"Şuşada bir araya gələcək həmvətənlərimiz Zəfərimizin rəmzi olan "Dəmir yumruğu" dünyaya bəyan edəcəklər"
"Dünya Azərbaycanlılarının V Qurultayının Türk dünyasının paytaxtı, Azərbaycanın mədəniyyət beşiyi, Qarabağımızın tacı, Şuşa şəhərində keçirilməsi möhtəşəm və qürurverici hadisədir".
Bunu Sonxeber.az-a açıqlamasında deputat Cavanşir Paşazadə deyib.
Deputat qeyd edib ki, cənab Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bu gün dünyanın ən sayılıb-seçilən, qüdrətli dövlətlərindən birinə çevrilib:
"44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbədən sonra Azərbaycan öz hərbi gücü ilə regionda sülhü bərpa edən qüdrətli dövlətə çevrildi. Təbii ki, biz bu naliyyətlərin hər birini Ali Baş Komandana və Müzəffər Azərbaycan Ordusuna borcluyuq. Cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, atılan addımlar xalqımızın daha xoşbəxt və firavan yaşamasına, dövlətimizin uğurlu gələcəyinə xidmət edir. Məhz cənab İlham Əliyevin uğurlu kadr siyasəti nəticəsində Azərbaycan diasporu bu gün öz inkişafının, birlik və həmrəyliyinin yeni, ən yüksək mərhələsini yaşayır. Cənab Fuad Muradovun rəhbərliyi altında Diasporla İş üzrə Dövlət Komitəsi son 4 ilə yaxın bir dövrdə diasporumuzun inkişafı ilə bağlı çox mühüm işlər görərək, möhtəşəm layihələrə imza atıb. Biz bu inkişaf və aktivliyi Tovuz döyüşlərində, 44 günlük Vətən müharibəsi dövründə diasporumuzun keçirdiyi ordumuza dəstək mitinqlərində də gördük".
Deputatın sözlərinə görə, 30 ildir ki, həsrətində olduğumuz Şuşa şəhərində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları bir yerə toplayan tədbirin keçirilməsi qələbəmizin növbəti mərhələsi kimi tarixə həkk olunacaq:
"Şuşa tək Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət paytaxtı hesab olunur. Məhz buna görə Şuşa şəhəri 2023-cü il üçün "Türk Dünyasının Mədəniyyət Paytaxtı" elan edildi. Bu möhtəşəm qərardan sonra Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası vardır. Şuşada bir araya gələcək həmvətənlərimiz bu məkandan birliyimizi, həmrəyliyimizi, Zəfərimizin rəmzi olan "Dəmir yumruğu" dünyaya bəyan edəcəklər. Ən önəmlisi isə odur ki, Dünya Azərbaycanlılarının V Qurultayı bütün dünyada yaşayan soydaşlarımızın Qarabağın azad olunmasından sonra ilk böyük görüşü kimi də tarixə düşəcək".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
Rusiya-Ukrayna müharibəsi: Tramp razılaşmanın yaxın olduğunu açıqladı, cəbhədə döyüşlər şiddətlənir
8 Noyabr - Şuşanın azad edildiyi gündür
Tramp İranı yenidən bombalamaqla hədələdi: "Ölkənin qalan hissəsini də məhv edə bilərik"
Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN