Erməni deputatdan müharibə istəyənlərə xəbərdarlıq: "Azərbaycan..."

Erməni deputatdan müharibə istəyənlərə xəbərdarlıq: "Azərbaycan..."Ermənistanın Yerevan da daxil bir sıra yerlərində müxalifətin etiraz aksiyaları davam edir. "Qarabağın Azərbaycana təhvil verilməsinə" qarşı çıxdığını bildirən müxalifət, etirazları Nikol Paşinyan hökumətinin süqutunadək davam etdirəcəyini deyir. Etiraz aksiyalarının əsas təşəbbüsçüsü keçmiş prezident Robert Koçaryanın "Hayastan" parlament fraksiyası və onun tərkibinə daxil "Daşnaksutyun" partiyasıdır.

Aksiyalarda bir neçə nəfərin polis tərəfindən saxlandığı xəbər verilir.

"Azatutyun" nəşri bu aksiyalar barədə baş nazir Nikol Paşinyanın hakim "Vətəndaş müqaviləsi" partiyasının deputatları ilə söhbət edib. Millət vəkili Qraçya Akopyan deyib ki, küçələrə çıxıb hakimiyyətin devrilməsini istəyən müxalifətçilər öz hərəkətləri ilə müharibə qızışdırırlar. Deputat xəbərdarlıq edib ki, Azərbaycan bu vəziyyətdən istifadə etməyə həmişə hazırdır. Akopyan bildirib ki, indiki etiraz aksiyalarını 2018-ci ildə Nikol Paşinyanı hakimiyyətə gətirmiş xalq etirazları dalğası ilə müqayisə etmək düzgün deyil və bu səbəbdən də polis vətəndaşların normal həyatını təmin etməlidir:

"Əgər bunlar Yerevanda edilsə, böyük müharibəyə səbəb olmaz. Amma bunun sərhədyanı kəndlərdə və ya Qarabağda edilməsinin və paralel olaraq Azərbaycan silahlı qüvvələrinin hərəkətinin nəticələrini bir neçə dəfə görmüşük".

"Müxalifət Paşinyanın bir çıxışından yapışıb"

"Azatutyun" müxbirinin "indiki hakimiyyət müxalifət olanda, ovaxtkı hakimiyyət də bunun müharibəyə səbəb ola biləcəyini deyirdi" iradına Akopyan sualla cavab verib: "Düz deyirdilər. Amma bununla paralel olaraq nə edirdilər? Silah alırdılar, yoxsa qohumlarını varlandırırdılar?" Akopyan əlavə edib ki, Paşinyan hökuməti ilk gündən silah almağa başlayıb və bunu görən Azərbaycan gecikməmək üçün müharibəyə qərar verib. İqtidar deputatı gileylənib ki, müxalifət baş nazirin Milli Məclisdəki bircə çıxışından yapışıb. Paşinyan həmin çıxışda bildirmişdi ki, "beynəlxalq birlik Qarabağ məsələsində Ermənistanın tələblərini azaldacağını gözləyir". Akopyan yada salıb ki, Paşinyan bu çıxışdan sonra keçirdiyi hökumət müşavirəsində "Qarabağın əşya olmadığını" bəyan edib. Qraçya Akopyanın sözlərinə görə, müxalifət hakimiyyət dəyişikliyinə nail ola bilməyəcək, çünki ictimai dəstəyi və gündəliyi yoxdur. Müxalifət iddia edir ki, Paşinyan və komandası Qarabağın Azərbaycana "təhvil verilməsini" istəyir.

Akopyan bu barədə deyib: "Onlar deyirlər ki, Qarabağı təhvil verirlər. İndi baş nazir hökumət iclasında deyib ki, geniş ictimai müzakirələrsiz, heç bir hərəkət ola bilməz. Onlar bunu eşitmirlər nədir? Tələblərin aşağı salınmasına gəlincə isə, düzünü desəm, mən də baş nazirin nəyi nəzərdə tutduğunu bilmirəm".

"Bu gün beynəlxalq birlik Ermənistana deyir..."

