Millət vəkilindən sperma bankı ilə bağlı AÇIQLAMA: "Həm milli-mənəvi, həm də dini baxımdan yolverilməzdir"
"Ümumiyyətlə, ölkədə sperma bankının yaradılması məsələsinin, hətta müzakirəyə çıxarılmasının belə əleyhinəyəm. Bu, istər milli-mənəvi, istərsə də elmi və dini baxımdan yolverilməzdir.
Azərbaycan hüquqi və dünyəvi dövlət olsa da, dinimiz İslamdır. İslama görə, uşağın atası, hətta bəlli olsa da, kəbindənkənar övlad sahibi olmaq haram sayılır. Bütün səmavi dinlərdə belə hallar qeyri-məqbul hesab edilir. Heç kim zəmanət verə bilməz ki, sperma bankının yaradılması gələcəkdə bacı-qardaş nikahlarına səbəb olmayacaq".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva deyib.
Deputat qeyd edib ki, bu, gələcəkdə millətin genofundunda fəsadlar törədə bilər: "Nəzərə almaq lazımdır ki, Azərbaycan xalqı bütün dünyaya örnək ola biləcək milli dəyərlərə malikdir. Biz gənclərimizi milli ruhda tərbiyə etməyin vacibliyini hər zaman vurğulayırıq. Azərbaycanda əsrlər boyunca formalaşmış müqəddəs ailə institutu mövcuddur. Hər zaman təbliğ edirik ki, Azərbaycan ailələrində övladlar hər iki valideynin himayəsində böyüməlidirlər. Çünki bu cür uşaqlar Vətənə layiqli vətəndaş kimi böyüyürlər. Onu da qeyd edim ki, mən bir genetik kimi də sperma bankının yaradılmasının əleyhinəyəm. Əks halda, xoşagəlməz hallarla üz-üzə qala bilərik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3682 Tarix: 25 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Kristal Estetik" klinikası və direktoru cərimələndi
"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"
22 sentyabrBakıda bu məktəblər distant təhsilə keçdi
Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək
22 sentyabrBakının üç rayonunda işıq olmayacaq
Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması v
22 sentyabrVahid məktəbli formasında dəyişiklik: yeni yanaşma məktəb mühitinə nə vəd edir?
Məktəbli forması uzun illərdir təhsil mühitinin mühüm elementlərindən biri kimi qəbul olunur. Forma yalnız şagirdin geyimi deyil, eyni zamanda məktəb mədəniyyətinin, nizam-intizamın, bərabərlik prinsipinin və təhsil müəssisəsinin ümumi görünüşünün formalaşmasına təsir edən amillərdən biridir. Bu baxımda
22 sentyabrAlim Qasımovdan əl çəkin!
Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir
21 sentyabr