Bakıda altı yaşlı uşağın ölümünə səbəb olan tibb bacısının təhsili yox imiş
Keçən ilin oktyabr ayında Yasamal rayonunda 6 yaşlı Dəniz Qəhrəmanovanın ölümündə təqsirləndirilən tibb bacısına hökm oxunub.
Sonxeber.az Kriminalqafqaz-a istinadla xəbər verir ki, Yasamal Rayon Məhkəməsində yaşadığı evdə tibb bacısı kimi xidmət göstərən 1959-cu il təvəllüdlü İ.Quliyeva Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirləndirilib.
Məlum olub ki, onun tibbi təhsili yoxdur. Belə ki, İ.Quliyeva 1989-cu ildə Sabirabad rayon M.Ə.Sabir adına Mərkəzi Kitabxanasının nəzdindəki bir illik "Sağlamlıq və ilk tibbi yardım" kursunu bitirib və yaşadığı ərazidə insanlara tibbi xidmət göstərib.
Keçən ilin 13 dekabrında isə İ.Quliyevanın Yasamal rayonunda yaşadığı evin qonşuluğunda yaşayan ailə uşaqlarının qrip olduğunu bildirərək ona antibiotik vurmasını xahiş edib. Saat 22:30 radələrində səyyar tibb bacısı ailənin 10 yaşlı oğluna və 6 yaşlı Dənizə sınaq etmədən "Seftriaksion 500 mg" iynəsi vurub.
Oğlanda hər hansı neqativ reaksiya olmasa da, 10-15 dəqiqə sonra Dəniz şoka düşüb. Tibb bacısının antibiotiklərlə bağlı şoka qarşı preparatı olmadığından uşağa dərhal yardım göstərilməyib. Təxminən 1 saat sonra azyaşlı Respublika Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Aprelin 19-da başa çatan məhkəmə prosesində azyaşlının ailəsi İ.Quliyevadan şikayətçi olmadığını bildirib.
Ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib və üzərinə elektron nəzarət cihazı tətbiq edilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2642 Tarix: 21 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aliment verməkdən imtina edən kişi - 4-cü dəfə həbs olundu
Sabirabad rayonunda aliment borcunu qərəzli şəkildə ödəməyən şəxs növbəti dəfə həbs olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, rayonun Çöl Beşdəli kəndində yaşayan 1984-cü il təvəllüdlü Əhməd Ələmov (ad və soyadlar şərtidir) bu dəfə 1 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib. Araşdırmala
30 sentyabrNigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Aparıcı Nigar Fərhadın təsisçisi olduğu "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır. "Qafqazinfo"ya müraciət edən paytaxt sakini Rüfət Mikayılov da şirkətdən şikayətçi olan şəxslərdən biridir. Rüfət iki il əvvəl ABŞ-də təhsil almaq üçün "AİD Group"
18 sentyabrQubada 21 yaşlı oğlan müəmmalı şəkildə öldü
Qubada gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 29-u saat 01 radələrində Birinci Nügədi kəndində baş verib. 2005-ci il təvəllüdlü Cəfərov Səbuhi Azər oğlu yaşadığı evdə naməlum səbəbdən ölüb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyi
29 sentyabr"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ
22 sentyabrBərdədə tanışı tərəfindən qətlə yetirilən Elnur Rüstəmovun fotoları - Video
Bərdə rayonunun Mollaəhmədli kəndində Elnur Rüstəmovun 30 yaşlı tanışı Cavad Hüseynov tərəfindən öldürüldüyü ehtimal edilir. qətlə yetirilən 26 yaşlı E.Rüstəmovun fotolarını təqdim edir:. 11:00. Bərdə rayonunun Mollaəhmədli kəndində 26 yaşlı Elnur Rüstəmovun öldürülməsini təfərrüatı bilinib. Baku TV-y
1 oktyabrAtasını öldürən Ayxana 1 il yarım həbs verildi
Atasını öldürməkdə ittiham olunan 19 yaşlı gəncin ittihamı yüngülləşdirilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi bu gün hökm çıxarıb. 19 yaşlı Ayxan Vəlizadə 44 yaşlı atası İftixar Vəlizadəni kəsici alətlə qəsdən öldürməkdə təqsirləndirilirdi. Prokurorluq onu Cinayə
14 oktyabr