Azərbaycan gəncləri niyə qəddarlaşır və bunun qarşısı necə alınmalıdır?
Son zamanlar ölkəmizdə bəzi yeniyetmə və gənclərin aqressivləşməsinin, hətta başqalarına hücum etməsinin şahidi oluruq: biri öz valideynini qətlə yetirir, digəri öz sinif yoldaşını bıçaqlayır. Bəs buna səbəb nədir və qarşısı necə alınmalıdır?
Məsələ ilə bağlı Sonxeber.az-a Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc açıqlama verib.
O bildirib ki, bunlar geniş şəkildə araşdırılmalı mövzularıdır:
"Çünki biz fərdi hadisələrin ümumiləşdirilməsinin əleyhinəyik. Ayrı-ayrı yeniyetmələrin öz valideynlərinə və ya həmyaşıdlarına qarşı hücumunu bütövlükdə Azərbaycanda formalaşan gəncliyin obrazı kimi təqdim etmək düzgün olmaz.
Lakin bununla bərabər, əlbəttə ki, sizin dediyiniz kimi, hər bir hərəkət, hadisa bizim üçün siqnal olmalıdır. Bu bir çağırışdır. Onun üzərində biz diaqnostik qiymətləndirməmizi etməliyik.
Məsələn, cəmiyyətimizdə ailə mühitində nə baş verir? Tərbiyə modellərimiz müasir dövrün çağırışlarına nə dərəcədə uyğundur?
Qərbdən və Şərqdən ölkəmizə daxil olan informasiya kütləsi qarşısındakı insanlar hansı obrazı yaradır, necə cəmiyyət formalaşdırırlar?
Bax, bütün bunların hamısı dövlət, hakimiyyət orqanları, hökümət strukturları, o cümlədən ictimai inistitutların qarşısında çox ciddi vəzifələr qoyur.
Əlbəttə, mən o mövqedəyəm ki, biz bu məsələlərə qərar verərkən baxışımızı yalnız bir media müstəvisində suallara cavab vermək, onlara aydınlıq gətirməklə məhdudlaşdırmamalıyıq.
Bunları geniş mənada analiz etmək lazımdır. Bu statistika hansı səviyyədədir? Nə qədər qorxulu həddədir? Nədən irəli gəlir? Bunun hamısına kompleks şəkildə baxmaq lazımdır. Təbii ki, burada sosial faktorlar daha çox qabardılacaq. Amma mən istəməzdim ki, biz hadisəyə yalnız bir element üzərindən yanaşaraq yekun hökm çıxaraq.
Geniş mənada biz Azərbaycan cəmiyyətinin uğur qazanan, özünün gələcək həyatını düşünən, qarşısına böyük hədəflər qoyan, Vətən müharibəsində qələbəmizdə önəmli rol oynayan, ata-babalarımızdan bizə miras qalan problemləri çözən gənclikdən danışa bilərik.
Son il yarımda cənab Prezidentin çıxışlarında aparıcı dövlət kursunun ideası məhz budur. Amma onun paralelində sizin dediyiniz hadisələr və faktlar mövcud olduğu üçün biz mütləq həmin məsələnin üzərinə getməliyik. Fərdi hadisələr olduğu üçün bunun qiymətləndirilməsi də fərdi edilməlidir. Elə bir fikir formalaşmamalıdır ki, Azərbaycanda yeniyetmələr çox qəddar mühitin "məhsul"udurlar və bu ölkədə kriminal hadisələrin artması üçün zəmin var".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
Kamran Əsədovun 3 il həbsi tələb edildi
Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
Rusiya-Ukrayna müharibəsi: Tramp razılaşmanın yaxın olduğunu açıqladı, cəbhədə döyüşlər şiddətlənir
8 Noyabr - Şuşanın azad edildiyi gündür
Tramp İranı yenidən bombalamaqla hədələdi: "Ölkənin qalan hissəsini də məhv edə bilərik"
Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN