Müəmmalı qətlin məhkəməsi: "Nərminin əmisi hadisədən əvvəl meyitin qapıya atıla biləcəyini dedi"

Müəmmalı qətlin məhkəməsi: "Nərminin əmisi hadisədən əvvəl meyitin qapıya atıla biləcəyini dedi"Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili Əlibaba Rzayev vəsatət qaldıraraq iş üzrə istintaq zamanı ifadə vermiş bir neçə şahidin məhkəmədə dindirilməsini istəyib.

Müdafiəçi həmin şəxslərin kimliyini və nəyə görə məhkəmədə dindirilməli olduğunu da əsaslandırıb. Vəkilin sözlərinə görə, istintaq zamanı İlkin Süleymanovla birlikdə təcridxanada olmuş şəxslərdən 4 nəfərin ifadəsi alınıb. Həmin şəxslərdən ikisi deyib ki, İlkin gecələr sayıqlayaraq Nərmini öldürdüyünü deyib. Eyni yerdə saxlanılan digər iki şahid isə İlkinin elə bir şey sayıqlamadığını bildiriblər. Lakin təqsirləndirilən şəxsin əleyhinə ifadə verən iki nəfər şahid kimi tanınsa da, istintaq orqanı digər iki nəfəri şahid kimi tanımayıb.

Hakim həmin şahidlərin məhkəmədə ifadə vermələrinin təmin olunacağını bildirib.

Vəkil daha sonra kənd sakinləri Rüfət Əliyev və Zahidə Əliyevanın məhkəmədə dindirilməsini xahiş edib. Müdafiəçi bildirib ki, sözügedən kənd sakinləri istintaq zamanı deyiblər ki, Nərminin əmisi Arif Əliyev hadisə baş verməzdən iki gün əvvəl meyitin onların həyətinə atıla biləcəyi ehtimalı olduğunu deyib: "Sözügedən şəxslər Nərminin yanmış meyiti aşkar edilməzdən iki gün əvvəl Ariflə danışıblar. Arif deyib ki, ehtiyatlı olun, Nərminin meyiti sizin qapınıza atıla bilər. Arif nə bilirdi ki, Nərminin meyiti kiminsə qapısına atılacaq?"

Müdafiə tərəfi İlkin Süleymanovun əmisi Hüseyn Süleymanovun, bacısı İlhamə Süleymanovanın övladlarının və şagirdlərinin məhkəmədə ifadə vermələrini istəyib.

Müdafiəçi deyib ki, Nərminin atası Şərif Quliyev qızının yanmış cəsədi aşkar edilən yerdə bir gün sonra qazıntı aparıb. Torpaq qazmaq üçün beli isə Hüseyndən alıb: "Hesab edirik ki, Hüseynin də məhkəmədə ifadə verməsi lazımdır. O, Nərminin atası Şəriflə birgə meyit aşkar edilən yeri qazaraq izi itirməyə çalışıb. İlkinin bacısı uşaqlarına gəlincə, onlar dəfələrlə Nərmin saxlanılan otaqda olublar. Bundan başqa, İlkinin bacısı İlhamənin həmin vaxt atasına baxdığını sübut etmək üçün onun dərs dediyi şagirdlər də şahid kimi dindirilməlidir".

Məhkəmə adları çəkilən kənd sakinlərinin, İlkin Süleymanovun əmisinin, İlkinlə birgə təcridxanada qalmış şəxslərin və digər şəxslərin məhkəmədə dindirilməsi barədə vəsatətlərin əksəriyyətini təmin edib.

Proses sabah davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3555   Tarix: 20 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib

Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək

7 oktyabr
.

18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb - Polis şübhələni saxladı-Yenilənib

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib. "Qafqazinfo" "Bakupost"a istinadən xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib. Əraziyə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları hələlik məlum deyil. TƏBİB-dən verilən məlumat

5 oktyabr
.

Qəzada ağır yaralanan sürücü xəstəxanada öldü

Paytaxtın Heydər Əliyev prospektində ölümlə nəticələnən yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 28-i saat 21 radələrində Nəcəfzadə Bahəddin Əfqan oğlunun idarə etdiyi "Lada Granta" markalı avtomobil prospektin "Koroğlu" metro stansiyası istiqamətind

30 oktyabr
.

Vüqar Qurbanovun vəzifəli qohumunun bıçaqlanmasının şok təfərrüatı

Abşeronda direktor müavininin bıçaqlanması ilə nəticələnən hadisənin detalları məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədən Elçin Balayevə nizam-intizam məsələlərinə görə bir neçə dəfə direktor müavini Orxan Ənvərli tərəfindən xəbərdarlıq edilib. Lakin xəbərdarlıqlara məhəl qoymayan E.Balaye

8 oktyabr
.

Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd

7 oktyabr
.

Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo

1 oktyabr
.

Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı

Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı yeni təfərrüat açıqlanıb. -a istinadən xəbər verir ki, azyaşlının əmisi Teymur Əliyev "Teleqraf"la əlaqə saxlayaraq bildirib ki, 2 yaşlı A.İsmayılovun anası və atası boşanıb, azyaşlı anası ilə yaşayırmış:. "9 yaşlı bacısı is

29 oktyabr
.

Bərdədə tanışı tərəfindən qətlə yetirilən Elnur Rüstəmovun fotoları - Video

Bərdə rayonunun Mollaəhmədli kəndində Elnur Rüstəmovun 30 yaşlı tanışı Cavad Hüseynov tərəfindən öldürüldüyü ehtimal edilir. qətlə yetirilən 26 yaşlı E.Rüstəmovun fotolarını təqdim edir:. 11:00. Bərdə rayonunun Mollaəhmədli kəndində 26 yaşlı Elnur Rüstəmovun öldürülməsini təfərrüatı bilinib. Baku TV-y

1 oktyabr
.

Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasından məhrum edildi

Xəbər verdiyimiz kimi, məhkəmə həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum edib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, mirasdan məhrum edilən şəxs plastik cərrah Türkan Gündüzün həyat yoldaşı Muhammet Gündüz imiş. Mərhumun qızı atasının anasından qalan mirasa münasibətdə ləyaqətsiz vərəs

13 oktyabr