Məhkəmə-Hüquq Şurasının iclası keçirildi

Məhkəmə-Hüquq Şurasının iclası keçirildiMəhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. İclasdaölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi bağlı görüləntədbirlər müzakirə olunub.

Sonxeber.az xəbər verir ki, şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov çıxış edərəkölkəmizin davamlı sosial-iqtisadi inkişafını və aparılanmütərəqqi islahatları, şanlı qələbəmiz nəticəsində azad edilmişdoğma torpaqlarımızın dövlət başçısının rəhbərliyi vərespublikamızın Birinci vitse-prezidenti Mehriban xanımƏliyevanın fəal iştirakı ilə misilsiz bərpa və quruculuq işləriaparılmaqla yenidən dirçəldiyini vurğulayıb, Şuşa şəhərinin mötəbər tədbirlərə, o cümlədən Dünya Azərbaycanlılarının V Qurultayına – Zəfər Qurultayına ev sahibliyi etdiyini qeyd edib.

İclasda Prezident İlham Əliyevin sədrliyi ilə bu günlərdəkeçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunanmüşavirədən irəli gələn məsələlər müzakirə olunub, ölkəmizdəsosial dövlətin yeni modelinin formalaşdırıldığı, insanlarınyüksək rifahının təmin olunmasının dövlət siyasətinin əsasməqsədi olduğu bildirilib. Dövlət başçısının qəti siyasi iradəsi ilə korrupsiyaya qarşı mübarizədə həyata keçirilən sistemli, kompleks və innovativ tədbirlərdən danışılıb, 04.04.2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Korrupsiyaya qarşımübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün MilliFəaliyyət Planı"nın mühüm əhəmiyyəti qeyd olunub.

Məhkəmə fəaliyyətində şəffaflığın artırılması, elektronxidmətlərin tətbiqinin genişləndirilməsi, antikorrupsiyatədbirlərinin gücləndirilməsi üzrə tədbirlərə toxunularaq MilliFəaliyyət Planından irəli gələn vəzifələr müəyyən edilib.

Bu mənada dövlət başçısının 2019-cu ilin aprelin 3-də imzaladığı məhkəmə fəaliyyəti üçün mühüm "yol xəritəsi" olan"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsihaqqında" Fərmanının qəbulundan düz 3 il ötdüyü qeyd olunaraq bu dövrdə onun icrası üzrə görülən tədbirlər müzakirə edilib.

Məhkəmə-hüquq sahəsində inqilabi dəyişikliklərə rəvacverən Fərmanın icrası çərçivəsində mühüm qanunlar qəbuledilib, məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılması üzrətədbirlər görülüb, cəza siyasəti humanistləşdirilib, yeni regional, o cümlədən bölgələrdə kommersiya və inzibati məhkəmələryaradılıb, özəl ekspertiza fəaliyyəti təsbit olunub. Məhkəməfəaliyyətində informasiya texnologiyaların geniş tətbiqi,məhkəmə infrastrukturunun müasirləşdirilməsi və fəaliyyətinmüasir çağırışlara uyğun təkmilləşdirilməsi üzrə görüləntədbirlər hüquqların məhkəmə müdafiəsinin səmərəliliyinə xidmət edib.

Eyni zamanda vahid məhkəmə təcrübəsininformalaşdırılması, habelə sistemli xarakter daşıyan nöqsanlarınaradan qaldırılması məqsədilə qanunvericiliyə mühümdəyişikliklər edilib. Bu sahədə Ali Məhkəmə tərəfindənmonitorinqlərin aparılmasına dair Qaydaların təsdiq olunmasıməhkəmə səhvlərinin aradan qaldırılmasında müstəsna roloynayıb.

Mülki-Prosessual Məcəlləyə məhkəmə icraatı zamanıçevikliyin təmin edilməsinə, süründürməçilik, o cümlədənmümkün sui-istifadə hallarının qarşısının alınmasına, işlərədaha səmərəli baxılmasına, habelə müasir informasiyatexnologiyalarının daha geniş tətbiqinə yönələn, bütövlükdəədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsinə xidmətedən 350-dək dəyişikliklər edilib.

2021-ci ilin oktyabrın 1-dən qüvvəyə minən həmindəyişikliklərlə kiçik iddialara dair və yazılı icraat qaydasındabaxılan işlərin dairəsi genişləndirilib, məhkəmələrdə işlərəbaxılmasında lüzumsuz yubatmaların qarşısının alınması üçünəlavə mexanizmlər yaradılıb, prosessual müddətlərdəqiqləşdirilib, məhkəmə proseslərinin elektron qeydi təsbitolunub.

