Bakıda girov götürülən İŞ ADAMI: "Məni adyala büküb apardılar"

Bakıda girov götürülən İŞ ADAMI: "Məni adyala büküb apardılar"Bakıda iş adamına hədə-qorxu gələrək girov götürən dəstə üzvlərinə hökm oxunub.

"Kriminalqafqaz"ın əldə etdiyi məlumata görə, hadisə 2020-ci ilin aprelində baş verib.

Belə ki, əvvəllər məhkum olunan Anar Ə. (soyad şərtidir) özgənin malını ələ keçirmək məqsədi ilə tanışları Yavər M. (soyad şərtidir) və Eşqin Ə. (soyad şərtidir) ilə əlbir olaraq iş adamı Zamin H.-yə (soyad şərtidir) qarşı zor tətbiq edib, hədə-qorxu gələrək girov götürüblər. Onu 1 500 manat verəcəyi təqdirdə buraxacaqlarını bildiriblər.

Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılıb və işə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmədə ifadə verən Anar Ə. bildirib ki, Zaminin onun qohumuna borcu olub və o, borcu qaytarmayıb:

"Buna görə qohumlarımla aramda inciklik yaranmışdı. Çünki onları Zaminlə tanış edən mən olmuşdum. 1 500 manat borcu qaytarmaq üçün ona dəfələrlə zəng etsəm də, o, zənglərimə cavab vermirdi. Bundan sonra qərar verdim ki, onun evinə gedim. Dostlarım Eşqin və Yavər də mənimlə getdilər. Oraya çatanda Zamin mənə məhəl qoymadan maşınına minib getdi. Mən onu saxlamaq üçün maşının üstünə çıxdım. Cibimdən bıçaq çıxararaq hədələdim ki, maşını saxlasın. Lakin həmin vaxtı Zamin avtomobili sağa-sola oynadaraq qəfildən əyləci basdı və mən kapotun üzərindən yerə düşdüm. Zamin də oradan uzaqlaşdı. Bundan sonra biz yenidən onun evinin yaxınlığına getdik. Aramızda mübahisə düşdü və mən ona bir-iki yumruq vurdum. Danışmaq üçün elə özünün də razılığı ilə bizim evə getdik. Pulu da özü çıxarıb verdi".

Hadisə zamanı zərərçəkmiş Zamin H. ifadəsində deyib ki, onu Anarın yaxınına borcu olduğu üçün girov götürməyiblər:

"Mənim parfümeriya mağazam var və bununla yanaşı, avtomobil alqı-satqısı ilə də məşğulam. Anarı da uzun illərdir tanıyıram. Bir dəfə mənim satılası maşınım var idi. Anar da təklif etdi ki, həmin maşını 1 500 manata onun dostuna satım. Mən də bildirdim ki, maşını o qiymətə sata bilmərəm. Bundan sonra o dedi ki, biz onun dostundan pulu alaq. Amma maşını verməyək. Bunu eşidəndə isə dedim ki, belə şeylərdən uzaq olsun. Kimisə aldada bilmərəm. Bundan sonra o mənə dəfələrlə zəng etdi. Telefonu açmadığıma görə evimin qabağına gələrək məni bıçaqla qorxutdu. Bundan sonra əl-qolumu skoçla bağlayıb, yumruqla zərbələr endirdilər, məni götürüb apardılar. Evə salanda isə adyala bükdülər. Saxlamağa yerləri olmadığı üçün buraxdılar və bunun əvəzində məndən 1 500 manat pul istədilər".

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Əliyev 12 il, onunla birlikdə cinayəti törətməkdə təqsirli bilinən Yavər Məmmədov 9 il 9 ay, Eşqin Əhmədov isə 11 il müddətinə azadlıqdan məhrum olunublar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1697   Tarix: 22 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021