Həbsdə olan icra başçısı istintaqda pul aldığını ETİRAF ETDİ
Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİN) həbsdə olan sabiq başçısı Ceyhun Cəfərovun ibtidai istintaq və məhkəməyə verdiyi ifadəsi məlum olub.
"Report"un əldə etdiyi məlumata görə, o, dindirilən zaman elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.
Ceyhun Cəfərov ifadəsində deyib ki, 16 aprel 2014-cü il tarixdən Kürdəmir RİH-in başçısı vəzifəsində işləyib, buna qədər isə (2011-2014) Tərtər RİH-in başçısı olub:
"Birinci müavinim Tacəddin Novruzov, yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində isə Natiq Kərimov işləyirdi. İttihamları qəbul etmirəm".
Lakin ibtidai istintaq zamanı Ceyhun Cəfərov özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, Kürdəmir RİH-in başçısı vəzifəsində işlədiyi müddətdə Rayon Mərkəzi Xəstəxanasının müxtəlif vaxtlarda baş həkimi olmuş Məhəmməd Musayev və Eynulla Novruzovdan rayon tədbirlərinə xərclənməsi üçün pul alınıb.
Belə ki, 2015-ci ilin iyun ayından etibarən Tacəddin Novruzov göstərişim əsasında həmin vaxt baş həkim işləmiş Məhəmməd Musayevdən ildə iki dəfə olmaqla 1 000 manat pul tələb edərək alıb. Həmin pulu rayon ərazisində keçirilən "ölkəmizi tanıyaq" layihəsinə sərf etmişəm. Məhəmməd Musayev baş həkim işlədiyi 3 il ərzində ildə iki dəfə olmaqla ondan 6 dəfə, hər dəfəsində isə 1 000 manat pul alınıb.
Bundan sonra Tacəddin Novruzov baş həkim təyin edilən Eynulla Novruzovdan da göstərişim əsasında ildə iki dəfə olaraq hər dəfə 1 000 manat pul tələb edərək alıb. Həmin pul vəsaitləri də "ölkəmizi tanıyaq" layihəsinə sərf olunub.
Ümumilikdə Məhəmməd Musayevdən 3 il ərzində 6 dəfə olaraq, cəmi 6 000 manat, Eynulla Novruzovdan isə iki dəfə olaraq 2 000 manat məbləğində pulu birinci müavinim vasitəsilə almışam".
Qeyd edək ki, Ceyhun Cəfərov və digərlər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimovun hər biri 8 il 6 ay, Eynulla Novruzov, Məhəmməd Musayevin hər biri isə 8 il üç ay müddətinə azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 862 Tarix: 19 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Metronun iş rejimi 4 günlük dəyişdirilir
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini
7 noyabrNeft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
6 noyabrASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
7 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabrFirəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
6 noyabrSabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi
6 noyabr