İlham Əliyev ÜST rəsmisini qəbul etdi - YENİLƏNİB

İlham Əliyev ÜST rəsmisini qəbul etdi - YENİLƏNİBAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan Respublikası arasında səmərəli əməkdaşlığın olduğunu vurğulayıb. Dövlətimizin başçısı Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-a qarşı mübarizədə Azərbaycana göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü bildirib, ÜST-ün COVID-19-a qarşı mübarizəyə dair təqdim etdiyi tövsiyələrin ölkəmiz üçün dəyərli olduğunu qeyd edib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət çox müsbətdir, həyata keçirilmiş tədbirlər nəticəsində pandemiyanın çətin dövründə vəziyyət nəzarətdə saxlanılıb. Azərbaycan keçən ilin əvvəlində vaksinasiyaya başlayan ilk ölkələrdən biri olub, indiyədək ölkəmizdə 13 milyondan artıq vaksin istifadə edilib. Azərbaycanda vaksinasiya prosesi anlayışla qarşılanıb. Dövlətimizin başçısı bunun vətəndaşlarımız tərəfindən dövlətin həyata keçirdiyi siyasətə etimadın bir nümunəsi olduğunu deyib.

Ölkəmizdə pandemiya ilə bağlı məhdudiyyətlərin tədricən aradan qaldırıldığını deyən Prezident İlham Əliyev bildirib ki, çox az sayda məhdudiyyətlər qalıb, bunu da Azərbaycan ictimaiyyəti anlayışla qarşılayır.

Azərbaycanın COVID ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətini daim dəstəklədiyini bildirən dövlətimizin başçısı vurğulayıb ki, həm Qoşulmama Hərəkatında, həm də BMT Baş Assambleyasında çıxışları zamanı Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-a qarşı mübarizədə rolunu xüsusilə qeyd edib.

Prezident İlham Əliyev deyib ki, Azərbaycanda pandemiya nəticəsində yaranan sosial-iqtisadi məsələlərin aradan qaldırılması istiqamətində də dövlətimiz tərəfindən zəruri tədbirlər görülüb və hazırda bu sahədə də vəziyyət sabitdir.

Hans Henri Kluge Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Tedros Adhanom Qebreyesusa çatdırmağı xahiş edib.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru kimi Azərbaycana ilk dəfə gəldiyini vurğulayan Hans Henri Kluge səfərinin Azərbaycanla BMT arasında tərəfdaşlığın 30 illiyinin qeyd olunduğu bir dövrə təsadüf etməsi baxımından önəmini vurğuladı. Hans Henri Kluge deyib:

"Mən Sizin beynəlxalq diplomatiyada qlobal liderliyinizi yüksək qiymətləndirir və bu münasibətlə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizin davamlı inkişaf istiqamətində çox mühüm fəaliyyətiniz olduqca önəmlidir. Çünki məhz Sizin şəxsi liderliyiniz sayəsində COVID-19 pandemiyasına qarşı beynəlxalq həmrəylik təbliğ edilib və bu məsələ BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilatının - Qoşulmama Hərəkatının gündəliyinin əsas məsələsi olub".

Qonaq Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin bir il uzadılmasını dövlətimizin başçısına olan etimadın göstəricisi kimi dəyərləndirdi və bu münasibətlə də təbriklərini çatdırıb.

Hans Henri Kluge Azərbaycanla əməkdaşlığın çox uğurlu olduğunu vurğulayıb və rəhbərlik etdiyi təşkilatın bu əməkdaşlığın bundan sonra da davam etdirilməsi istiqamətində səylər göstərəcəyini bildirib. O, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun 2020-ci ilin mayında koronavirusla mübarizəyə həsr olunmuş onlayn Zirvə görüşünə toxunaraq, məhz Azərbaycan Prezidentinin rəhbərliyi sayəsində həmin Sammit zamanı ÜST-ün rolunun yüksək qiymətləndirildiyini dedi, eyni zamanda, humanitar və tibbi ehtiyaclar üzrə informasiya bazasının yaradılmasına və ÜST vasitəsilə Qoşulmama Hərəkatının COVID-dən ən çox əziyyət çəkmiş 10 ölkəsinə Azərbaycanın 10 milyon dollar məbləğində vəsait yönəltdiyinə görə minnətdarlığını bildirib.

