"Bir daha belə hadisələr baş versə, Azərbaycan tərəfi yenə də adekvat cavab verəcək və düşmən daha ciddi, daha sərt cəzalandırılacaq!"
"Ermənistanın təxribat diversiya qrupu Zəngilan rayonu istiqamətində Azərbaycan sərhədini pozub. Bu vəziyət bir çox suallar yaradıb. Yeri gəlmişkən, onu qeyd edim ki, Azərbaycan sərhədçiləri düşmənin bu diversiya təxribatının qarşısını layiqincə alıblar.
Ermənilər geri oturdulub!"
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.
O, hadisənin məhz indi baş verməsinə diqqət çəkib:
"Məsələnin mahiyyəti ondan ibarətdir ki, niyə məhz indi? Niyə məhz Ermənistan tərəfi indi belə təxribatçı addıma imza atır?!
Prinsip etibarilə, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan tərəfinin hələ bu ilin mart ayının ortasında irəli sürdüyü 5 baza prinsipini qəbul edib. Ermənistanın Baş naziri bunu dəfələrlə bəyan edib.
Azərbaycan Prezidenti cənab İlham Əliyev həm Şuşada keçirilən diaspor qurultayında, həm də bundan öncə bir neçə dəfə bildirib ki, Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü şərtləri, prinsipləri qəbul edir. Eyni zamanda da razılaşma əldə edilib.
Brüssel sülh gündəliyi müəyyən edilib. Həmin sülh gündəliyinə görə, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya-demarkasiyası ilə bağlı birgə komissiyanın yaradılması haqqında razılaşma var.
Eyni zamanda, XİN-ə tapşırıq verilib ki, sülh müqaviləsi layihəsini hazırlamaq üçün işçi qrupu formalaşsın və bu gün bu proses sürətlə getməkdədir.
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı qeyd edib ki, biz vaxtı uzatmadan, ləngimədən bu prosesə getməliyik və çox surətlə də sülh müqaviləsini imzalamalıyıq.
Çünki burada uduzan tərəf yoxdur. Burada bütün tərəflər uduşlu vəziyyətdədir. Bəs o zaman nə baş verir?!
Fikrimcə, bu addım onu göstərir ki, Ermənistanda hazırda bu sülh müqaviləsinin çox ciddi əleyhdarları mövcuddur. Həmin şəxslər Ermənistanın silahlı qüvvələrində də yüksək postlar tuturlar.
Onlar çalışırlar ki, belə bir müqavilənin imzalanması baş tutmasın, Ermənistan-Azərbaycan sərhədlərinin müəyyən edilməsi reallaşmasın və mümkün qədər çalışırlar ki, bu gərginliyi qoruyub saxlasınlar.
İstisna deyil ki, məlum hərbi insidentin baş verməsində həm də xaricdən olan ermənipərəst siyasi dairələr də maraqlıdır.
Ermənipərəst qüvvələr də bu prosesə dəstək verirlər. Məqsəd odur ki, iki dövlət, iki xalq arasında etimad mühiti formalaşmasın.
Prinsip etibarilə, bunlar proqnozlaşdırılıb. Biz dəfələrlə görmüşük ki, bu, əvvəllər də belə olub.
Ermənistan və Azərbaycan arasında hər hansı bir ciddi razılaşmanın baş verməsi reallığa çevrilən zaman, onun qarşısının alınması üçün çox ciddi təxribatlara, diversiyalara, hərbi insidentlərə, avantyuralara əl atılıb.
Hesab edirəm ki, bu son hadisə də həmin qəbildəndir. Azərbaycanın Dövlət Sərhəd Xidməti bu məsələlərlə bağlı öz rusiyalı həmkarlarını məlumatlandırıb və bildirib ki, bir daha belə hadisələr baş versə, Azərbaycan tərəfi yenə də adekvat cavab verəcək və düşmən daha ciddi, daha sərt cəzalandırılacaq!"
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular
Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
Kamran Əsədovun 3 il həbsi tələb edildi
Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
Rusiya-Ukrayna müharibəsi: Tramp razılaşmanın yaxın olduğunu açıqladı, cəbhədə döyüşlər şiddətlənir
Tramp İranı yenidən bombalamaqla hədələdi: "Ölkənin qalan hissəsini də məhv edə bilərik"