Şuşanın azad olunması 44 günlük müharibənin taleyini necə dəyişdi? - AÇIQLAMA

Şuşanın azad olunması 44 günlük müharibənin taleyini necə dəyişdi? - AÇIQLAMA"Şuşanın azad olunması hərbi-siyasi tariximizin ən böyük hadisələrindən biridir. Bu hadisənin həm ondan əvvəl baş verən proseslərin yekunlaşmasında, həm də sonrakı hadisələrin müəyyənləşməsində çoxşaxəli təsirləri olub. Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsinin taleyini həll etdi. Çünki bu hadisədən sonra Ermənistan və onun arxasında dayanan qüvvələr başa düşdülər ki, hərbi əməliyyatlar baxımından Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qarşısında duruş gətirmək imkanları tükənib".

Bu sözləri Sonxeber.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib.

"Qeyd edim ki, 44 günlük müharibənin hansı nəticə ilə yekunlaşacağı ilə bağlı Rusiyanın fərqli planları var idi. Şuşanın azad olunması Rusiyanın maraqlarına uyğun deyildi. Rusiya istəyirdi ki, Şuşa da daxil olmaqla, Azərbaycanın bir neçə rayonu, o cümlədən Laçın və Kəlbəcər Ermənistanın nəzarəti altında qalsın, Dağlıq Qarabağın ətrafındakı yeddi rayon işğaldan azad edilsin, keçmiş Dağlıq Qarabağın hüquqi statusu məsələsi isə müharibədən sonraya saxlanılsın.

Rusiyanın planı bu istiqamətdə olsa da, Azərbaycan uzaqgörən siyasət yürüdərək Şuşanın azad edilməsinə nail oldu. Bununla da həm müharibənin taleyi həll edildi, həm də Rusiyanın yeni planlarını həyata keçirmək imkanları məhdudlaşdırıldı.

Şuşa azad edildikdən sonra Ermənistan müqavimət göstərməyin mənasız olduğunu başa düşdü. Ardınca kapitulyasiya aktının imzalanması nəticəsində bir neçə rayonun, o cümlədən Kəlbəcər, Ağdam və Laçının döyüşsüz azad edilməsinə nail olduq.

Beləliklə, Şuşanın azad olunması həm 44 günlük müharibənin taleyini həll etdi, həm də Rusiyanın və Ermənistanın bölgədə qeyri-müəyyən müddətə yeni işğal rejimi yaratmaq planlarını alt-üst etdi. Eyni zamanda, qondarma Dağlıq Qarabağ Respublikasının mövcudluğunu bir müddət də davam etdirmək məqsədilə Rusiya və İran tərəfindən qurulan planların qarşısı alındı.

Məhz buna görə Şuşanın azad edilməsi Azərbaycanın hərbi və siyasi tarixində bənzəri olmayan hadisə hesab olunur və olunmalıdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 216   Tarix: 05 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Kamran İmanovla bağlı sərəncam imzaladı

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran Sultan oğlu İmanov "Şərəf" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, K.İmanov Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətin

4 noyabr
.

Xalqımızın 8 Noyabr Zəfəri

27 sentyabr 2020-ci il Azərbaycan tarixinə yazılmış şanlı bir gün oldu. 30 ilə yaxın bir dövrdə Erməni işğalı altında qalan torpaqlarımızın azad olunması üçün Müzəffər Ordumuz əkshücüm əməliyyatına başladı. Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsini qələbə ilə başa vurdu. Vətən Müharibəsi zamanı düşmən

2 noyabr
.

Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir

Təcavüzkar Ermənistanın silahlı qüvvələri 2020-ci il sentyabrın 27-də səhər saatlarında cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Ermənistan ordusu tərəfindən Tərtər

2 noyabr
.

Şuşanın azad olunması Azərbaycan Ordusunun əsas tapşırıqlarından biri olub

"Şuşanın azad olunması 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əsas strateji tapşırıqlarından biri olub. Ali Baş Komandan İlham Əliyev ordunun qarşısına Şuşanın azad olunması ilə bağlı tapşırıq qoymuşdu. Cəbrayıl və Hadrutun azad olunması ilə Şuşa istiqamətində maneələr aradan qalxdı

4 noyabr
.

8 Noyabr - Şuşa Şəhəri Günüdür

"Altı il əvvəl - 2020-ci il noyabrın 8-də Qüdrətli Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətini

5 noyabr
.

Tarixi ədalətin Zəfəri!

Ermənistanın artan hərbi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsi Azərbaycan torpaqlarının azad edilməsində yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibəni

2 noyabr
.

Azərbaycanın müasir tarixinə əbədi həkk olunan gün

Ermənilərin Azərbaycana qarşı düşmənçilik, işğalçılıq, soyqırımı və etnik dözümsüzlük siyasəti 200 ildən çoxdur davam edir. Tarixin müxtəlif dövrlərini vərəqləsək, bu deyilənlərin faktlarla təsdiqini tapdığının şahidi olarıq. Ötən 30 il ərzində isə bu tarixi hadisələrin canlı şahidləri olaraq erməniləri

2 noyabr
.

İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib

"Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri" təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Yeni qanunla Beynəlxalq Telekommunikasiya İttifaqının 2023-cü il 20 noyabr - 15 dekabr tarixlərində baş tutmuş Ümumdünya Radiorabit

5 noyabr
.

Belçikanın Baş naziri istefa verdi - Səbəb

Belçikanın Baş naziri Bart De Vever istefa ərizəsini ölkə kralına təqdim edib. xəbər verir ki, bu barədə VRT məlumat yayıb. Baş nazirin istefasına hökumət daxilində büdcə məsələləri ilə bağlı yaranan fikir ayrılıqlarının aradan qaldırılmaması səbəb olub. Məlumata görə, Belçikanın dövlət borcu ölkəni

2 noyabr