Mənzilimizdə bomba kimi saxladığınız tullantı: Onlardan necə qurtulmalıyıq?

Mənzilimizdə bomba kimi saxladığınız tullantı: Onlardan necə qurtulmalıyıq?Sonsuzluq, xərçəng, ağciyər, dəri xəstəlikləri yaradan "sevimli" əşyamız. Əlimizin altındakı təhlükə. Evimizdə xəstəlik mənbəyi. Tərkibindəki civə qaraciyərə, böyrəklərə, mədə-bağırsaq traktına, tənəffüs yollarına zərər verir.

Mənzillərinizdə kiçik bombaların olduğundan xəbərdarsınızmı? O bombalar ki, hər gün təmasda olur, telefonlar, elektron cihazlar, saatlar, kameralar, kalkulyatorlar, eşitmə cihazları - hər yerdə qarşımıza çıxır. Bəzən uşaqları da bu təhlükənin ağuşuna atırıq. Söhbət batareyalardan gedir. İstifadə olunmuş, yararsız halda olan batareyalar o qədər təhlükəlidir ki, evdə zibil qabına atsaq belə, xilas ola bilmirik. Fikir vermisinizsə, batareyanın üzərində zibil qabı işarəsi yoxdur. Onunla adi tullantı kimi davrana bilmərik. Bəs istifadə olunmuş batareya daşları ilə nə etməli? Əvvəlcə batareyaları nə üçün "bomba" adlandırdığımızı araşdıraq...

Mövzu ilə bağlı Kaspi qəzetinin yazsını təqdim edirik:

Ağciyərə və böyrəklərə zərər verir

Zibil qutusuna atılan batareya yanma prosesi nəticəsində özündən hava və ya qrunt suları vasitəsilə zərərli maddələr buraxır. Batareyaların tərkibində olan ən təhlükəli və zəhərli maddələrdən biri kadmiumdur. Kadmium və onun birləşmələri su ilə qarışır, içməli suyu və torpağı çirkləndirir. İçməli su vasitəsilə insan orqanizminə daxil olur. Ağciyərə və böyrəklərə zərər verir.

Uşaqlar daha çox qurğuşun çirklənməsinə məruz qalır

Batareyalarda olan digər ağır metal qurğuşundur. Qurğuşun orqanizmə tənəffüs, içməli su və qida ilə daxil olur. Bədənə daxil olan qurğuşun yavaş-yavaş ağciyərlərdə sorulur və qanla qarışır. Qaraciyər, böyrək, beyin və əzələ kimi yumşaq toxumalarda 35-40 gün gözlədikdən sonra qurğuşun metabolitlərinin köməyi ilə sümük və diş kimi sərt toxumalarda yer alır. Bədəndə dəmir, kalsium çatışmazlığı və D vitamini çox olarsa, qurğuşun həddindən artıq yığılır. 0-6 yaşlı uşaqlar böyüklərdən ən azı 4 dəfə daha çox qurğuşun çirklənməsinə məruz qalırlar.

Sonsuzluq və xərçəng yaradır

Eşitmə pozğunluğuna, sinir xəstəliklərinə, hemoqlobinin azalmasına, qan azlığına, mədə ağrılarına, böyrək və beyin iltihabına, sonsuzluğa, xərçəngə səbəb olur. Tərkibindəki civə qaraciyərə, böyrəklərə, mədə-bağırsaq traktına, tənəffüs yollarına zərər verir. Nikel və sink - əsasən, mədəaltı vəz, bağırsaq, qaraciyər və beyinə zərər verir. Qələvilər - selikli qişaları və dərini yandırır.

Batareyaların çirkləndirdiyi yeraltı suların təmizlənməsi baha başa gəlir. ABŞ-da zibilxanalardakı civənin 88%-i və kadmiumun 54%-i batareyalardan gəlir.

"Bu tullantıların çoxunun hara atıldığını bilmirik"

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev "Kaspi"yə açıqlamasında bildirdi ki, BMT-nin 2020-ci il Qlobal Elektron Tullantı Monitorinqi məlumatlarına əsasən, elektron tullantıların həcmi son beş ildə 21 faiz artıb. Bunun da az bir hissəsi hazırda toplanır, təkrar emal olunur. Biz bu tullantıların çoxunun hara atıldığını bilmirik və belə tullantıların təkrar emalı və utilizasiyası olmadığı ölkələrdə təhlükə mənbəyi kimi qalır. Bu tendensiyanın qarşısını almaq üçün səylər daha çox tələb olunur".

