Günay Maqsudova ilə nitqimizdəki qüsurları aradan qaldıraq
"Söz vardır kəsdirər başı, söz vardır kəsər savaşı" demişdir Şah İsmayıl Xətai. Əsrlər əvvəl deyilmiş bu söz hələ də öz aktuallığını qoruyur. Danışıq tərzimiz, danışarkən seçdiyimiz sözlər, işlətdiyimiz ifadələr bizi olduğumuz yerdə qürurlandıra da bilər, utandıra da. Lakin bu problemin də günümüzdə çarəsi mövcuddur. Hər sahədə olduğu kimi bununla da məşğul olan mütəxəssislər var ki, onların köməyi ilə nitqinizdəki qüsurları aradan qaldıra bilərsiniz. Filologiya üzrə fəlsəfə doktoru Günay Maqsudova isə sizə bildiyiniz bütün köhnə üsulları, bütün mütəxəssisləri unutduracaq. Thetahealing üzrə təlim alaraq 3 mərhələni də uğurla tamamlamış Günay xanım nitqinizi mükəmməlləşdirmək üçün thetahealing sahəsinin metodlarından istifadə edərək birbaşa şüuraltıya təsir edir və sizin böyük problem hesab etdiyiniz həmin kiçik qüsurları aradan qaldırır. Müəllim olaraq "Azərbaycan dilində işgüzar və akademik kommunikasiya" fənnini tədris edən Günay xanım həmçinin thetahealing mərkəzində danışıq və səsin düzgün qoyulması, ifadə edilməsi mövzusunda seanslar, praktikalar keçir. Nitq sahəsindəki bir çox mütəxəssisin fəaliyyəti elmi araşdırmalardan ibarətdir. Günay xanım isə nitqlə bağlı bütün məsələləri birbaşa psixologiya ilə əlaqələndirərək insanlara avtomatlaşdırılmış nitqdən uzaq səmimi lakin bir o qədər də düzgün nitq formalaşdırmaqda yardımçı olur, bunu isə, əlbəttə ki, thetahealing sahəsinin köməyi ilə edir. Günay xanım nitq mövzusuna xüsusi həssaslıqla yanaşaraq geniş araşdırmalar edir və bunların nəhayətində çıxardığı nəticələrlə yola çıxaraq hərəkət edir. Onu narahat edən başlıca problemlərdən biri də insanların dinləmə bacarıqlarının olmaması və ya zəif olmasıdır. Danışmaq qədər dinləmək də önəmlidir. Bu iki bacarıq insanda formalaşdıqda ortaya çıxan nitq düzgün nitq olur. Günay xanımın da dediyi kimi əsl natiq o şəxsdir ki, dinləyicilərinə qarşı xoşniyyətli olsun və nə danışdığından daha çox necə danışdığına, məlumatı dinləyicilərinə hansı yolla çatdıracağına önəm versin. Əgər siz də öz nitqinizdən utanır və düzəltməli olduğunuz qüsurlarınızın olduğunu düşünürsünüzsə, Günay Maqsudovaya müraciət edin, heç yerdə olmayan müasir metodların faydasını görün, thetahealing sahəsinin və nitq mədəniyyəti elminin vəhdətində istədiyiniz qüsursuz nitqə sahib olun.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Bakıda maraqlı toy karvanı - Video
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq