"Qaçqınkom"la məcburi köçkünün ev davası: Hansı tərəf haqlıdır? - FOTO
1992-ci ildən Laçın rayonundan məcburi köçkün düşərək Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən "Gilavar" pioner düşərgəsində məskunlaşan şəxs narazıdır.
O, bu barədə Oxu.Az-ın redaksiyasına müraciət edib.
Sakin Oqtay İsmayılov saytımıza bildirib ki, məskunlaşdığı ünvanda olan bina istismar müddətini başa vurmuş yararsız bir yaşayış yeridir:
"Bina yararsız olduğundan yağış və qar mənzillərimizə dolur. Binanın hər zaman uçmaq təhlükəsi var. Belə bir təhlükəli yerdə yaşamaq ölümlə hər an üz-üzə gəlməyə bərabərdir. Evin içərisindən dirək qoymuşuq ki, ev üstümüzə çökməsin.
Binanın dam örtüyü artıq üç ildir ki, çöküb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən binaya baxış keçirilib, hər an uçmaq təhlükəsi olduğu və burada yaşamağın qeyri-mümkün olduğu bildirilib".
O qeyd edib ki, FHN tərəfindən bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ("Qaçqınkom") müraciət edilib:
"Həmin Komitədən isə bizim yaxın zamanlarda Ramana qəsəbəsinə köçürülməyimizlə əlaqədar məktub göndərilib. Lakin hələ də bizə mənzil verilməyib. Burada hər zaman ölüm hadisəsi baş verə bilər".
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Laçın rayonundan məcburi köçkün olan Oqtay İsmayılov altı nəfər ailə üzvü ilə birlikdə məcburi köçkünlərin sıx məskunlaşma obyekti olan Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən "Gilavar" düşərgəsində müvəqqəti qeydiyyatdadır:
"Onun müraciəti ilə əlaqədar olaraq, Dövlət Komitəsinin aidiyyəti şöbəsinin əməkdaşlarının oğlu Fərid İsmayılovla telefon danışığı zamanı məlum olub ki, o, valideynləri ilə birgə Suraxanı rayonu, Zığ şosesi ərazisində yerləşən fərdi mənzildə yaşayır. Həmin mənzilin kommunal xidmətləri də Oqtay İsmayılovun qızının adınadır.
Eyni zamanda, Oqtay İsmayılova Dövlət Komitəsinin boş mənzil fonduna uyğun olaraq, Şirvan, Ucar və Kürdəmir rayonlarında yerləşən yeni qəsəbələrdən mənzil təklif edilib, lakin o, bu təklifdən imtina edib.
Nəzərinizə çatdırırıq ki, Dövlət Komitəsinin mənzil fondunda boş yaşayış sahələri yoxdur, eyni zamanda, məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilmir. Onlar üçün mənzillər bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcək. Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə mərhələli qaydada qayıdışı zamanı ilk növbədə ən ağır vəziyyətdə yaşayanlar yeni yaşayış sahələri ilə təmin olunacaqlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1352 Tarix: 25 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
6 noyabrAzercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar
7 noyabrHDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video
Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i
7 noyabrAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə
7 noyabrUcuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN
Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt
6 noyabrGüllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
6 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabrGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
6 noyabr