Azərbaycanda may ayından maska rejimi ləğv olunur?
Artıq bir aya yaxındır ki, Azərbaycanda maska rejiminin və quru sərhədlərinin açılması ilə bağlı müzakirələr gedir. Pandemiya ilə bağlı son günlərin statistikası da bu qadağaların ləğvi ilə bağlı münbit şərait yarandığını göstərir. Bu barədə hətta Milli Məclisdə deputatlar da müxtəlif bəyanatlarla çıxış edirlər.
Sonxeber.az "bizim.Media"ya istinadən xəbər verir ki, may ayının 1-dən Azərbaycanda maska rejiminin ləğv edilməsi ilə bağlı qərar veriləcək.
Bununla bağlı aprel ayının sonlarında Operativ Qərargahın iclasının keçiriləcəyi də bildirilir.
Millət vəkili Rəşad Mahmudov qərarın hazırlanması ilə bağlı müəyyən dairələrdə müzakirələrin aparıldığını mətbuata açıqlayıb.
Mütəxəssislər pandemiya ilə bağlı ölkədə təhlükənin sovuşduğunu, sadəcə insanların bəzi ehtiyat tədbirlərinin görülməsi zərurəti qaldığını bildirilər. Buna da şəxsi gigiyena və bəzi profilaktik tədbirlər aiddir.
Yəni, adi qripdə olduğu kimi, sadəcə immuniteti yüksək tutmaq, xəstəlik simptomları olan adamlarla ünsiyyətdən uzaq durmaq lazımdır.
Qərarın nə vaxt veriləcəyi yaxın günlərdə bəlli olacaq. Məsələni dəqiqləşdirmək üçün Operativ Qərargaha ünvanladığımız sualın cavabı olan kimi diqqətinizə çatdıracağıq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3158 Tarix: 19 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
6 noyabrQoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabrZəfər gününün hava proqnozu
Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur
7 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrAZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu
6 noyabrAQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb
Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr
7 noyabr