Gəncədə "Bombanı ürəyimə qoymuşam" deyən şəxsə AĞIR CƏZA
Ötən il Gəncədə polisə yalan məlumat verən şəxs barədə qərar verilib.
Sonxeber.az Qafqazinfo-ya istinadla xəbər verir ki, keçən il 2 iyul tarixində Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Gəncə Şəhər İcra Hakimiyyətinin binasına ümumilikdə 13 ədəd partlayıcı yerləşdirildiyini deyən şəxsin 1973-cü il təvəllüdlü Şakir Məmmədov olması üzə çıxıb. Onun barəsində Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə iş açılıb.
Məlum olub ki, polisə zəng edən şəxs İcra Hakimiyyətinə qoyulmuş bombaların 1 saat yarımdan sonra partlayacağını deyib. Araşdırmalar zamanı məlumatın həqiqətə uyğun olmaması üzə çıxıb və Şakir Məmmədovun polisə zəng edərkən sərxoş halda olması dəqiqləşib.
Ş.Məmmədov ifadəsində bildirib ki, uzun müddət Rusiyada bizneslə məşğul olub və orada xeyli miqdarda borcu yarandığı üçün Gəncəyə qayıdıb. Lakin daim spirtli içki qəbul etdiyindən anası ona "Jeep" markalı avtomobili idarə etməyə imkan verməyib və maşını gizlədib. Bundan sonra o, anasına əsəbiləşərək polisə yalan məlumat vermək və diqqəti üzərinə cəlb etmək qərarına gəlib:
"Həmin vaxt sərxoş olduğuma görə danışdıqlarım yadıma gəlmir. Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdikdən sonra polis əməkdaşları gəlib məni sərxoşluq müayinəsindən keçirdilər. Həmin vaxt polislər məndən bombaları haraya qoyduğumu soruşanda sərxoş olduğum üçün "bombanı ürəyimə qoymuşam" dedim".
Cinayət işi üzrə məhkəmə prosesi Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilib. Bir neçə gün əvvəl proses başa çatıb və məhkəmə Şakir Məmmədovu qeyd edilən maddə ilə təqsirli bilərək 5 il müddətinə azadlıqdan məhrum edib. O, məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1509 Tarix: 22 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"
Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"
6 noyabrQızıl almaq istəyənlərin nəzərinə
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub
7 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabrAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə
7 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrHDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video
Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i
7 noyabrFirəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
6 noyabr