8-ci sinif şagirdi niyə vəfat etdi?

8-ci sinif şagirdi niyə vəfat etdi?Bakının Xətai rayonunda yerləşən 165 saylı orta məktəbin şagirdi Ramal Zaur oğlu Osmanovun vəfat etməsilə bağlı məlumat vermişdik. 8-ci sinif şagirdi olan R. Osmanovun Sumqayıtda qəfildən dünyasını dəyişdiyi bildirilirdi.

BAKU.WS xəbər verir ki, mərhumun anası Mədinə Osmanova oğlunun həkim səhlənkarlığı və biganəliyindən öldüyünü iddia edib.

Qadın mətbuata açıqlamasında bildirib ki, aprelin 11-də evdə qəfil uşağın burnundan qan açılıb. Ardınca onu Sumqayıt Şəhər Uşaq Xəstəxanasına, "OMD"yə və sonda Ə.Qarayev adına 2 nömrəli Uşaq Klinik Xəstəxanasına aparıblar. Valideyn həkimlərin xəstəyə arxa çevirdiyini, lazımi tibbi yardımı göstərmədiyini bildirib.

Milli Məclisin səhiyyə komitəsinin üzvü, Sumqayıtdan seçilmiş deputat Müşfiq Məmmədli də yeniyetmənin ölümü ilə bağlı iddialar səsləndirib. Bildirib ki, Sumqayıt Tibb Mərkəzi PHŞ-nin rəhbərinin səlahiyyətinə aid olan məsələləri icra edilməyib: "Xəstənin təxliyyəsi səhiyyə işinin təşkilinə aid olduğuna görə bir başa bu işlə həmin publik şəxsin direktoru məşğul olmalıdır. Yəni müvafiq tibb müəssisəsi ayarlanmalıdır, həmin tibb müəssisəsinin rəhbəri ilə razılaşdırılmalıdır, xəsətənin vəziyyəti qiymətləndirilməlidir, təcili tibbi yardım maşınında götürülməsi imkan verirsə qərar qəbul olunmalıdır. Gediləcək tibb müəssisəsində yer həm onlayn qaydada, həm da razılaşma yolu ilə təmin edilməlidir.
8-ci sinif şagirdi niyə vəfat etdi?Çox təəssüf ki, həmin tibb maşını özbaşına qərar verib, sonradan bizim araşdırmamız nəticəsində müəyyən olunub ki, təcili tibbi yardım maşını reanimasyon xidmət üçün uyğun deyilmiş, defibrillator nasaz vəziyyətdə, maşında oksigen təminatı isə olmayıb. Heç bir tibbi yardım göstərilmədən, sadəcə "taksi" xidməti kimi razılaşma olmadan bu cür ağır vəziyyətdə olan xəstə Bakı şəhərinə göndərilib. Sumqayıt Tibb Mərkəzi PHŞ-nin rəhbərinin heç bu prosesdən xəbəri yox imiş".

Millət vəkili əlavə edib ki, ciddi şəklildə həmin şəxslər cəzalandırılmalı və Sumqayıt səhiyyəsinə rəhbərlik edən şəxs öz vəzifəsindən azad edilməlidir.

Məsələ ilə bağlı Sumqayıt Tibb Mərkəzi PHŞ "Qafqazinfo"ya verilən açıqlamada bildirilib ki, 2007-ci il təvəllüdlü Osmanov Ramal Zaur oğlu 10 aprel 2022-ci il tarixində saat 15:40 radələrində Sumqayıt Şəhər Uşaq Xəstəxanasına burun qanaması diaqnozu ilə daxil olub: "Xəstəyə venadaxili qan qatılaşdırıcı inyeksiyalar olunub və plazma köçürülüb. İlkin yardım göstərildikdən və uşağın vəziyyəti stabilləşdikdən sonra onun qan xəstəliyinin olduğu təsbit edilib və ailəyə təcili tibbi yardım avtomobili vasitəsi ilə Bakıya müvafiq tibb müəssisəsinə göndərilməsi təklif edilib. Ailə tərəfindən övladlarının öz müalicə həkiminin olduğu və özəl tibb müəssisəsinə aparacaqları bildirilib, daha sonra yazılı razılıqlarına (iltizamnamə) əsasən, öz istəkləri ilə uşaq xəstəxanadan çıxarılıb.

Daha sonra ailə tərəfindən uşaq özəl klinikada əməliyyat edilib və bir gün nəzarətdə saxlanılıb. 11 aprel tarixində R.Osmanovun özəl xəstəxanada vəziyyəti pisləşdikdə Təcili Tibbi Yardıma müraciət edilərək 23:00-da K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilib. Növbətçi həkimlər təcili yardım maşınında ilkin tibbi yardım göstərildikdən sonra lor (qulaq, burun) sahəsi üzrə ixtisaslaşmış A.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasına yönləndirilib. R.Osmanov yolda olarkən dünyasını dəyişib".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1716   Tarix: 25 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə

7 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr