Azərbaycanlı deputat erməni həmkarını belə SUSDURDU - VİDEO

Azərbaycanlı deputat erməni həmkarını belə SUSDURDU - VİDEOAvropa Şurası Parlament Assambleyasının dünən keçirilən sessiyasında erməni deputat Vardanyan Mövlud Çavuşoğlunun "bozqurd" işarəsini terroru dəstəkləmək kimi təqdim edib. Azərbaycandan olan deputat Kamal Cəfərov erməni deputatlarının Mövlud Çavuşoğlu haqqında ittihamlarına bozqurd işarəsi ilə cavab verib.

Azərbaycanlı deputat erməni həmkarını belə SUSDURDU - VİDEO

Digər azərbaycanlı millət vəkili Səməd Seyidov isə ermənilərin cavabını anında ingilis dilində layiqincə verib.

Azərbaycanlı deputat erməni həmkarını belə SUSDURDU - VİDEOSonxeber.az bildirir ki, o, öz çıxışında erməni həmkarlarını belə tənqid edib:

"Niyə mənim həmkarlarım qeyd etməyiblər ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu fiziki olaraq hücuma məruz qalıb?! Niyə onlar qeyd etməyiblər ki, Yerevanın mərkəzində faşist nümayəndəsi olan Njdenin heykəli ucaldılıb?! Niyə onlar qeyd etməyiblər ki, hələ də Azərbaycanda bir milyon qaçqın var?! Onlar hələ də azad olunan torpaqlara qayıda bilmirlər, çünki ölkəmin ərazisini minalarla doldurublar. Hələ dünənin özündə azərbaycanlılar bizim ərazimizdə bu minalar vasitəsi ilə öldürülüblər. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyanın Brüsseldə Şarl Mişelin himayəsi ilə razılaşdıqları sülh prosesi ilə bağlı hesabat hazırlamışam. Mən bu sülh barədə danışacaqdım. Çünki yeni reallıq bizə bu sülhü yaratmaq üçün qızıl imkanlar verib. Çox qəribədir ki, sizin Baş nazir Azərbaycanın təklifləri ilə razı olduqlarını, onları qəbul etməyə hazır olduqlarını deyib. İndi isə erməni heyətinin nümayəndəsi onların Baş nazirinin mövqeyinin əksinə, regionda sülh axtaran ermənilərin milli maraqlarının əleyhinə danışır. Azərbaycan isə bu sülh naminə hər şeyi edib və edəcək!"

Həmin çıxışı daha ətraflı aşağıdakı videodan izləyə bilərsiniz:

ZAİRA AKİFQIZI
NATƏVAN BAXŞİYEVA


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2463   Tarix: 26 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Cəmi 6 ilə 100 minə yaxın insan köçürmüşük"

"Biz müharibədə Qələbə qazanmışıq. Sülh şəraitində yaşayan xalqımız da qurub-yaradır". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinə köçən sakinlərlə görüşdə bildirib. "Ermənilər 30 il bu torpaqları vira

6 noyabr
.

"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının tarixində milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsi kimi əbədi yaşayacaq. Bu, yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi qələbə deyil, onilliklər boyu davam edən torpaq həsrətinin sona çatması, milli ləyaqətimizin bərpas

7 noyabr
.

UluÖndər Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri

"Konstitusiya hər bir xalqın, dövlətin hüquqi qüvvəyə malik olan, ən ali sənədidir. 12 noyabr 1995-ci ildə referendum əsasında qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının müstəqillik illərindən sonra rəsmi olaraq qəbul etdiyi ilk konstitusiyadır. Dövlətimizin mövcud olduğu illər ərzind

6 noyabr
.

Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

7 noyabr
.

Prezident Ağdama getdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, səhiyyə naziri Anar Bayramov dövlətimizin başçısına inşaat işlərinin gedişi ilə bağlı məlumat verib. Bildirilib ki, ümumi sahəsi 6 hektarda

7 noyabr
.

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə bağlı - Paylaşım+Video

Prezident İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

4 noyabr
.

Xankəndi Stadionu açıldı - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına stadionda yaradılmış şərait barədə məlumat verib. Bildirilib ki, Xankəndi Şəhər Stadionu 1956-c

7 noyabr
.

"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva

8 Noyabr - Zəfər Günü milli birliyimizin, sarsılmaz iradəmizin, Vətən sevgimizin və dövlətimizin qüdrətinin təntənəsini özündə əks etdirən möhtəşəm tarixi gün və Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, Azərbaycan Ordusunun döyüş qabiliyyətini, xalqımızın milli həmrəyliyini və Vətən uğrunda fədakarlığın

7 noyabr
.

Azərbaycan Şuşanı azad etməklə dünyaya gücünü sübut etdi

"Şuşanın azad edilməsi əslində formalaşmış müəyyən bir düşüncəni dəyişdi. Bildiyiniz kimi, Şuşa, eləcə də Hadrut keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə daxil idi. Hər iki yaşayış məntəqəsinin işğaldan azad edilməsi bir vaxtlar formalaşdırılmış, guya Dağlıq Qarabağ ərazisinin razılaşdırıldığı

5 noyabr