Aysel partlayış günündən GÖRÜNTÜLƏR PAYLAŞDI - VİDEO
"Bir azdan yenə əməliyyata gedəcəyəm. Yanımda bir qız var idi, o, dünyasını dəyişdi. Baxmayaraq ki, o məndən fərqli olaraq yanğından daha uzaq idi. Deyirlər ki, "Pis insana heç nə olmur". Bəlkə də mən pis insanam. Bu hadisə məni çox sarsıtdı. Allah yazısıdır. Bəxtimizə nə yazılıbsa, o da olacaq. Yaşayıram, amma yaşadıqlarımı unuda bilmirəm".
Oxu.Az-ın məlumatına görə, bu sözləri "Location" gecə klubunda baş verən partlayışda ciddi yanğın xəsarətləri alan məşhur bloqer Aysel Şükürova sosial şəbəkə hesabında paylaşdığı videoda deyib.
Bloqer onun bu dar günündə arxa çevirən qohumlarına qarğış edib:
"Mənim bu ağır günümdə, qan bağı olan qohumlarım hər zamankı kimi məni saymadı. Ayıbı yoxdur, Allah bəlalarını versin. Onlara həmişə nifrət etmişəm. Nifrət eləməyə də davam edəcəyəm. Öz pisliklərində boğulsunlar".
Səhhətindən söz açan Şükürova bunları söyləyib.
"Yuxu dərmanları atıram, key kimiyəm. Düzələcəyəm və daha da yaxşı olacağam. Ayağımdakı yanıqlarım 6 aya sağalacaq. Ayaqlarımdan savayı əllərim, üzüm də yanıb. Yavaş-yavaş üzümlə, əllərim sağalır. Ayaqlarıma görə, bəlkə Türkiyəyə getdim. Orada əməliyyat etdirəcəyəm."
Bloqer hazırda maddi sıxıntılar çəkdiyini də dilə gətirib:
"Maddi cəhətdən çox çətinlik çəkdim. Çünki mən tək qadınam, üç uşağa baxıram. Ailəm, yaxın dostlarım mənə maddi köməklik etdilər".
Şükürova partlayış günündən olan videogörüntüləri paylaşıb. Görüntülərdə klubda rəqqasə olan Seneqal vətəndaşı da var.
Sözügedən videonu təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5096 Tarix: 19 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
6 noyabrQoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabrZəfər gününün hava proqnozu
Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur
7 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrAZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu
6 noyabrAQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb
Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr
7 noyabr