Mariupolda tələbə olmuş azərbaycanlı Ukraynadakı müharibənin dəhşətlərindən danışdı

Mariupolda tələbə olmuş azərbaycanlı Ukraynadakı müharibənin dəhşətlərindən danışdıAzərbaycan vətəndaşı, hərbi jurnalist Ayxan Hacıbəyli Rusiya qoşunlarının Ukrayna ərazisində hərbi əməliyyatlara başlamasından sonra bu ölkəyə yollanıb.

O, bir neçə il Mariupolda yaşayıb və şəhərdə yaşanan faciəyə biganə qala bilməyib.

İndi o, mülki şəxslərə kömək edir və Ukrayna mətbuatı üçün reportajlar yazır.

Bu yaxınlarda isə onun köməyi ilə azərbaycanlı tələbə Hüseyn Abdullayev rusiyalı hərbçilərin əsirliyindən xilas edilib.

Ayxan Hacıbəyli Media.Az-a açıqlamasında Mariupolda ona yaxın olmuş şəxslərin taleyindən, şəhərdə yaşanan müharibə dəhşətlərindən və şəhərin müdafiəsində ukraynalı hərbçilərin göstərdiyi müstəsna qəhrəmanlıqlara toxunub.

Mariupoldakı tanışlarının taleyindən danışan Ayxan Hacıbəyli qeyd edib ki, onların yarısı artıq həyatda yoxdurlar, digərləri isə əsirlikdədirlər:

"Bir çoxlarının taleyi haqqında isə heç nə bilmirəm. Bu müddət ərzində mən özüm bombardmanlardan gizlənməyə çalışmışam, yanımda silahlar partlayırdı, amma bu, Mariupol sakinlərinin yaşadıqları ilə müqayisədə çox xırda məsələlərdir. Mən ölən uşağı dəfn etmək üçün onun parçalarını yığmaq məcburiyyətində qalan insanı şəxsən tanıyıram. Dinc sakinlər şəhərdən təxliyyə edilərkən bəxtləri gətirib rusların keçid məntəqəsindən sağ-salamat çıxa bilirdilərsə, qatillərin onlara gülümsəyərək dedikləri "Hamınıza xeyirli olsun, yolunuz açıq olsun", - sözlərini eşitmək məcburiyyətində qalırdılar.

Bir gün eyni universitetdə oxuduğumuz bir tanışım yemək bişirmək üçün Mariupoldakı evinin yanında ocaq yandırdı. Anası və nənəsi ondan təxminən 20 metr aralıda dayanaraq prosesi izləyirdilər. Təsəvvür edin, oğlana baxırlar və gözlərinin qabağında onun üzərinə mərmi düşür. Ana demək olar ki, ölən uşağın qanının və bədən hissələrinin içində idi".

Sözünə davam edən Ayxan Hacıbəyli ailənin sonrakı taleyi haqqında isə bunları söylədi:

"Tanışımın ailəsi Mariupoldan təxliyə olundu. Mən onlarla danışmışam. Anası və nənəsi isə oğlanın itkin düşdüyünü iddia edir. Onlar iddia edirlər ki, mərmi başqa bir şəxsə dəyib və onların oğlu/nəvəsi çox qorxduğu üçün qaçıb. Qadınlar tam dəli olmamaq üçün özlərini aldatmaqla məşğul olurlar. Və belə hadisələr kifayət qədərdir. Ən pisi odur ki, mən ölənlərin çoxunu tanıyıram. Onlarla bir masada oturmuşam. Hətta Ukrayna qalib gəlsə də, mən onları artıq heç vaxt görməyəcəm. Başqa yoldaşlarımın ölüm xəbərini eşidəndə də ah çəkirəm. Hazırda isə ümumiyyətlə, heç kimin kədərlənməyə vaxtı yoxdur".

Ayxan Hacıbəyli Mariupoldakı son hərbi vəziyyətdən də danışıb.

O qeyd edib ki, Rusiya ordusunun Ukraynada yerləşən 10 hərbi hissəsindən 4-ü Mariupola yeridilib:

"Qarşı tərəfində artıq 22 mindən çox hərbçi məhv edilib ki, onlardan 9-u generaldır. Bu, bütün komandanlıq (Rusiya tərəfini nəzərdə tutur – red.) üçün rüsvaylıqdır. Təsəvvür edin, on il davam edən Əfqanıstan müharibəsində rəsmi məlumatlara görə, 15 min əsgəri və təxminən 4-5 general həlak olmuşdu.

Bir qayda olaraq, Mariupoldakı keçid məntəqələrində rus əsgərlərləri deyil, buryatlar, çeçenlər, ermənilər və bir çox başqa xalqların nümayəndələri durur. Vinoqradovka kəndində döyüş əməliyyatlarında Ermənistan xüsusi təyinatlıları iştirak edir. Onlar müəllifi ermənilərə işləyən bədnam Semyon Peqov olan "War Gonzo" layihəsinin süjetinə də düşüblər. Kadrlarda erməni bayraqları ilə hərbi geyimdə olan əsgərlər açıq-aydın əks olunub, jurnalist hətta onlarla danışıb".

Ayxan Hacıbəyli sözünün davamında qeyd edib ki, bütün baş verənlərə baxmayaraq mariupollular təslim olmurlar.

"Rusiyalı hərbçilər də görünür, buna görə sinirlənirlər. Mariupol sakinləri təslim olmurlar, çünki onların stimulu var, onlar öz torpaqlarındadırlar. Bir çox ukraynalı hərbi pilotlar göydən humanitar yardım atmaq üçün könüllü, risk edərək, şəhərə doğru yola düşüblər. Mariupol hadisələri "300 spartalı" filminin süjetindən heç də az faciəvi deyil. Şəhərə hətta kimyəvi silahlar da atılıb. Partlayışın səsi 100 kilometr aralıda eşidilirdi. Nüvə bombasından başqa Rusiya ordusu Mariupol sakinlərinə qarşı mümkün olan hər şeyi işə salıb. Orada isə nə qədər talan, zorlama faktları qeydə alınıb. Rus əsgərləri mənim hər bir tanışımın evinə soxulub, təbii ki, əllərinə keçəni oğurlayıb aparıblar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1704   Tarix: 23 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Metronun iş rejimi 4 günlük dəyişdirilir

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini

7 noyabr
.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr