Zəfər Qurultayı iştirakçıları yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar

Zəfər Qurultayı iştirakçıları yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlarSon 18 ildə xalqımızda Şuşa şəhərinin işğaldan xilas olunacağı günün tezliklə gələcəyinə, doğma Qarabağımızın "döyünən ürəyinin" düşməndən azad ediləcəyinə qəti əminlik vardı. Bu inamı, ümidi Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti sayəsində silahlı qüvvələrimizin gündən-günə artan gücü və qüdrəti yaratmışdı.
Nəhayət, o gün gəldi. 44 günlük Vətən müharibəsinin sonuna 2 gün qalmış - noyabrın 8-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımızı Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik edərək dedi: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Bu gün eyni sözləri təkrarlayıram. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!". "Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur" deyən Ulu Öndər Heydər Əliyevin bu arzusunu da həmin gün Prezident İlham Əliyev "Şuşasız işimiz yarımçıq qalar" deyərək reallaşdırdı.
2022-ci ildə biz Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. 1752-ci ildə Pənahəli xanın təməlini qoyduğu Şuşanın şanlı tarixi nəzərə alınaraq bu il ölkə başçısı tərəfindən "Şuşa İli" elan edilib. Məhz bu il 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı ilə Dünya Azərbaycanlılarının V qurultayı Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçdi.
Böyük təntənə ilə keçən bu toplantıda qeyd edildi ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olmalıdırlar. Azad edilmiş ərazilər on min kvadratkilometrdən çoxdur və indi marşrutlar da açılır, aeroportlar tikilir. Bütün görülən və görüləcək tədbirlər bura gəliş-gedişın çox rahat olacağı üçündür. Bu da öz növbəsində Azərbaycanda yaşayanlarla yanaşı xaricdə yaşayan soydaşlarımızın öz ailələri ilə işğaldan azad edilmiş torpaqlara gəlib buranı ziyarat etmələrinə böyük kömək olacaqdır.
Qurultayda iştirak edən nümayəndələr həm də 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarda erməni vandallarının törətdikləri əməllərin canlı şahidi oldular. Dövlət başçımızın xüsusi olaraq qeyd etdiyi kimi "Şuşada da bir dənə də salamat tarixi bina qalmamışdır. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular, məscidlərimizi təhqir etmişdilər, saraylarımızı sökmüşdülər. Təkcə Şuşa yox, bütün digər şəhərlər də eyni vəziyyətdədir. Tamamilə dağılmış Ağdamı xarici ekspertlər, jurnalistlər Xirosimaya bənzədirlər. İşğalçılar qəbirləri qazırdılar, ölülərin qızıl dişlərini çıxarırdılar. Ermənistan və erməni xalqı bu vəhşiliyə görə dünya miqyasında rəzil oldu. Biz təkcə işğalçını yox, faşistləri məhv etdik".
Zəfər Qurultayının hər bir iştirakçısı sonradan yaşadıqları ölkələrə qayıdaraq Azərbaycan həqiqətlərinin, bölgədə baş verən hadisələrin düzgün təbliğinin ən fəal təbliğatçısı olacaqlar. Hər birimiz – həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanları var. Son illər ərzində bizim diaspor təşkilatlarımız çox fəallaşıb. Hətta erməni radikal qüvvələrinin fiziki hücumlarına baxmayaraq azərbaycanlılar öz sözünü demişdilər, bu gün də bunu etmək lazımdır. Bu işlərdə onlara uğurlar arzulayırıq.

Həcər Verdiyeva - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Tarix elmləri doktoru, professor


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 932   Tarix: 25 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident Ağdamda zeytun ağacı əkdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub. "Qafqazinfo" xəbər verir ki, "Aqroinkişaf 2017" MMC-nin direktoru Ruslan Sadıxov dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib. Bildirildi ki, şirkət tərəfində

7 noyabr
.

Prezident Ağdama getdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, səhiyyə naziri Anar Bayramov dövlətimizin başçısına inşaat işlərinin gedişi ilə bağlı məlumat verib. Bildirilib ki, ümumi sahəsi 6 hektarda

7 noyabr
.

8 Noyabr - Şuşanın azad edildiyi gündür

8 noyabr Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı strateji əhəmiyyətə malik Şuşa şəhərini işğaldan azad edib. Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyində həlledici rol oynayıb və Azərbaycanın tarixi Zəfərin

6 noyabr
.

Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıye

6 noyabr
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

6 noyabr
.

Prezident Şuşada açılışda - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məlumat verib. Bildirilib ki, nazirliyin sifarişi ilə Şuşa Peşə Təhsil

7 noyabr
.

Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!

Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir

6 noyabr
.

Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərsu

6 noyabr
.

Şuşanın azad olunması 44 günlük müharibənin taleyini necə dəyişdi? - AÇIQLAMA

"Şuşanın azad olunması hərbi-siyasi tariximizin ən böyük hadisələrindən biridir. Bu hadisənin həm ondan əvvəl baş verən proseslərin yekunlaşmasında, həm də sonrakı hadisələrin müəyyənləşməsində çoxşaxəli təsirləri olub. Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsinin taleyini həll etdi. Çünk

5 noyabr