Psixoloqdan HƏYƏCAN TƏBİLİ: "Uşaqların cinsi istəkləri artıb, 9 yaşda nişan, 14-də evlilik, 16-da doğum"

Psixoloqdan HƏYƏCAN TƏBİLİ: "Uşaqların cinsi istəkləri artıb, 9 yaşda nişan, 14-də evlilik, 16-da doğum"Erkən yaşda uşaq dünyaya gətirən qızlarla bağlı yayılan məlumatlar yenidən gündəmə gəlib. Son bir həftə ərzində Bakıda, Ağdaşda, Gəncədə 16 yaşlı qızlar uşaq dünyaya gətiriblər. Həmin qızların hansı yaşda ailə qurduqlarını (rəsmi nikah olmadan - red.) düşünəndə adam təəccüblənir.

Dəfələrlə bu istiqamətdə maarifləndirici məlumatlar paylaşılsa da, bu kimi faktlar hələ də mövcuddur. Bəs görəsən, bunun səbəbi nədir? Doğrudanmı bütün bu hadisələr sadəcə valideyn təzyiqlərindən, uşaq hüquqlarının pozulmasından irəli gəlir, yoxsa yeniyetmələr arasında cinsi istək artıb?

Məsələyə münasibət bildirən psixoloq Aytən Ələkbərova Oxu.Az-a açıqlamasında deyib ki, uşaqlarda cinsi istək çoxalıb:

"Bu məsələ xanım kimi, bir psixoloq kimi məni çox ciddi narahat edən faktorlardan biridir. Erkən evlilik və ya xaotik olaraq övladlarımızda cinsi istəklərin olması ciddi problemlərdən biridir. Bunun özünün də psixoloji əsası var. Belə ki, sosial şəbəkələrdə, bəzi saytlarda cinsi tərbiyə mövzusundan uzaq, sadəcə cinsi istəklər üzərində qurulan mövzular bu gün yeniyetmələrin anatomik quruluşlarında müəyyən oyanmalara gətirib çıxarır.

Bu, cinsi həvəslərin artmasına səbəb olur. Onlar bunu "sevgi" sayır və elə qiymətəndirirlər. Qarşılıq görməyəndə bütün bunlar insanı həyatdan küsməyə doğru aparır. Təbii ki, 14 yaşında evləndirilən (evlənən - red.) bir qız ailə dəyərlərindən uzaq olur. Gəlinciklə oynayacaq yaşında bir qız ər qayğısını çəkə bilməz. Bəzən 26-29 yaş aralığında oğlanlar 14-16 yaş aralığında qızları alır, "hələ gözü açılmamış bir qızdır, onunla ailə qurum" niyyətinə düşürlər. Bir müddət sonra, artıq xanımların yaşı 30-36 olduqda, əgər bu evlilik davam edirsə, ailədə narazılıqlar, boşanmaya aparan faktlar çoxalır. Əsas da cinsi istək və psixoloji cəhətdən bir-birlərini anlamamaları boşanmaya səbəb olur".

A.Ələkbərova onu da qeyd edib ki, bu məsələdə günah və günahkar axtarırıqsa, birinci günahkar ilk növbədə özümüzük:

"Cəmiyyət olaraq ziyalı şəxslərin və digər maarifləndirici məlumatları bölüşən şəxslərin cağırışlarına üz çevirənlər var. 15 yaşında elə qız ola bilər ki, fizioloji cəhətdən tam formalaşmış olsun. Hətta o dərəcədə ki, bu onun psixologiyasına təsir edə bilir. Bu da qızın bəzən şüurlu, bəzən də şüursuz davranışlarında özünü göstərir. Şüursuz davranışlar bizi yanılda bilir. Bu zaman psixoloji proses deyil, aparıcı xarakterli bütün bir başlanğıc yaranır. Ona görə də biz uşaqların gələcəyi üçün erkən evlilikdən çəkindirməliyik. Onların sağlamlığı, uğursuz gələcək yaşamaması üçün buna ciddi əməl etməliyik.

Kimsə deyə bilər ki, vaxtilə nənələrimiz doqquz yaşında nişanlanıb, 12-13 yaşı gözləyirdi ki, menstruasiya dövrü başlasın, sonra ərə getsinlər. Unutmayaq ki, onlar təbii qidalarla qidalanıblar. Biz isə "fast food"la qidalanaraq, sağlam olmayan bir inkişaf prosesi keçirik.

O dövrün 15 yaşlı qızı ilə bu dövrün 15 yaşlı qızlarını bir tuta bilmərik. Sosial şəbəkələrin sürətli inkişafı, baxdıqları saytlarda müəyyən nüanslar cinsi istəklərin artmasına səbəb olur. Bu, nə sevgidir, nə də ailə münasibətinə aiddir, bu onların gələcək həyatlarının məhv olmasının işarəsidir".