"Satıcı alıcını maarifləndirməlidir"

Həmsöhbətimiz vurğulayır ki, reklam vasitəsilə pərakəndə satıcılar alıcıları mükafatlandıran bir çox müsbət mesajlar ötürür, lakin elektron avadanlıqların həyat dövrünün sonunda sağlamlığa və ətraf mühitə təsiri haqqında məlumat vermirlər: "İşlənmiş batareyaların və akkumulyatorların ətraf mühitə düşmədən təkrar emala cəlb olunması ekologiya sahəsində prioritet məsələdir. Ölkəmizdə akkumulyatorların emalını həyata keçirən bir sıra müəssisələr fəaliyyət göstərir. Ötən il "Sumqayıt Kimya Sənaye Parkı"nda istifadə müddəti bitmiş batareyaların və akkumulyatorların utilizasiyasını həyata keçirən yeni müəssisə fəaliyyətə başlayıb. Lakin istifadə müddəti bitmiş batareyaların ətraf mühit və insan sağlamlığı üçün təhlükə mənbəyinə çevrilməsinin qarşısını almaq üçün ictimaiyyətin maarifləndirilməsi vacibdir. Azərbaycanda ilk dəfə İDEA İctimai Birliyi işlənmiş batareya tullantılarının utilizasiyası məsələsini gündəmə gətirib və onların Bakı şəhəri üzrə təhsil müəssisələrindən toplanaraq, utilizasiya mərkəzlərinə təhvil verilməsi işi təşkil olunub. Batareyalar istifadə olunduqdan sonra İDEA tərəfindən quraşdırılan konteynerlərə atılır".

"Həm istehsalçılar, həm də istehlakçılar yaxından iştirak etməlidir"

Mütəxəssis vurğulayır ki, batareyaları ölkəmizdə utilizə etmək üçün lazımi şərait var: "Sumqayıt şəhərinin yaxınlığında 2003-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində yaradılmış "Təhlükəli tullantıların idarə olunması üzrə Milli Mərkəz" elektrik batareyaların utilizasiyasına imkan verir. Bu Mərkəz beynəlxalq standartlara və normalara cavab verir. Batareyaların utilizasiyası istiqamətində istehsalçı müəssisələr tərəfindən öz korporativ sosial məsuliyyəti çərçivəsində pilot layihələr icra olunur. Bundan başqa könüllü təşkilatlar, ayrı-ayrı vətəndaşlar tərəfindən məişətdə istifadə olunan batareyalar toplanaraq yuxarıda qeyd olunan Milli Mərkəzə təhvil verilir. Maarifləndirici məqsəd daşıyan bu addım ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması və səmərəli idarə olunması cəhətdən olduqca vacibdir. Təhlükəli tullantıların idarə olunmasında, eləcə də onların toplanması, daşınması, təkrar emalı, utilizasiyası prosesində həm istehsalçılar, həm də istehlakçılar yaxından iştirak etməlidir. İstehsalçı məsuliyyəti olmalıdır, yəni məhsulu bazara təklif edən hüquqi şəxs onun tullantıya çevrildikdən sonra aqibətinə görə məsuliyyət daşımalıdır. Hazırda bununla bağlı təkliflər maraqlı tərəflərin iştirakı ilə müzakirə edilir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1956   Tarix: 17 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

7 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə

7 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

Məşhur bloger Arifə Məmmədova milli geyimdə "Azərbaycan" mahnısını işğaldan azad edilmiş ərazilərdə canlandırdı

Məşhur bloger Arifə Məmmədova Azərbaycanın milli geyimində hazırladığı videoçarxla diqqət çəkib. xəbər verir ki, bloger "Azərbaycan" mahnısının sözlərini işğaldan azad edilmiş şəhər və rayonlarımızın müxtəlif məkanlarında canlandırıb. Videoçarxda milli geyimimiz, musiqimiz və azadlığına qovuşmu

7 noyabr