Azərbaycanda 28 yaşlı gəncin 15 yaşlı oğlana qarşı ZORAKILIĞI: "Dodağımdan öpmək istədi" - ŞOK TƏFƏRRÜAT

Azərbaycanda 28 yaşlı gəncin 15 yaşlı oğlana qarşı ZORAKILIĞI: "Dodağımdan öpmək istədi" - ŞOK TƏFƏRRÜATZaqatala rayonunda 1994-cü il təvəllüdlü Xalid A. yetkinlik yaşına çatmayan həmkəndlisi Pərviz S.-ə (adlar şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Xalid A. 26 avqust 2021-ci ildə, saat 21 radələrində yüngül dərəcəli sərxoş vəziyyətdə Muğanlı kəndində yerləşən "Qaraj" deyilən ərazidə öz cinsi ehtirasını ödəmək üçün 15 yaşlı Pərviz S.-ə əynində olan şalvarını və alt paltarını aşağı çəkməsini bildirib.

Pərviz S. öz şalvarını və alt paltarını aşağı çəkdikdən sonra Xalid A. ona qarşı seksual xarakterli hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Xalid A.-nın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xalid A. ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib:

"Mənim və ailə üzvlərimin Pərviz S.-ə qarşı heç bir düşmənçiliyi və ədavəti olmayıb. Pərviz S.-in əmisi oğlu Nadir U. ilə dostluq münasibətində olmuşam".

Təqsirləndirilən şəxs ifadəsində göstərib:

"26 avqust 2021-ci ildə, saat təxminən 18 radələrində yaşadığım kənddə küçədə olan vaxt Nadir U.-nun idarə etdiyi "QAZ-24" markalı pikap avtomobili ilə qarğıdalı apardığını gördüm. Nadir məni qarğıdalını boşaltmağa kömək etmək üçün evlərinə çağırdı. Nadirgilin evlərinə getdim, qarğıdalını boşaltdıq, çardağa yığdıqdan sonra pivə içməyə getdik. Həmin vaxt Nadir U.-nun yanında Pərviz S. də olub. Hər üçümüz kəndin mərkəzində yerləşən Vahid A.-nin işlətdiyi pivəxanaya getdik. Pivəxananın həyətində oturaraq əvvəlcə hərəyə bir parç pivə içdik. Daha sonra Nadir U. ilə mən iki parç da pivə içdik. Pivəxanada bir qədər oturduqdan sonra Nadir U. getdi. Nadir gedən vaxt məndən Pərviz S.-i də evlərinə aparmağımı istədi. Nadir getdikdən sonra mən də Pərviz S.-lə bir yerdə kafedən çıxdıq, evimiz istiqamətində getməyə başladıq. Həmin vaxt sərxoş olduğum üçün Pərviz S.-ə qarşı cinsi ehtirasım yarandı".

Xalid qeyd edib ki, Pərviz S.-ə qarşı həmin hərəkətlərindən sonra Pərviz S. yolun əks tərəfində olan marketə siqaret almaq üçün gedib:

"Mən də yolun əks tərəfində qalaraq Pərviz S.-i gözlədim. Lakin Pərviz S. gəlmədi. Sonra həmin yerdən getdim. Bir qədər kənddə olduqdan sonra evimizə gəldim. Evə çatdıqda Nadir U.-nun idarə etdiyi pikapla evimizin qabağında dayandığını gördüm. Bundan sonra Nadir U. idarə etdiyi avtomobillə məni də götürdü və birlikdə Alazan çayı istiqamətində getdik. Zastavanın yaxınlığında olan vaxt Nadir U. avtomobili saxladı və biz söhbət etdik. Həmin vaxt Pərviz S. də yanımızda olub. Nadir U. məndən Pərvizə S.-ə qarşı nəyə görə bu cür hərəkətlər etməyimi soruşdu. Mən isə heç bir hərəkət etmədiyimi bildirdim. Bundan sonra Nadir U. məni həmin yerdə qoydu, özü avtomobillə getdi".

