatı kimi qiymətləndirərək ölkənin hərbi-siyasi rəhbərliyini təcili toplantıya çağırıb. "AzPolitika" xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X"

20 noyabr
.

GTA VI satışa çıxarıldığı ilk gündə nə qədər gəlir əldə edib?

"Grand Theft Auto VI" (GTA VI) satışa çıxarıldığı ilk gündə 3,79 milyard dollar gəlir əldə edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Take-Two Interactive" məlumat yayıb. Bildirilir ki, "Grand Theft Auto VI"nın ilk gündəki pərakəndə satışları bütün formatla

21 noyabr
.

Perunun And bölgəsində baş verən 6,8 bal gücündə zəlzələ Lima sakinlərini küçələrə çıxarıb

Alman Geologiya Elmləri Tədqiqat Mərkəzinin məlumatına görə, cümə günü Perunun mərkəzində 6,8 bal gücündə zəlzələ baş verib. Reuters-ə istinadən xəbər verir ki, paytaxt Limada bəzi insanlar küçələrə axışıb. Lakin itki və ya ciddi ziyan barədə dərhal məlumat verilməyib. Perunun Geofizika İnstitutunu

21 noyabr
.

Uitkoff və Kuşner Çindən Berlinə gedəcək

ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cerad Kuşner Çinin Şençjen şəhərindən Almaniyaya gedəcəklər. "Al Jazeera" xəbər verir ki, onlar "İstəklilər Koalisiyası"nın iclasında iştirak etmək üçün Berlin şəhərinə yola düşəcəklər. Uitkoffla Kuşnerin Ukrayna Prezidenti Volodimi

19 noyabr