"iPhone" davası, özünə "qamçı" vurduranlar, yaxud millətimizin gedən abrı...
Hər dəfə bəzi "düşük "fanat"ların səviyyəsizliyini görəndə, deyirəm, susum, amma bu dəfə susa bilmirəm...
Azərbaycana bir tanınmış "qələt edib" gələ bilmir. O dəqiqə bəzi "düşük" oğlan və qızlar hücuma keçirlər. Bu dəfə də ənənəyə sadiq qaldılar. Bloqer Hüseyn Həsənov səhv edib, deyib ki, "Park Bulvar"da "iPhone" markalı telefon paylayacaq. Bunu eşidən bəzi "başı boş"lar tez qaçıb ora ki, "amandır, başqalarına telefon verilər, mən qalaram".
Hələ koronavirus bitməyib, bunlar belədir: məsafə yox, maska yox. Sabah yoluxma sayı artsa, deyəcəklər, Çindən gəldi.
Hələ belə bir görüntü də yayılıb: bir şəxs oradaki gəncləri "qamçı" (kəmər) ilə vurur. Bu mənzərə lap atalar sözünü xatırlatdı: "Yaxşı at özünə qamçı vurdurmaz". Atalar bilib də nə deyib. Hüseyn kimdir axı?! Müharibə dönəmində baş verənləri nə tez unutdunuz?! Ölkəsinə, xalqına dəstək olmayan, ermənilərlə dostluq edən Hüseyndir də!
Bu nə görməmişlikdir?! "iPhone"u olmayanlar yaşamır?! Nə vacibdir axı, bir telefona görə bu cür biabırçılıq edəsiniz?! Bu nə səviyyəsizlikdir?! Bu nə hərəkətdir?! Hələ ürəyi gedənləri demirəm!.. Uzanıblar yerə! Görəsən, həmin şəxslər sosial şəbəkədə özlərini görüb utanacaqlar?! Məncə, yox! Utansalar, ora gedib "hoqqa" çıxarmazdılar! Valideynləri də "övladım var" deyir! "Get, iş axtar" desələr, ərindiklərindən evdən çıxmazlar. Amma Hüseyn kimilərə görə sözün əsl mənasında bir-birinin "başına çıxıblar". Sizin yerinizə millət niyə utanıb xəcalət çəkməlidir axı?!
Sabah o görüntüləri düşmənlərimiz paylaşıb bizə güləcəklər! Dəhşət! Hörmətli ata-analar! Xahiş edirəm, övladınıza düzgün tərbiyə verin, cahil olmaqdan çəkindirin! Müğənni, aktyor, bloqer görəndə özlərini itirməməyi öyrədin. Onlar gələcəyin anaları, atalarıdırlar. Şəxsən mən elə oğlanla ailə qurmaram, elə qızı da ailəmizə gəlin gətirmək istəmərəm! İnsan gərək özünə hörmət etməyi bacarsın! Çalışın, özünüzə hörmət edin!
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2192 Tarix: 18 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
6 noyabrAfaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb
6 noyabrAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə
7 noyabrNeft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
6 noyabr"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
6 noyabrQazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta
6 noyabrÇiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə
Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard
7 noyabr