Azərbaycanlı qadından həbsdə ola-ola DƏLƏDUZLUQ: Vitse-prezident təyin etmək üçün...
Külli miqdarda dələduzluqda təqsirləndirilən Ülkər Qədirovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azad Məcidovun icraatına verilib.
Əldə olunan məlumata görə, 48 yaşlı Ü.Qədirova 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Ancaq vaxtından tez azadlığa buraxılıb. O, hətta məhkumluğu ola-ola doqquz nəfərə qarşı dələduzluq edib. İki nəfərə paytaxtın Binəqədi rayonunda ev tikib satmaqla pul qazanmağı "məsləhət görüb". Bu yolla onlardan 23 min və altı min manat pul alıb. Onlardan biri, Kərimov Aftandil Murad oğlu "Azəriqaz"ın İsmayıllı rayon şöbəsinin rəisidir. Həmçinin bir nəfəri Çevik Polis Alayına, bir nəfəri isə xarici şirkətdə fəhlə işinə "düzəltmək" adı ilə hərəsindən doqquz min manat pul alıb.
Daha maraqlısı isə odur ki, Ülkər Qədirova "Azəriqaz"ın İsmayıllı şöbəsinin rəis müavini Mehdiyev Qurban Hacıməmməd oğlundan 60 min manat pulu dələduzluq yolu ilə mənimsəyib. O, Q.Mehdiyevi "SOCAR"a vitse-prezident təyin etmək adı ilə aldadıb.
Zərərçəkmişlər arasında Azərbaycanda fəaliyyət göstərən "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC-nin rəhbəri Zeynalov Əliyusif Məmiş oğlu da var.
Bütün bu cinayət əməllərinə görə Ü.Qədirova sadalanan zərərçəkmişlərdən ümumilikdə 107 min manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2228 Tarix: 19 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGüllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
6 noyabrQoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabrZəfər gününün hava proqnozu
Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur
7 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrAZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu
6 noyabrAQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb
Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr
7 noyabr