Sabiq icra başçısı ilə bağlı İTTİHAM: Aztəminatlı işçilərin onminlərlə manat pulunu ələ keçirib
Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı İsmayıl Vəliyevin mənimsədiyi pulların bəzi mənbələri məlum olub.
"Report"un əldə etdiyi məlumata görə, cinayət materiallarında qeyd edilib ki, o, işlədiyi müddət ərzində aztəminatlı işçilərin 152 600 manat pulunu ələ keçirib.
Belə ki, Neftçala Rayon Məşğulluq Mərkəzinin göndərişi əsasında 2017-ci ildə çoxmənzilli binaların əsaslı təmirinə cəlb olunaraq "Master-İnşaat-Servise" MMC-yə göndərilmiş 93 nəfər aztəminatlı işçinin 64 nəfəri, 2018-ci ildə "Master-Ofis" MMC-yə göndərilən 49 nəfər aztəminatlı işçinin 40 nəfəri (işə qəbul edilib, çıxanlar nəzərə alınmaqla) çoxmənzilli yaşayış binalarının təmirində işləmədiklərini, İ.Vəliyevə bağlılığı olan fərdi təsərrüfatlarda (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində "Günərzi" Qayğı Mərkəzi-bağça, "Taxıl" ASC, "YURDUM" restoranı, "Betonzavod", keçi ferması, Neftçala sənaye məhəlləsində kənd təsərrüfatı alətləri istehsal edilən sex, heyvan kökəltmə ferması, "Təmir-Bərpa" MMC-yə məxsus ticarət mərkəzi-bazarda və s.) işlədiklərini bildirib.
Daha sonra keçmiş icra başçısı büdcə vəsaiti hesabına 2017-ci ilin iyul-dekabr aylarında 64 nəfərə 69 600 manat, 2018-ci ildə 40 nəfərə 83 000 manat olmaqla, ümumilikdə 152 600 manat əməkhaqqı hesablanaraq "KapitalBank" ASC-nin Neftçala filialından ödəniş kartı hesablarına köçürülməsi müəyyən olunub.
Qeyd edək ki, İ.Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2020-ci ilin fevralında həbs ediliblər. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1015 Tarix: 25 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
6 noyabrAzercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar
7 noyabrHDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video
Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i
7 noyabrAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə
7 noyabrUcuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN
Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt
6 noyabrGüllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
6 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabrGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
6 noyabr