Kişilər boşandıqları qadınları niyə öldürürlər? - 3 DƏHŞƏTLİ SƏBƏB

Kişilər boşandıqları qadınları niyə öldürürlər? - 3 DƏHŞƏTLİ SƏBƏBSon günlər ölkəmizdə keçmiş əri, ya da keçmiş nişanlısı tərəfindən öldürülən qadınların sayı durmadan artmaqdadır. Bu hal cavabını tapmağa məcbur olduğumuz sualların çoxalmasına səbəb olur.

Məsələn, kişi ayrıldığı qadından niyə əl çəkmir? Boşansa da, üstündən illər keçsə də, niyə qadını narahat edir, hətta onu öldürmək qərarına gəlir? Bu ağlasığmaz cinayətlərin əsas qaynağı nələrdir, qarşısı necə alınmalıdır?

Mütəxəssislər səbəbləri 3 yerə bölürlər.
İlk sırada kişi psixologiyası gəlir. Qətli törədəcək xarekterdə olan kişi qadına nəzarəti öz vəzifəsi sayır. Düşünür ki, qadın onun malıdır və uşaqlarının anasıdır. Boşansa da, onu öz malı kimi görməyə davam edir. Başqasının həyat yoldaşı, sevgilisi, uşaqlarının anası olmasını ağlına belə gətirə bilmir. Bunu daha çox qadının paylaşılması kimi qavrayır.

İkinci səbəb isə mental dəyərlərə bağlıdır. "Gəlin evin süpürgəsidir", "Qadın ər evindən ancaq tabutda çıxar" kimi deyimlər qadını kişinin gözündə şəxsiyyət olmaqdan çıxarır, bir növ əşya səviyyəsinə salır. Buna görə də boşanma ərəfəsində olan biri "namus", "qeyrət" kimi anlamlar yükləyərək öldürdüyü qadının da onun kimi insan olduğunu qəbul etmək istəmir. Törətdiyi cinayəti qəhrəmanlıq sayır, çünki ona haqq qazandıranların da az olmadığını bilir.

Üçüncü əsas səbəb isə boşanmalardan sonra da davam edən məişət davaları, aliment məsələləri, uşaqlarla bağlı yaranan narazılıqlardır.

Psixoloq Vüsalə Əmiraslanovanın fikrincə, bəzi kişilər düşünür ki, həyat yoldaşı ondan ayrıldıqdan sonra onun namusuna ləkə gələcək. Ancaq namusun əslində ona yox, qadının özünə aid olduğunu düşünmürlər: "Son dövrlərdə baş verən qətl hadisələri göstərir ki, qarşı tərəf manyakcasına plan qurur. Düşünür ki, bu qadın həyatda olmamalıdır. Çünki o, evliliyin ayrılıqla bitməsini qəbul edə bilmir. Kişilər düşünür ki, mən həyat yoldaşımdan ayrılmışamsa, biz artıq ata-ana rolunda deyilik. Kağız üzərində olmasa belə öz qadınını qorumağa çalışır. Burada da artıq bu düşüncələr yaranır ki, o heç kəslə danışa bilməz, mənim övladıma başqası atalıq eləməsin və qadın da işləməsin. Yəni mən deyənlər olmalıdır, ancaq heç bir maddi yardım göstərməyəcəm".

Psixoloqun fikrincə, kənar müdaxilələr də narazılığın cinayətə qədər getməsində böyük rol oynayır. Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin üzvü, professor Tahirə Allahyarovanın sözlərinə görə, bu sahədə vəziyyət tək Azərbaycanda gərgin deyil. Dünya üzrə partnyoru və ya ailə üzvü tərəfindən il ərzində təxminən 50 min qadın öldürülür və çox təəssüf ki, bu tendensiya artan dinamika üzrə davam edir: "Ailədaxili münasibətlərdə, gənclər siyasətində, aidiyyətli dövlət strukturlarının, bütövlükdə isə cəmiyyətin bu məsələni təxirəsalınmaz sosial problem kimi hərtərəfli diqqət mərkəzində saxlaması ilə müəyyən dönüş əldə etmək mümkündür. Ölkəmizin bu statistik mənzərədə ön sırada olmasının aradan qaldırılması üçün cəmiyyət olaraq ictimai rəyi səfərbər etməliyik. Və media olduqca böyük statusa malikdir".

Sosioloq Sahib Altay isə düşünür ki, bu gün hüquq qadın qətllərinin qarşısının alınmasını yox, mövcud cinayəti dəyərləndirir: "İnsanın həm bioloji, həm də sosial tərəfi təbiidir. Bu gün dünyada böyük maarifləndirmə işləri aparılır bununla bağlı. Maarifçilik proqramları həyata keçirilir. Ancaq hələ də bunun qarşısını ala bilməmişik. Çox adam hüququ misal gətirir, ancaq hüquq baş verən cinayətlərin qarşısını almağa qadir deyil, hüquq mövcud cinayəti dəyərləndirir".

Bir çox dünya ölkələrində məişət zorakılığı törədən şəxslərə məhkəmə yolu ilə uzaqlaşdırma cəzası tətbiq edilir. Bu təcrübəyə əsasən, zorakılıq edən şəxs qarşı tərəfin olduğu, yaşadığı əraziyə yaxın gələ bilməz. Hazırda texnologiyanın inkişafı sayəsində bu qadağa daha praktik hal alıb. İndi zorakılıq tətbiq edən şəxsin qoluna olduğu ərazini siqnal formasında polis bölməsinə ötürən cihaz taxılır. Həmin şəxs zorakılığa məruz qalanın yaşadığı ünvana yaxınlaşdığı zaman polis xəbər tutur və müdaxilə edir. Ancaq təəssüf ki, ölkəmizdə bu cür hüquqi təcrübə yoxdur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1372   Tarix: 25 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə

7 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr