20 Yanvardakı xəncərli dava: Dostu döyüldüyü üçün "söhbətə getdi" - TƏFƏRRÜAT
Qıza görə düşən davaya aydınlıq gətirmək üçün toplaşan gənclərdən biri digərini xəncərlə xəsarət yetirib.
"Kriminalqafqaz"ın əldə etdiyi məlumata görə, hadisə ötən il avqustun 1-də Yasamal rayonunda - metronun "20 Yanvar" stansiyasının qarşısında baş verib. Belə ki, qız üstündə dostu döyülən Rəvan Əhmədov (soyad şərtidir) söhbətə aydınlıq gətirmək məqsədilə "20 yanvar" metro stansiyasının yanında görüş təyin edib. Görüş zamanı qarşı tərəfdən 7-8 nəfər gəlib. Bu zaman Rəvan Əhmədov söhbəti həll etmək üçün gələnlərdən biri olan Pərviz Sultanovla (soyad şərtidir) mübahisə edib və xəncərlə zərbə endirərək ona xəsarət yetirib.
Hadisəyə görə cinayət işi başlanılıb. İşə Bakı Şəhər Ağır cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmədə ifadə verən Rəvan Əhmədov bildirib ki, Pərvizi əvvəllər tanımayıb:
"Asif dostumdur və eşitdim ki, Samirgil qız söhbətinə görə onu döyüb, alçaldıblar. Samiri də tanıdığım üçün Asifin dostu olaraq ona zəng edib bunu niyə etdiyini soruşdum. Daha sonra onlar arasında barışıq etmək üçün vaxt təyin etdik. Danışığa görə, görüşümüz "20 Yanvar" metro stansiyasının yanında olacaqdı. Biz görüşdük. Danışdıq və demək olar ki, barışıq yarandı. Amma bu dəfə mübahisə Samirin yanında gələn dostlarından biri, Pərvizlə mənim aramda düşdü. Buna səbəb isə onun məni yaşda və boyda balaca görüb təhqir etməsi oldu. Mən də yerdə olan uzun, bıçaq formalı dəmiri götürərək ona vurdum. Bundan sonra hadisə yerindən qaçdım. Həmin dəmiri də zibil qutusuna atdım. Bir neçə gün sonra da eşitdim ki, polislər məni axtarır. Hazırda Pərvizlə barışmışıq. Etdiyim cinayətə görə çox peşmanam".
Hadisə zamanı xəsarət alan Pərviz Sultanov məhkəmədə verdiyi ifadədə deyib ki, onlar söhbət zamanı barışıb, mehribançılıqla ayrılan zaman Rəvan onun boyun hissəsinə zərbə endirib:
"Dostum Samirlə birlikdə metronun yanına gələndə özünü Rəvan kimi təqdim edən adama dedik ki, artıq bu söhbət iki şəxs arasında aydınlaşdırılıb və bağlanıb. Yenidən açmağa ehtiyac yoxdur. Təxminən 4-5 dəqiqəlik söhbətdən sonra əl sıxıb ayrılan zaman boyun hissəmə nəyinsə dəydiyini və qan axdığını gördüm. Rəvanın məni nə ilə vurduğunu görməmişəm".
Pərviz Sultanovun məhkəmə baxışı zamanı verdiyi ifadələri ilə onun ibtidai istintaqdakı ifadələri arasında ziddiyyətlər olub. Bu səbəbdən onun ibtidai istintaqa verdiyi ifadənin bir qismi məhkəmədə elan olunub. Belə ki, o ifadəsində Rəvanın onu xəncərlə bir neçə zərbələr vurduğunu deyib.
Bakı Şəhər Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəvan Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 4769 Tarix: 18 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Novruz bayramı günü bibisi oğlunu öldürənə - 14 il həbs verildi
Bu ilin mart ayında bibisi oğlu 1976-cı il təvəllüdlü Rövşən Abdullayevi bıçaqlayaraq öldürən Rizvan Söhbətova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 120.1 və 228.5-ci maddələri ilə təqsirli bilib. Araşdırmalar zamanı məlum olu
19 oktyabrVüqar Qurbanovun vəzifəli qohumunun bıçaqlanmasının şok təfərrüatı
Abşeronda direktor müavininin bıçaqlanması ilə nəticələnən hadisənin detalları məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədən Elçin Balayevə nizam-intizam məsələlərinə görə bir neçə dəfə direktor müavini Orxan Ənvərli tərəfindən xəbərdarlıq edilib. Lakin xəbərdarlıqlara məhəl qoymayan E.Balaye
8 oktyabrŞəmkirdə 13 il əvvəl törədilən cinayətin üstü açıldı: Nə baş verib?
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsus
22 sentyabrAzərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi
Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri xidmətini başa vurmadan həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 18 yaşlı Ə.X. əsgərlikdən əvvəl 14 yaşlı qızla cinsi əlaqədə olmaqda və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinib. Bu hadisə Azərbaycanın rayonlarından birind
2 noyabrAta qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?
Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu
18 sentyabrBakıda kişi arvadını dişlədi, tava ilə döydü
Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü İsa Sərdarov (ad və soyad şərtidir - red.) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr
5 oktyabrBıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi
Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilib. R.Nağıyev daha əvvəl Binəqədi Tibb Mərkəzini
19 oktyabrAtasını öldürən Ayxana 1 il yarım həbs verildi
Atasını öldürməkdə ittiham olunan 19 yaşlı gəncin ittihamı yüngülləşdirilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi bu gün hökm çıxarıb. 19 yaşlı Ayxan Vəlizadə 44 yaşlı atası İftixar Vəlizadəni kəsici alətlə qəsdən öldürməkdə təqsirləndirilirdi. Prokurorluq onu Cinayə
14 oktyabr