Nazir Vətən Müharibəsi Qəhrəmanını hərbi hissə komandiri təyin edib
Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının N saylı hərbi hissəsinin "Şahin" Xüsusi Təyinatlı Dəstəsinin (XTD) komandiri, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Zəfər Yusibov yeni vəzifəyə təyin edilib.
Sonxeber.az Report-a istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Z.Yusibov Daxili Qoşunlarının Bakıda yerləşən N saylı hərbi hissələrinin birinə komandir təyin olunub.
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a məlumatı təsdiqləyib.
Qeyd edək ki, Z.Yusibov 1982-ci ildə Şəkinin Çayqaraqoyunlu kəndində dünyaya gəlib. 1999-cu ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olub. 2003-cü ildə DİN Daxili Qoşunlarında xidmətə başlayıb. Ölkə və DİN rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılıb. 2019-cu ilin avqustunda daxili işlər naziri general-polkovnik V.Eyvazov ona növbədənkənar mükafat qaydasında "polkovnik" rütbəsini təqdim edib.
Vətən müharibəsi zamanı o, rəhbərlik etdiyi şəxsi heyətlə birgə Murovdağ, Kəlbəcər, Cəbrayıl, Xocavənd rayonları istiqamətlərində döyüşüb. XTQ komandiri Hadrut qəsəbəsinə ilk daxil olan qəhrəmanlardandır. O, qızğın döyüşlər zamanı Hadrutda Azərbaycan bayrağını ilk dəfə dalğalandıran xüsusi təyinatlımızdır. Xocavənd rayonunun Tuğ kəndi uğrunda gedən döyüşlərdə yaralanıb və bu barədə heç kəsə məlumat verməyib. O, 3 gün yaralı vəziyyətdə döyüşüb.
Z.Yusibov yarası sağalmamış yenidən döyüşlərə qatılıb və Kəlbəcərin düşməndən azad olunmasında iştirak edib.
Prezident İlham Əliyevin sərəncamı ilə o, Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3251 Tarix: 20 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabrGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
6 noyabr"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil
7 noyabrZəfər gününün hava proqnozu
Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur
7 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabrBakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
6 noyabrQazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta
6 noyabr