Qonaq dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə BMT Baş Assambleyasının COVID-19-la mübarizəyə həsr edilən Xüsusi Sessiyasını, Prezident İlham Əliyevin BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində, həmçinin BMT Baş Assambleyasında vaksinlərin ədalətli, bərabər bölgüsünə dair qətnamənin təşəbbüskarı olduğunu, Azərbaycanın Türk Şurası çərçivəsində Zirvə toplantısının gündəliyinə də COVID-ə qarşı mübarizə məsələsini daxil etdiyini vurğulayıb.

Hans Henri Kluge Azərbaycanın COVID-19-a qarşı milli səviyyədə həyata keçirdiyi tədbirlərin də çox təqdirəlayiq olduğunu bildirib, Azərbaycanda COVID-lə bağlı vəziyyətin daim nəzarətdə saxlanıldığını, dövlətimiz tərəfindən zəruri və ardıcıl tədbirlər görüldüyünü qeyd edib. O, həmçinin Azərbaycanın həyata keçirdiyi vaksinasiya siyasətinin də çox uğurlu olduğunu bildirib.

Hans Henri Kluge Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ilə əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətində olduğunu deyib. Təşkilatın Azərbaycanda hazırda səhiyyə sistemində aparılan islahatlara yaxından töhfə verməyə hazır olduğunu deyən qonaq bildirib ki, ölkəmizdə rəqəmsal və elektron səhiyyə sistemlərinin qurulması istiqamətində görülən tədbirlər də çox müsbətdir.

Hans Henri Kluge qeyd edib ki, Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirəcəyi səhiyyə sisteminin qurulması prosesində, xüsusilə rəqəmsal səhiyyə sisteminin yaradılmasında Ümumdünya Səhiyyə Təşkilatı töhfəsini verməyə və Azərbaycan ilə yaxından əməkdaşlığa hazırdır. Vurğulayıb ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində səhiyyə xidmətlərini təqdim edən regional mərkəzlərdən birinə çevrilə bilər.

11:54
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1457   Tarix: 26 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Cəmi 6 ilə 100 minə yaxın insan köçürmüşük"

"Biz müharibədə Qələbə qazanmışıq. Sülh şəraitində yaşayan xalqımız da qurub-yaradır". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinə köçən sakinlərlə görüşdə bildirib. "Ermənilər 30 il bu torpaqları vira

6 noyabr
.

"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının tarixində milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsi kimi əbədi yaşayacaq. Bu, yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi qələbə deyil, onilliklər boyu davam edən torpaq həsrətinin sona çatması, milli ləyaqətimizin bərpas

7 noyabr
.

UluÖndər Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri

"Konstitusiya hər bir xalqın, dövlətin hüquqi qüvvəyə malik olan, ən ali sənədidir. 12 noyabr 1995-ci ildə referendum əsasında qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının müstəqillik illərindən sonra rəsmi olaraq qəbul etdiyi ilk konstitusiyadır. Dövlətimizin mövcud olduğu illər ərzind

6 noyabr
.

Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

7 noyabr
.

Prezident Ağdama getdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, səhiyyə naziri Anar Bayramov dövlətimizin başçısına inşaat işlərinin gedişi ilə bağlı məlumat verib. Bildirilib ki, ümumi sahəsi 6 hektarda

7 noyabr
.

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə bağlı - Paylaşım+Video

Prezident İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

4 noyabr
.

Xankəndi Stadionu açıldı - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına stadionda yaradılmış şərait barədə məlumat verib. Bildirilib ki, Xankəndi Şəhər Stadionu 1956-c

7 noyabr
.

"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva

8 Noyabr - Zəfər Günü milli birliyimizin, sarsılmaz iradəmizin, Vətən sevgimizin və dövlətimizin qüdrətinin təntənəsini özündə əks etdirən möhtəşəm tarixi gün və Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, Azərbaycan Ordusunun döyüş qabiliyyətini, xalqımızın milli həmrəyliyini və Vətən uğrunda fədakarlığın

7 noyabr
.

Azərbaycan Şuşanı azad etməklə dünyaya gücünü sübut etdi

"Şuşanın azad edilməsi əslində formalaşmış müəyyən bir düşüncəni dəyişdi. Bildiyiniz kimi, Şuşa, eləcə də Hadrut keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə daxil idi. Hər iki yaşayış məntəqəsinin işğaldan azad edilməsi bir vaxtlar formalaşdırılmış, guya Dağlıq Qarabağ ərazisinin razılaşdırıldığı

5 noyabr