Hakim "Vətəndaş müqaviləsi" partiyasından başqa bir deputat, Akop Aslanyan isə deyir ki, heç kəs Qarabağı verməyə hazırlaşmır. Onun sözlərinə görə müxalifət manipulyasiya edir: "Bu gün beynəlxalq birlik Ermənistana deyir: Siz Azərbaycanın ərazi bütövlüyünü tanımalısınız, Azərbaycan da sizin ərazi bütövlüyünüzü. Biz də çalışarıq ki, öz müqəddəratını müəyyən etmək hüququ müəyyən dərəcədə Qarabağ xalqına münasibətdə reallaşdırılsın". Akop Aslanyan "Azatutyun"un "ərazi bütövlüyü tanınandan sonra Azərbaycan Qarabağ məsələsinin bağlandığını deməzmi" sualına belə cavab verib: "Başqa dövlətlərin ərazisində anklav olan onlarca dövlət var və beynəlxalq birlik, Birləşmiş Millətlər Təşkilatı bunu sözügedən dövlətlərin ərazi bütövlyü tanınandan sonra qəbul edib".

"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyandan sonra..."

Deputat "Ermənistan Azərbaycanın ərazi bütövlüyü tanıyandan sonra bu əraziyə Qarabağ da daxil olacaqmı" sualının cavabında deyib: "Qarabağın bura daxil olub-olmayacağının əhəmiyyəti yoxdur, çünki bundan sonra dərhal millətlərin öz müqəddəratını müəyyən etməsi hüququ ortaya çıxacaq. Ermənistan bundan imtina etməyib". Aslanyan bildirib ki, hazırda danışıqların hansı sənədlər üzrə aparıldığını bilmir. Deputat "Azatutyun"un "ərazi bütövlüyü tanınandan sonra Azərbaycanın Ermənistanla millətlərin öz müqəddəratını təyin etməsi hüququ barəsində danışıqlara razı olacağına qarantiya varmı" sualının cavabında deyib: "Belə bir qarantiyanı "Ermənistan yox, BMT, Minsk qrupu verir... Mən XİN əməkdaşı deyiləm". Aslanyan deyib ki, müxalifətin uğur qazanmaq üçün heç bir şansı yoxdur. Deputatın fikrincə hazırkı etirazları təşkil etmək üçün də müxalifət "soyqırımın"ın anım günündən fürsətlənib./milli.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2264   Tarix: 27 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Müstəqil dövlətin Konstitusiya günüdür

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al

6 noyabr
.

Xankəndi Stadionu açıldı - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına stadionda yaradılmış şərait barədə məlumat verib. Bildirilib ki, Xankəndi Şəhər Stadionu 1956-c

7 noyabr
.

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü

6 noyabr
.

İlham Əliyev: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

"Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ildə isə "Rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişaf

5 noyabr
.

Zəfər - xalqın birliyinin, lider qətiyyətinin və güclü dövlətçiliyin tarixi təntənəsi

Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biridir. Lakin bu tarixi yalnız 44 günlük Vətən müharibəsinin nəticəsi kimi qiymətləndirmək doğru olmazdı. Çünki 8 Noyabr Zəfəri illərlə aparılan məqsədyönlü dövlət siyasətinin, milli iradənin, siyasi qətiyyətin, hərbi quruculuğun və diplomati

6 noyabr
.

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açıldı - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Universitetin Klinikasının baş direktoru Samir Babayev burada yaradılmış şərai

7 noyabr
.

Prezident Ağdama getdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, səhiyyə naziri Anar Bayramov dövlətimizin başçısına inşaat işlərinin gedişi ilə bağlı məlumat verib. Bildirilib ki, ümumi sahəsi 6 hektarda

7 noyabr
.

Prezident Ağdamda zeytun ağacı əkdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub. "Qafqazinfo" xəbər verir ki, "Aqroinkişaf 2017" MMC-nin direktoru Ruslan Sadıxov dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib. Bildirildi ki, şirkət tərəfində

7 noyabr
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

6 noyabr