Məşhur meyxanaçıya qarşı DƏLƏDUZLUQ - AÇIQLAMA - ÖZƏL
Son dövrlər dələduzların sayı getdikcə artır. Artıq məşhurların adından da istifadə edib, insanları dolandırmağa başlayıblar.
Sonxeber.az-ın məlumatına görə, budəfəki zərərçəkən məşhur meyxanaçı Tərlan Novxanı olub.
Belə ki, meyxanaçının adından onun dost-tanışına mesaj yazılıb və pul istənilib.
Məsələ ilə bağlı Tərlan Novxanı ilə əlaqə saxladıq. O bildirdi ki, birindən 300, birindən 200, digərindən 100 manat məbləğində pul istəyiblər:
"Hadisə bir gün əvvəl baş verib. İmsak vaxtı dostumun şəkli olan bir profildən mənə mesaj gəldi ki, "mənə təcili 80 manat məbləğində pul lazımdır, amma kart hesabım bloka düşüb, hansısa başqa yolla göndər. Azan verilməsinə az qaldığı üçün mən imsakı çatdırmalı idim, və yalnız kart vasitəsilə göndərə biləcəyimi söylədim. Kartın alınmayacağını dedi və mənim kartımı istədi ki, oradan özü çəksin. Mən də vaxt azlığı olduğuna görə heç nə düşünmədən kartın şəklini ona göndərdim. Kartdan pul çəkəndən sonra mənim tanışlarıma, dostlarıma, sənət yoldaşlarıma yazaraq pul istəməyə başlayıb.
Səhəri gün dostlarım mənə zəng vurdular ki, bəs "sənin nə ehtiyacın var, hamıya "pul lazımdır" deyirsən?"
Məlum olub ki, həmin dələduz birindən 300, birindən 200, digərindən 100 manat məbləğində pul istəyib. Mən də şoka düşdüm ki, bu nə işdir, nə məsələdir?! Zəng etdim banka, həmin dəqiqə kartı bağlatdırdım. Yaxşı ki, çoxu öz şəxsi nömrəmlə yazılmadığına görə inanmayıb, pul göndərməyiblər. Nömrə də xarici nömrə olub. Əksəriyyəti özümə zəng vurub maraqlandı. Şükür Allaha, əsas odur ki, salamatçılıqdır. Bilmirəm, bəlkə də, ehtiyaclı adam olub. Allah insanları düzgün yola gətirsin, bu çirkin işlərdən uzaq olsunlar. Bununla heç kim heç nə əldə edə bilməz".
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2288 Tarix: 18 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar
21 sentyabr18 yaşlı Əlipaşa və Elminin meyiti tapıldı
Sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan 2 nəfərin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdl
22 sentyabrSosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı
Masallı rayonunda ailə-məişət zəminində baş vermiş mübahisə zamanı arvadına xəsarət yetirən şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, məhkəmənin araşdırması zamanı müəyyən edilib ki, hadisə 2026-cı ildə Masallı rayonunun Lürən kəndində yerləşən, zərərçəkmiş şəxsin mərhum atasına məxsus evd
22 sentyabrVahid məktəbli forması: bərabərlik, nizam-intizam və vahid məktəb mühiti
Məktəb yalnız biliklərin verildiyi məkan deyil. Məktəb həm də uşağın sosial münasibətlər qurduğu, kollektiv davranış qaydalarını öyrəndiyi, məsuliyyət və intizam hissinin formalaşdığı mühüm sosial mühitdir. Bu baxımdan məktəbdə yaradılan ümumi atmosfer, o cümlədən şagirdlərin geyim mədəniyyəti təhsi
22 sentyabrEyni soyadlı cütlüklər daha az boşanır
Eyni soyadı daşıyan cütlüklərin daha az boşandığı müəyyənləşib. Axşam.az xəbər verir ki, Demoqrafik və Ailə Araşdırmaları İnstitutunun araşdırmasına görə, fərqli soyadlı cütlüklər təxminən 50 faiz daha çox ayrılır. Bu tendensiya bütün yaş qruplarında müşahidə olunub. Belə nikahların orta hesabla 30 fai
22 sentyabr