Hüseyn Həsənovun bu videosu 3 milyondan çox izlənildi - VİDEO
Rusiyada yaşayan azərbaycanlı videobloger Hüseyn Həsənov sosial şəbəkədə yeni video paylaşıb.
BAKU.WS xəbər verir ki, bloger azərbaycanlı fanatları ilə görüşündən lentə alınan görüntülərini 21 milyon izləyicisi olan instaqram hesabında yayımlayıb.
Videoda blogerin paytaxt sakinlərinin onu necə izdiham və coşğu ilə qarşıladığı anlar yer alıb.
Blogerin bu videosu 2 saat ərzində 2 milyondan çox izlənilib. Hüseyn bu haqda foto paylaşaraq məlumat verib. Hazırda isə görüntülərin izlənmə sayı 3 milyonu keçib.
Qeyd edək ki, Hüseyn Həsənovun paytaxtın böyük ticarət mərkəzlərindən birində baş tutan görüşü zamanı izdiham yaşanıb. O, cəmi 5 dəqiqə səhnədə qala bilib. Daha sonra bir neçə mühafizəçinin köməyi ilə həmin yerdən uzaqlaşa bilib.
Blogerin oranı tərk etməsindən sonra səhnədə olan şəxlərdən birinin insanları kəmərlə vurmasını əks etdirən görüntülər lentə alnıb. Sosial şəbəkələrdə yayılan video böyük qınaq obyektinə çevrilib. Hüseyn yayılan görüntülərə instaqram hesabında açıqlama gətirib.
"O insanlara yox, divara vururdu. Divara vururdu ki, insanlar əlin çəksin. Çünki orada bir qız huşunu itirmişdi, onu çıxarmağa çalışırdı. Videoda insanları vurduğu görünə bilər. Amma bu onun nəyinə lazımdır?" - deyərək Həsənov qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1205 Tarix: 18 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda iki nəfər dəm qazından zəhərlərək öldü
Bakıda iki nəfər dəm qazından zəhərlərək ölüb. "Report"a istinadən xəbər verir ki, Suraxanı rayonu Yeni Günəşli qəsəbə sakini 1958-ci il təvəllüdlü Nazim Həmdulla oğlu Tahirov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Bundan başqa Sabunçu rayonu Maştağa qəsəbə sakini 1994-c
8 aprelXəzər dənizində zəlzələ oldu - Bu rayonlar sirkələndi
Xəzər dənizində zəlzələ olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Zəlzələ Lənkəran,Yardımlı, Lerik, Astara,Cəlilabad, və Neftçala rayonlarında 4-3 ba
8 aprelSabah Bakıda hava yağmursuz olacaq
Bakıda aprelin 10-da havanın əsasən yağmursuz, rayonlarda isə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qər
9 aprelÇobanzadə küçəsində yol çökdü, böyük çuxur yarandı - Video
İntensiv yağışlar Bakının küçə və prospektlərində problemlər yaratmaqda davam edir. "Qafqazinfo" xəbər verir ki, Nizami rayonu Bəkir Çobanzadə küçəsində - "Saphire" şadlıq evinin qarşısında yolun hərəkət hissəsində böyük çuxur yaranıb. Bu səbəbdən həmin ərazi lentlə əhatəyə alınıb
8 aprelVətən Müharibəsi Qəhrəmanının atası vəfat etdi - Foto
Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənovun atası Valeh Həsənov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, yaşadığı Goranboy rayonunun Qızılhacılı qəsəbəsində dünyasını dəyişib. Əslən Göyçədən olan V.Həsənov Goranboyda aşıq və şair kimi tanınıb, bir neçə kitabın müəllifi olub. Qeyd edək ki
8 aprelAzyaşlıya sükan həvalə edən sürücü CƏZALANDIRILDI - FOTO - VİDEO
Kobud qayda pozuntusuna yol verən sürücü ilə bağlı sosial şəbəkələrdə və onlayn mediada yayılan videogörüntü araşdırılıb. Araşdırma zamanı hadisənin paytaxtın Binəqədi rayonu ərazisində baş verdiyi, "Hyundai" markalı avtomobilin sürücüsü Telman Rüstəmovun nəqliyyat vasitəsinin idarə edilməsin
9 aprelAzərbaycanda əcnəbilərlə nikahların sayı azalıb
2026-cı ilin 3 ayı ərzində 383 Azərbaycan vətəndaşının əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə nikahı rəsmiləşdirilib. "Report"a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, 2025-ci ilin ilk 3 ayı ərzində bu cür nikahların sayı 483 olub. Məluma
9 aprelGecə saat 11-dən səhər 7-dək bu prospektlər bağlı olacaq - 2 gün
Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması, həmçinin Ümumdünya Şəhərsalma Forumu XII Sessiyası (WUF13) ilə əlaqədar hazırlıq işləri çərçivəsində Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bu istiqamətdə yol örtüyünün istisma
9 aprel