Mübahisələrin məhkəməyə getmədən barışıq yolu iləalternativ həllinə nail olunması, bununla da vətəndaşməmnunluğunun artırılması məqsədilə yeni təsisat - mediasiyainstitutu fəaliyyətə başlayıb, mütərəqqi beynəlxalq təcrübəəsasında məhkəmə rüsumlarının diferensiasiyası əsassıziddiaların azalmasına şərait yaradıb.

Fərmanın icrası çərçivəsində həmçinin, ədalətmühakiməsinin təkmilləşdirilməsi, hakimlərlə tədris prosesininsəmərəli təşkili, onların vəzifədə irəli çəkilməsi, hakimlik vəsədrlik fəaliyyətini davam etdirməyə yararlılıqlarının müəyyənedilməsində mühüm mexanizm olan "Hakimlərin fəaliyyətininqiymətləndirilməsi Qaydaları" qəbul edilib, onun elektron-proqram təminatı hazırlanıb.

Bununla yanaşı, məhkəmə qərarlarının elektron qaydadaanonimləşdirilərək dərc edilməsi təşkil olunub. Təkcə ötən il"Elektron məhkəmə" informasiya sistemi vasitəsilə dərc edilənməhkəmə qərarlarının sayı 270 mini ötüb. Həmin qərarlar üzrəelektron axtarış sisteminin yaradılması məhkəmə təcrübəsibarədə məlumatlılığı artırır və sistem xarakterli nöqsanlarınmüəyyənləşdirilməsində mühüm rol oynayır.

İclasda məhkəmələrdə işlərə daha keyfiyyətlə baxılması, yubanmaların qarşısının alınması məqsədilə Fərmanla ayrılmışəlavə 200 yeni hakim ştatının komplektləşdirilməsi üzrətədbirlərə də toxunulub.

Qeyd olunub ki, hakim vəzifələrinə yüksək hazırlığa vəmənəvi keyfiyyətlərə malik hüquqşünasların seçilməsiməqsədilə mövcud prosedurlar təkmilləşdirilib və fasiləsizxarakter alıb.

Hazırda hakimliyə namizədlərin sənədlərinin qəbuluelektron qaydada aparılır, test imtahanı fərdi kompütervasitəsilə keçirilir, nəticələr dərhal elan olunur. Ötən dövrdəşəffaf prosedurlarla aparılan seçim nəticəsində 44 nəfərmüsabiqəni uğurla başa vurub müxtəlif hakim vəzifələrinə təyinolunublar. Yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmışdigər 87 namizəd müsabiqənin son mərhələlərindədir. Daha250 namizədlə isə test və şifahi imtahanların keçirilməsi üzrətəşkilati tədbirlər görülür.

Namizədlərin tam əksəriyyətini hüququn müxtəlifsahələrində çalışan 35 yaşa qədər olan yeni nəsilhüquqşünaslar təşkil edir. Onların sırasında qadınların sayınınartaraq 40%-ə, bəzən isə hətta 60%-ə çatması ölkəmizdəqadınların ictimai həyatın müxtəlif sahələrində fəallığınıntəzahürüdür.

Fərmanla verilmiş tövsiyə və tapşırıqların icrasıçərçivəsində həmçinin, "Elektron məhkəmə" informasiyasisteminin funksionallığının artırılması və tətbiqinin genişləndirilməsi üzrə əsaslı tədbirlər görülüb. Hazırdaməhkəmələrin üçdə ikisində tətbiq olunan elektron məhkəməsisteminin cari ildə bütün məhkəmələri əhatə etməsi nəzərdətutulur.

Bildirilib ki, məhkəməyə müraciət edilməsindən məhkəməqərarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatəedən bu sistem ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılmasına və şəffaflığa xidmət etməklə vətəndaşməmnunluğu doğurur.

Ölkə başçısının tapşırıqlarına əsasən paytaxtda vəbölgələrdə məhkəmələr üçün yeni yüksək texnoloji (hi-tech)bina və komplekslər inşa olunub. Məhkəmə hakimiyyətinəmüstəsna əhəmiyyət verən dövlətimizin başçısı tərəfindən təkcəötən il 11 məhkəmə üçün yeni müasir bina və komplekslərin açılışları olub.

