Dövlət Gömrük Komitəsindən xaricdən gətirilən mallarla bağlı AÇIQLAMA
Bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin "Poçt göndərişləri" gömrük postunda həyata keçirilən yoxlamalar nəticəsində poçt göndərişlərinin, daşıyıcı şirkətlər vasitəsilə xaricdən gətirilən bağlamaların sahiblərinə çatdırılması prosesində gecikmələrin müşahidə olunduğuna dair məlumatlar yayımlanıb.
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi açıqlama yayıb.
Bildirilib ki, aparılan təhlillər nəticəsində poçt göndərişləri vasitəsilə narkotik vasitələrin, psixotrop maddələrin, cəmiyyətdə "patı" adlandırılan metamfetaminin, qanunla qadağan edilmiş məhsulların gömrük sərhədindən keçirilməsinə cəhdlər, maliyyə intizamının pozulması və bəyanetmə prosesinin düzgün aparılmaması halları müəyyən edildiyindən bu sahədə nəzarət tədbirləri gücləndirilib:
"Gömrük nəzarətinin səmərəliliyinin artırılması, təhlükəsizlik, qaçaqmalçılıqla mübarizə, bəyanetmə və maliyyə nəzarətinin gücləndirilməsi məqsədilə həyata keçirilən bu kimi tədbirlər gömrük orqanlarının qanunvericiliklə müəyyən edilmiş gündəlik iş fəaliyyətidir.
Gömrük orqanları bir daha vətəndaşlara müraciət edərək xaricdən sifariş etdikləri məhsulların asan və sürətli şəkildə gömrük nəzarətindən keçirilməsi üçün qanunvericiliyə riayət etmələrini, bəyannamədə mallara dair məlumatların düzgün göstərilməsini tövsiyə edir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4149 Tarix: 18 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Metronun iş rejimi 4 günlük dəyişdirilir
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini
7 noyabrNeft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
6 noyabrASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
7 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabrFirəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
6 noyabrSabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi
6 noyabr