Mövzu ilə əlaqədar Oxu.Az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar Şöbəsinin müdiri Elgün Səfərov deyib ki, yetkinlik yaşına çatmayan uşaqlar, daha dəqiq desək, 15-17 yaş qrupu arasında şəxslərin dünyaya gətirdikləri uşaqlarla bağlı 2008-ci ildə 3633 fakt aşkarlanıb:

"15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayı 2010-cu ildə 4103, 2011-ci ildə - 4392, 2014-cü ildə - 3296, 2015-ci ildə - 2895, 2017-ci ildə - 2421, 2018-ci ildə - 2129, 2019-cu ildə 2320 olub.

2020-ci ildə 1917 belə fakt olub ki, bu da hadisələrin sayının aşağı düşdüyünü göstərir. Bu rəqəmlərin azalmasına səbəb uşaq nikahlarının aradan qaldırılması üçün koordinasiyalı şəkildə tədbirlərin aparılmasıdır. Xüsusilə Cənub, Mərkəzi Aran zonasında belə faktlar daha çox olub ki, bu gün nisbətən azalmalar müşahidə edilir, bu da o deməkdir ki, müsbət nəticə qeydə alınıb.

Təəssüf ki, bu gün uşaq nikahlarına görə Bakının kəndləri ön sıralardadır. Şəki, Goranboy, Gəncə zonalarında bu problemlərin aktual olduğunu qeyd edə bilərik. Baxmayaraq ki, 15-17 yaşlı qızların uşaq doğmaları ilə bağlı faktların sayı azalıb, maarifləndirici tədbirlərin sayı artırılmalı və bu təbliğat mütəmadi aparılmalıdır. Əsas məqsəd uşaq hüquqlarının müdafiəsidir, bu bizim Komitə üçün də önəmlidir. Problemlərin müəyyənləşdirilməsi üçün regionlarla mütəmadi sıx əlaqəli şəkildə fəaliyyət göstərilməlidir. Bu bir qurumun deyil, koordinasiyalı şəkildə 11 dövlət qurumunun birgə fəaliyyəti nəticəsində aparılmalıdır. Belə ki, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları, Səhiyyə Nazirliyi və digər qurumlarla birlikdə görülən tədbirlər öz müsbət nəticələrini verir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1555   Tarix: 22 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bu qəzadan xəsarət almadan qurtuldular

Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal

21 sentyabr
.

Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar

21 sentyabr
.

Tanınmış aktyor da "Bəy Mamed"dən şikayətçidir: MTK sahibi nə cavab verdi? - Video

Səbail rayonunun Əhəd Yaqubov küçəsi, 17 ünvanında yerləşən "Ulubəy" MTK yaşayış kompleksinin sakinləri bir sıra problemlərlə bağlı narazılıqlarını bildiriblər. Baku TV-yə istinadən xəbər verir ki, sakinlər binada su təminatı ilə bağlı ciddi problem yaşandığını deyiblər. Onlar bildiriblər ki

21 sentyabr
.

Sabah 34 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd

22 sentyabr
.

Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI

Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar

22 sentyabr
.

"Kristal Estetik" klinikası və direktoru cərimələndi

"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"

22 sentyabr
.

Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - Video

Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. "Qərbi Azərbaycanın yaddaş məkanları"

22 sentyabr
.

Şagirdlərin məktəbə müəyyən edilmiş qaydalara uyğun geyimdə gəlməsi nəzərdə tutulur - AÇIQLAMA

"Geyimin məktəb mühitinə təsiri uzun müddətdir müzakirə olunan məsələlərdəndir. Vahid məktəbli formasına keçidlə bağlı təşəbbüslərdən biri də imkanlı ailələrin övladlarının bahalı və dəbdəbəli geyim və aksessuarlarla məktəbə gəlməsinin qarşısını almaq, şagirdlər arasında bu baxımdan fərqliliyi azaltma

22 sentyabr
.

Vahid məktəbli forması: sadəcə geyim deyil, məktəb mədəniyyətinin mühüm elementi

Məktəbli forması uzun illərdir təhsil sistemində müzakirə olunan məsələlərdən biridir. İlk baxışda bu mövzu sadəcə şagirdlərin məktəbə hansı geyimdə gəlməsi ilə bağlı texniki qayda təsiri bağışlasa da, əslində məsələ daha geniş məna daşıyır. Vahid məktəbli forması məktəbdə bərabərlik, sosial münasibətlər

22 sentyabr