Məktəb direktorundan şagirdin intiharı ilə bağlı - AÇIQLAMA
Aprelin 21-də axşam saatlarında Ağdam rayonunun Üçoğlan kəndində 11-ci sinif şagirdi olan 2005-ci il təvəllüdlü A.Əliyevanın (şərti) intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.
A.Əliyevanın təhsil aldığı Ağdam rayon Bəxtiyar Musayev adına Üçoğlan kənd tam orta məktəbinin direktoru Vaqif Quliyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, qız sonuncu dəfə aprelin 18-də dərsdə iştirak edib: "A.Əliyeva məktəbimizin üzdə olan, tədbirlərdə iştirak edən, orta qiymətlərlə oxuyan şagirdlərindən biri idi. Pandemiya və daha sonra müharibə ilə əlaqədar tədris prosesində müəyyən dəyişikliklər edilmişdi, son aylarda isə pandemiya ilə bağlı tələblər nəzərə alınmaqla əyani rejimdə dərslər keçirilir.
Davamiyyəti normal olub. Bildiyimə görə, aprelin 12-də şagirdin anası məktəblə əlaqə saxlayaraq qızı ilə danışmaq istəyib və onu həkimə aparacağını bildirərək dərsdən bir qədər tez çıxmasını xahiş edib. Bundan sonra isə bir neçə gün dərsə gəlməyib. Son olaraq aprelin 18-də məktəbə gəlmişdi və şəxsən özüm şagirdlə rastlaşanda onunla söhbət etdim, səhhəti ilə maraqlandım. Mənə hər şeyin normal olduğunu, müalicə aldığını və dərslərdə iştirak edəcəyini dedi. Aprelin 21-də isə belə bir xəbər aldıq. Onun konkret olaraq probleminin nədən ibarət olması barədə dəqiq məlumata malik deyiləm".
Qeyd edək ki, 2005-ci il təvəllüdlü şagird yaşadığı evdə özünü asaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1555 Tarix: 25 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Kristal Estetik" klinikası və direktoru cərimələndi
"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"
22 sentyabrBakıda bu məktəblər distant təhsilə keçdi
Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək
22 sentyabrBakının üç rayonunda işıq olmayacaq
Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması v
22 sentyabrVahid məktəbli formasında dəyişiklik: yeni yanaşma məktəb mühitinə nə vəd edir?
Məktəbli forması uzun illərdir təhsil mühitinin mühüm elementlərindən biri kimi qəbul olunur. Forma yalnız şagirdin geyimi deyil, eyni zamanda məktəb mədəniyyətinin, nizam-intizamın, bərabərlik prinsipinin və təhsil müəssisəsinin ümumi görünüşünün formalaşmasına təsir edən amillərdən biridir. Bu baxımda
22 sentyabrAlim Qasımovdan əl çəkin!
Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir
21 sentyabr