İclasda qeyd olunub ki, məhkəmə fəaliyyətinintəkmilləşdirilməsi üzrə görülən tədbirlərlə yanaşı, hakimlərinməsuliyyət hissinin artırılması xüsusilə diqqətdə saxlanılır.

Şuranın fəaliyyəti dövründə qanunvericiliyin tələblərininpozulmasına, o cümlədən insanların haqlı narazılığını doğuranhallara görə hakimlər barədə 300-dən çox intizam icraatıbaşlanıb, ciddi nöqsanlara yol verən 200-dək hakim müxtəlifəsaslarla məhkəmə sistemindən kənarlaşdırılıb. Korrupsiyahüquqpozmaları ilə bağlı 43 hakim intizam məsuliyyətinə cəlbedilib, 9 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad olunub.

Təkcə son üç ildə isə 70-dək intizam icraatı başlanıb, 60 hakim məhkəmə sistemindən kənarlaşdırılıb.

Hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin yeniQaydalarına uyğun olaraq ötən il 220-dən çox hakimin fəaliyyətiŞura tərəfindən prinsipial qiymətləndirilib, aidiyyəti materiallarəsasında zəruri təhlillər aparılıb. 5 nəfərin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraqtəkrar qiymətləndirilmələri qərara alınıb.

Məhkəmələrdə qeyri-prosessual münasibətlərin qarşısınınalınması, onları doğuran səbəblərin aradan qaldırılmasıməqsədilə Şura tərəfindən yerlərdə davamlı monitorinqlər və vətəndaşların qəbulu aparılır. Bilavasitə yerli məhkəmələrdə apellyasiya məhkəmələrinin sədrləri tərəfindən vətəndaşların mütəmadi qəbulunun keçirilməsi təşkil olunub.

Eyni zamanda, Məhkəmə-Hüquq Şurasına, o cümlədəndövlət başçısının Fərmanına əsasən Şurada yaradılmış"Qaynar Xəttə" daxil olan müraciətlərin araşdırılması nəticələriüzrə vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yolverdiklərinə görə təkcə ötən il 130-dan çox hakim rəsmixəbərdar edilib və bu, onların fəaliyyətlərininqiymətləndirilməsində nəzərə alınıb, təkrar belə pozuntularagörə isə intizam icraatları başlanılıb.

Bununla yanaşı, yuxarı məhkəmələr təcrübəli və peşəkarhakimlərlə möhkəmləndirilib, o cümlədən ötən il bütünapellyasiya məhkəmələrinin sədrləri dəyişdirilib.

Görülən tədbirlər məhkəmələrdə baxılan işlərin keyfiyyətinədə təsirsiz ötməyib, təmin edilən iddiaların və yekun məhkəmə qərarların sabitliyi artıb.

Eyni zamanda Şurada ölkə Prezidentinin məhkəməfəaliyyətində ədalət, qanunçuluq, qərəzsizlik, hər kəsin qanunvə məhkəmə qarşısında bərabərliyi və ədalət mühakiməsinindigər prinsiplərinə dönmədən riayət edilməsi, korrupsiya vədigər neqativ hallara qarşı mübarizənin gücləndirilməsi ilə bağlıqəti tapşırıq və tövsiyələri bir daha diqqətə çatdırılıb.

Şura üzvü, Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxışedərək yuxarı məhkəmələr tərəfindən qanun pozuntularına ciddireaksiya verilməsi, korrupsiya və digər neqativ hallara qarşıbarışmaz münasibət göstərilməsinin vacibliyini vurğulayıb, busahədə qarşıda duran mühüm vəzifələrə toxunub.

İclasda həmçinin, fəaliyyətində bundan əvvəl peşəkarçatışmazlıqlar aşkar edilmiş hakimlərin fəaliyyəti təkrarqiymətləndirilərək 4 nəfərin işində dönüş yaratmadıqlarına görəsəlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb. Qanunvericiliyin tələblərinin pozulmasına görə apellyasiyaməhkəmələrinin 4, Bakı ağır cinayətlər məhkəməsinin 3 hakimiintizam məsuliyyətinə cəlb olunub.

Həmçinin, korrupsiyaya şərait yaradan hüquqpozmalara,süründürməçiliyə və digər kobud qanun pozuntularına yolverilməsinə görə birinci və apellyasiya instansiyasıməhkəmələrinin 12 hakimi barədə intizam icraatı başlanılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1225   Tarix: 22 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə

7 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

7 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Metronun iş rejimi 4 günlük dəyişdirilir

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini

7 noyabr