Valideyninin "gizli münasibət"indən şübhələnən gənc kirayənişini döydü: "Anamı onun maşınında gördük"

Valideyninin "gizli münasibət"indən şübhələnən gənc kirayənişini döydü: "Anamı onun maşınında gördük"Anası ilə münasibəti olduğundan şübhələnərək tanışını döyüb xəsarət yetirən 21 yaşlı oğlana hökm oxunub.

"Kriminalqafqaz"ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarında Bakıda baş verib. Belə ki, 21 yaşlı Anar Feyzullayev (ad və soyad şərtidir) anası Gülnaz Feyzullayevanın (ad və soyad şərtidir) tanışları Azər Əhmədovla (ad və soyad şərtidir) qeyri-rəsmi münasibətini sübut etmək üçün kamera ilə video çəkmək istəyib. Azər Əhmədov həmin vaxt onun əlindən telefonu alaraq yerə atıb. Bundan hiddətlənən Anar ona yumruqla xəsarət yetirib.

Hadisə ilə bağlı açılan cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə ifadə verən təqsirləndirilən Anar Feyzullayev bildirib ki, anasının tanışları kimi təqdim etdiyi Azər Əhmədovla əlaqəsi olduğundan şübhələnib və bu barədə atasına da deyib:

"Atam işləri ilə əlaqədar Rusiyada yaşayırdı. Bizim iki evimiz var idi və birində Azər kirayə qalırdı. Tez-tez evimizə gəlib getməsi məni şübhələndirmişdi. Anamdan onun kimliyini soruşanda dedi ki, dostudur və atam da onu tanıyır. Zamanla onlar arasında münasibətin olduğundan şübhələndim və atam Azərbaycana gələndə ona bu barədə dedim. Bir gün də atamla birlikdə anamı Azərin maşınında gördük. Arada mübahisə yarandı. Azər mənim telefonumu yerə ataraq sındırdı, atamın da sinəsindən vuraraq itələdi. Mən də buna dözə bilməyib onun üz və baş hissəsinə yumruqla vurdum".

Hadisə zamanı xəsarət alan Azər Əhmədov ifadəsində deyib ki, onun Gülnazla heç bir münasibəti olmayıb:

"Biz sadəcə tanış idik. Ona ev təmiri və sənəd işlərində köməklik edirdim. Hadisə baş verən günü də elə sənədlə bağlı görüşmüşdük. Onun həyat yoldaşı və oğlu bizə yaxınlaşaraq mübahisə etməyə başladılar. Anar məni videoya çəkirdi. Mən dəfələrlə ona çəkməməsini dedim. O isə məni dinləmədi. Bundan əsəbiləşərək onun telefonunu əlindən alıb yerə atdım. O isə məni döydü".

Məhkəmədə şahid qismində iştirak edən Gülnaz Feyzullayeva deyib ki, övladları ona böhtan atıb:

"Azərlə qeyri-rəsmi münasibətim yoxdur. Həyat yoldaşımla 29 ildir ki, evliyik. Bu evlilikdən 3 övladımız olub. Biz birlikdə Rusiyada yaşayırdıq. 2008-ci ildə mən uşaqlarımla birlikdə Azərbaycana qayıtdım. Yoldaşım isə orada qaldı. Bundan sonra bizim münasibətlərdə problemlər yarandı. 2021-ci ildə də mən boşanmaq üçün ərizə verdim. Bundan sonra o da məndən boşanmaq üçün məhkəməyə müraciət edib. Azər isə bizim tanışımız olub. Mənim sənəd işlərimdə çox kömək edib. Elə evdə də təmir işi lazım olanda o tez yetişib. Uşaqlarım mənə böhtan ataraq guya Azərlə münasibətim olduğunu deyirlər. Belə bir şey yoxdur".

Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Azər Feyzullayev 1000 manat məbləğində cərimə olunub. Bundan başqa, onun barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3093   Tarix: 25 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə

7 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr