Ölümündən bir il keçən Baloğlan Əşrəfovun oğlu məşhurlardan gileyləndi: "Başsağlığı da vermədilər"
Bu gün Əməkdar artist Baloğlan Əşrəfovun vəfatından bir il ötür.
Mərhum sənətkarın oğlu Elşən Baloğlanoğlu Oxu.Az-la söhbətində bəzi məşhurların müğənninin sağlığında onunla yaxın olsalar da, heç gəlib başsağlığı vermədiklərindən gileylənib.
"Adlarını deməyəcəm. Ancaq elə məşhurlar var ki, sağlığında atamla yaxın olublar, ancaq gəlib, zəng edib başsağlığı belə verməyiblər. O vaxtlar pandemiya dövrü idi, evə gəlmək imkanı yox idi, ancaq nömrəni tapıb zəng etmək bu qədərmi çətin idi? Nömrəni tapmamağı bəhanə edə bilməzlər. Ən azından, Yusif Mustafayev ilə mənim atam çox yaxın idilər, ondan nömrəmi tapıb başsağlığı verə bilərdilər.
Həmin gecə Əlikram Bayramov bizi tək qoymadı, Yusif Mustafayev, Elşad Qarayev, ola bilər, kiminsə adını unudum, çox adam var idi", - Elşən Baloğlanoğlu deyib.
O, atasının son gününə kimi yaxşı olduğunu və onu itirəcəyini ağlına belə gətirmədiyini vurğulayıb:
"Axırıncı gün tam yaxşı idi. COVID-ə yoluxduğu üçün yanına buraxmırdılar. Telefonla görüntülü danışdıq. Özünü yaxşı hiss etsə də, danışanda sanki bizimlə halallaşırdı. Nəvələri, gəlini, bütün ailə üzvləri ilə danışdı. Deyirdi, yaxşıyam, hər şey yaxşıdır. Vəfatından iki-üç saat öncə mən evdə idim, həkimi həyəcanlı şəkildə zəng etdi ki, tez buraya gəl. Mən həmin an heç düşünmədim ki, rəhmətə gedə bilər, çünki bir neçə saat öncə bizimlə danışanda hər şey yaxşı idi. Birdən-birə halı pisləşib. Mən gedib atamı gördüm, o vəziyyətdə də mənə gülümsəyib, "narahat olma, hər şey yaxşı olacaq" dedi".
E.Baloğlanoğlu atasının pandemiya dövründə həyatında baş verənlərdən kitab yazmaq istədiyini qeyd edib:
"Kitab yazmaq istəyirdi, qismət olmadı. Tez-tez yuxularıma gəlir. Ötən gecə də görmüşəm. Səhnədə, bəlkə də ciddi görünə bilərdi, evdə çox zarafatcıl insan idi. Bizim ata-oğul münasibətindən əlavə, dost münasibətimiz var idi. Evin hər küncündə xatirələrimiz var. Bizim üçün çox çətindir".
Qeyd edək ki, Baloğlan Əşrəfov 26 aprel 2021-ci ildə 69 yaşında COVID-19 xəstəliyindən vəfat edib. Sənətkar doğulduğu Masallı rayonunun Bədəlan kəndində doğmalarının məzarı yanında torpağa tapşırılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Elzanın gəlinlərə arzusu: "İki il qayınananızla qalın"
"Hər valideynə nəvələri ilə 2-3 il, gəlinlərə də heç olmasa, qayınanası ilə 2 il qalmağı arzu edirəm. Bunların hamısı bir məktəbdir". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətçi hazırda gəlinindən ayrı yaşasa da, münasibətlərini
3 oktyabrMingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü
Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb
10 oktyabrAfaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın
4 oktyabrOğlu buna görə Fatimə ilə yaşamır
Rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynin atası ilə yaşaması məsələsinə aydınlıq gətirib. Sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. Fatimə bildirib ki, oğlu universitetə hazırlaşır və şəhərdə qalmalıdır:. "Evim Şüvəlandadır. Qayınanam şəhərdə yaşayır, oğlum da orada olur. Boş vaxtımı
10 oktyabrMəşhur aparıcı bu addımı da atdı - Elə bir iş gördü ki... - FOTO
Məşhur aparıcı Esra Erol bu dəfə biznes təşəbbüsü ilə diqqət çəkib. xəbər verir ki, televiziya karyerası ilə yanaşı, geyim sektoruna da addım atan aparıcı yeni mağaza açıb. Esra Erolun yeni biznesini təbrik edən yaxın rəfiqəsi, aktrisa Bergüzar Korel ona xoş arzularını çatdırıb. Erolun mağaza açmas
27 sentyabr"Ana, yalan yazıb bizi incitmək istədilər, amma onları bağışladım"
Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı daha bir paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı paylaşımında bunları yazıb:. "Ana, elə bilirdim, hər gün səninlə bir hekayə paylaşacağam. Sonra başa düşdüm ki, sən bir hekayəyə sığacaq qız deyilsən axı
27 sentyabr"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova
Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas
10 oktyabrBayhan dinini dəyişib?
Uşaqlıq illərini Almaniyada keçirən türkiyəli müğənni Bayhan dinini dəyişdirməsi ilə bağlı iddialara aydınlıq gətirib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk tanıdığı dinin xristianlıq olduğunu bildirdikdən sonra müzakirələrə səbəb olan sənətçi yanlış anlaşıldığını vurğulayı
17 oktyabr