"Sözümün üstündə dururam, üzr istəməyəcəm" - Mirbağır İsayev
"Səbail" akademiyasının koordinatoru Mirbağır İsayev AFFA rəsmisi Anar Salmanovdan üzr istəməyəcək.
Bunu apasport.az saytına açıqlamasında keçmiş futbolçu özü deyib.
U-17 Liqasının "Keşlə" – "Səbail" oyununda hakim-inspektor funksiyasını yerinə yetirən Salmanov barədə ittihamlar səsləndirən İsayev saytımıza açıqlamasında da keçmiş FIFA referisinin vaxtilə rüşvətə görə hakimlikdən uzaqlaşdırıldığını söyləyib.
Adıçəkilən qarşılaşmada hakim-inspektor kimi iş başında olan Anar Salmanov isə mütəxəssisin onun şərəf və ləyaqətinə toxunduğunu bildirib, üzr istəməsi üçün İsayevə iki gün vaxt verib. Salmanov əks təqdirdə məhkəməyə müraciət edəcəyini vurğulayıb.
Buna baxmayaraq, Mirbağır İsayev əməkdaşımızla söhbətində sözünün üstündə durduğunu deyib: "Məhkəməyə müraciət etmək onun vətəndaşlıq borcudur, ixtiyarı da var. Buyursun, versin. Mən sözümü demişəm".
Qeyd edək ki, AFFA İntizam Komitəsi "Keşlə" – "Səbail" görüşündə AFFA rəsmisini təhqir etdiyi üçün Mirbağır İsayevi 10 oyunluq cəzalandırıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 888 Tarix: 25 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Kristal Estetik" klinikası və direktoru cərimələndi
"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"
22 sentyabrBakıda bu məktəblər distant təhsilə keçdi
Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək
22 sentyabrBakının üç rayonunda işıq olmayacaq
Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması v
22 sentyabrVahid məktəbli formasında dəyişiklik: yeni yanaşma məktəb mühitinə nə vəd edir?
Məktəbli forması uzun illərdir təhsil mühitinin mühüm elementlərindən biri kimi qəbul olunur. Forma yalnız şagirdin geyimi deyil, eyni zamanda məktəb mədəniyyətinin, nizam-intizamın, bərabərlik prinsipinin və təhsil müəssisəsinin ümumi görünüşünün formalaşmasına təsir edən amillərdən biridir. Bu baxımda
22 sentyabrAlim Qasımovdan əl çəkin!
Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir
21 sentyabr