Ermənilər Qarabağda beş minə yaxın mənzili satışa çıxarıblar: Bu, Azərbaycana nə vəd edir?

Ermənilər Qarabağda beş minə yaxın mənzili satışa çıxarıblar: Bu, Azərbaycana nə vəd edir?İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı şəksiz qələbə Ermənistanda bloklanmış situasiyanın yaranmasına səbəb oldu və erməni cəmiyyətində siyasi proseslərin fərqli məcrada cərəyan etməsinə gətirib çıxardı. Müharibədən sonra Qarabağda yaşayan ermənilərlə bağlı da Azərbaycanın milli maraqlarına cavab verən proseslər müşahidə olunur.

Əldə etdiyim məlumata görə, Qarabağda yaşayan ermənilərə məxsus mülklərin satışı ilə bağlı son bir ay ərzində müxtəlif platformalarda 5 minə yaxın elan yerləşdirilib.

Hazırda Qarabağda 25-30 min arası erməni yaşayır. Əsasən 3-4 otaqlı mənzilləri satışa çıxaranlar orta imkanlı erməni ailələridir. Xankəndidə yaşayan ermənilər mənzilləri, torpaq sahələrini və ticarət obyektlərini tələsik sataraq, oranı mümkün qədər tez tərk etmək istəyirlər.

Müşahidələr və proseslərin təhlili göstərir ki, ermənilər Xankəndidə yaşamağın gələcək perspektivlərini görmürlər və İrəvanda hökm sürən dərin ümidsizlik Xankəndidə daha qabarıq şəkildə özünü büruzə verir.

Digər tərəfdən, Fərrux yüksəkliyi və digər ərazilərdə Azərbaycan ordusunun apardığı hərbi-taktiki tədbirlər cavan nəslin nümayəndələrinə ciddi şəkildə mənfi təsir edir. Onlar başa düşürlər ki, İrəvanda səngimək bilməyən siyasi çəkişmələr və bütün bunların fonunda Azərbaycan ordusunun uğurlu addımları onların gələcək imkanlarını sıfırlamış olur.

Əminliklə demək olar ki, Rusiya hərbçilərinin sülhməramlı missiyasının bitdiyi ərəfədə Qarabağda yalnız yaşlı erməni nəsli, erməni hərbi birləşmələrində xidmət edən şəxslərin ailə üzvləri və Qarabağın sərvətlərini talayan biznes subyektləri qalacaq.

Sonda qeyd etmək lazımdır ki, ermənilərin rusların dəstəyi ilə Qarabağda həyata keçirdiyi "möhkəmlənmə" tədbirləri isə imitasiyadır. Bu, ermənilərin taktiki və situativ addımlarıdır. Azərbaycanın atdığı strateji addımlar bu tədbirlərin perspektivlərini heçə endirir.

Azərbaycanın bundan sonra Qarabağda atdığı addımlar müharibədə qazanılan qələbə qədər tarixi əhəmiyyət daşıyır. Şübhəsiz, ermənilərin Xankəndini sürətlə tərk etməsi Azərbaycanın növbəti qələbəsini qaçılmaz edir. Ermənilər Qarabağda yaşamaq istəmirlər, belə çıxır ki, gələcəkdə Rusiya sülhməramlılarının fəaliyyətinə də real ehtiyac qalmayacaq.

Yəni, Qarabağdakı mövcud situasiya Azərbaycan üçün bu qədər strateji və əhəmiyyətlidir.

Ona görə də Prezident İlham Əliyevin qlobal proseslərdə ciddi tribuna qazanması, onun Qarabağla, ümumən Azərbaycanın gücləndirilmiş mövqeyi ilə bağlı atdığı praqmatik addımlar məmurlar tərəfindən düzgün qiymətləndirilməlidir. Hazırda Qarabağdakı ədalətin tam şəkildə bərpa olunması, Azərbaycanın gələcək təhlükələrdən tamamilə sığortalanması üçün İ.Əliyev ciddi enerji sərf edir və belə bir situasiyada ölkənin daxilində gərginliyi artıran, dövlət-vətəndaş münasibətlərinə xələl gətirən istənilən hərəkət yolverilməzdir.

Şəksiz, bu məsələdə əsas məsuliyyət də məmurların üzərinə düşür və tutduğu postdan asılı olmayaraq, hər bir məmur öz məsuliyyətini anlamalıdır. Bunun əksini etmək Prezidentin iqtisadi-siyasi, sosial və milli-tarixi konsepsiyalarını məqsədli şəkildə tormozlamaq deməkdir.

Demokrat.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1219   Tarix: 20 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil

7 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr