Ev almaq istəyən hərbçilərə MÜRACİƏT
Müdafiə Nazirliyi ev almaq istəyən hərbçi qulluqçulara müraciət edib.
Nazirlikdən Sonxeber.az-a daxil olan müraciətdə deyilir:
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq xidmət müddətində məhkumluğu aşkar edilmiş ehtiyatda olan (zabit, gizir, "miçman" və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçuların dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunmaları üçün Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Komissiyaya aşağıdakı sənədlər təqdim edilməlidir:
- Dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunma barədə ərizə;
- Hərbi qulluqçu barədə çıxarılmış məhkəmə hökmü (əsli və ya notarial təsdiqi);
- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya üzərindən götürülməsi barədə arayış (əsli və ya notarial təsdiqi).
Ehtiyatda olan (zabit, gizir, "miçman" və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçuların dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunma növbəsinə alınması yuxarıda qeyd olunan Fərmanın 3.1-ci bəndində göstərilən tələblərə və sənədlərin təqdim edilmə ardıcıllığına uyğun olaraq həyata keçiriləcək.
Daxil olan müraciətlər komissiya tərəfindən araşdırıldıqdan sonra Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox xidmət etmiş ehtiyatda olan (zabit, gizir, "miçman" və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçuların sənədləri dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunma növbəsinə alınması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndəriləcək.
Sənədlərin təqdim olunacağı ünvan: Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi (Süleyman Dadaşov küçəsi 2)".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1399 Tarix: 20 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabrGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
6 noyabr"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil
7 noyabrZəfər gününün hava proqnozu
Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur
7 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabrBakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
6 noyabrQazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta
6 noyabr