Xalid ifadəsində əlavə olaraq göstərib ki, zərərçəkmiş şəxslə və onun qanuni nümayəndəsi ilə barışaraq üzr istəyib, zərərçəkmiş şəxs onu bağışlayıb.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Pərviz S.-in sözlərinə görə, Zaqatala rayonu Muğanlı kəndində valideynləri ilə birlikdə yaşayır:

"Xalid A. həmkəndlimdir, onunla və ailəsi ilə heç bir düşmənçiliyimiz, ədavətimiz olmayıb. Avqustun 26-da, saat təxminən 18 radələrində əmim Mehdi H.-nin evinə qarğıdalını yığmağa kömək üçün getdim. Həmin vaxt əmim oğlu Nadir U.-nun dostu Xalid A. da kömək üçün oraya gəlmişdi. Bir yerdə qarğıdalını maşından çardağa yığdıq. Bundan sonra isə saat təxminən 20 radələrində əmim oğlu Nadir U. və Xalid A. ilə bir yerdə yaşadıqları kənddə olan pivəxanaya getdik. Pivəxananın həyətində oturaraq pivə içdik. Həmin vaxt mən də bir parç pivə içdim. Nadir U. ilə Xalid A. isə təxminən hərəsinə iki parç pivə içdilər. Təxminən bir saata qədər oturaraq pivə içdik. Bundan sonra Nadir U. maşınla olduğu üçün Xalid A. ona getməsini bildirdi. Həmin vaxt Xalid A. məni də evimizə yola salacağını dedi. Nadir U. gedən kimi mən də Xalid A. ilə pivəxanadan çıxaraq piyada orta məktəb tərəfə getdik. "Qaraj" deyilən yerə çatdıqda Xalid A. dodağımdan öpmək istədi. Lakin başımı kənara çəkdiyim üçün Xalid A. dodağımdan öpə bilmədi".

Zərərçəkmiş şəxs qeyd edib ki, bundan sonra isə ona əynində olan şalvarını və tumanını aşağı çəkməsini bildirib:

"Mən də şalvarımı və tumanımı aşağı çəkdim. Bundan sonra Xalid A. başımı aşağı əyməyimi dedi. Mən də başımı aşağı əydikdən sonra Xalid A. mənə qarşı seksual hərəkətlər etdi. Xalid A.-nın bu hərəkətindən sonra asfalt yola tərəf qaçdım. Asfalt yolun kənarında olan avtomobil yuyulan sexdə işləyən Elvar A.-dan əmim oğlu Nadir U.-nun nömrəsini aldım və tanımadığım bir kişidən Nadir U.-ya zəng vuraraq məktəbin yanına gəlməsini bildirdim. Nadir U. isə bir neçə dəqiqə sonra idarə etdiyi "QAZ-24" markalı avtomobildən düzəlmiş pikapla yanıma gəldi.

Xalid A.-nın etdiyi hadisə barədə Nadir U.-ya danışdım. Nadir U. ilə birlikdə Xalid A.-nın evinə getdik. Həmin vaxt Xalid A. evdə olmadı. Xalid A.-nın evinin yanında atası ilə söhbət etdik. Bu vaxt Xalid A. yanımıza gəldi. Onu avtomobilə oturdaraq bir yerdə Alazan çayı istiqamətində getdik. Həmin yerdə Nadir U. Xalid A.-ya nəyə görə mənə qarşı bu hərəkətləri etdiyini dedi. Xalid A. isə heç bir hərəkət etmədiyini deyərək maşının qabağına keçdi. Sonra biz Xalid A.-nı həmin yerdə qoyaraq evə qayıtdıq. Sonra atam ilə mobil telefonla danışdıq və atam şikayət etməyimizi bildirdi. Bundan sonra da polisə şikayət etdik".

Qeyd edilib ki, bu cinayət işinə Zaqatala Rayon Məhkəməsində baxılıb. Xalid 10 ay müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1795   Tarix: 21 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr