Zəfər - xalqın birliyinin, lider qətiyyətinin və güclü dövlətçiliyin tarixi təntənəsi

Zəfər - xalqın birliyinin, lider qətiyyətinin və güclü dövlətçiliyin tarixi təntənəsiZəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biridir. Lakin bu tarixi yalnız 44 günlük Vətən müharibəsinin nəticəsi kimi qiymətləndirmək doğru olmazdı. Çünki 8 Noyabr Zəfəri illərlə aparılan məqsədyönlü dövlət siyasətinin, milli iradənin, siyasi qətiyyətin, hərbi quruculuğun və diplomatik mübarizənin məntiqi yekunudur.

Mən bu məsələyə həm də şəxsi təcrübəmdən yanaşmaq istəyirəm. 1992-ci ildən Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşam. Həmin dövrün ağrılarını, çətinliklərini, döyüşlərin reallıqlarını, insanlarımızın fədakarlığını yaxından görmüşəm. O zaman Azərbaycan xalqı Vətən uğrunda böyük qurbanlar verdi. Şəhidlərimizin, yaralılarımızın, qazilərimizin sayı sonrakı Vətən müharibəsi ilə müqayisədə dəfələrlə çox oldu. Həmin dövrdə geniş səfərbərlik həyata keçirilmiş, çoxsaylı şəxsi heyət döyüşlərə cəlb olunmuşdu. Ancaq bütün bu fədakarlıqlara baxmayaraq, nəticə istədiyimiz kimi olmadı. Müharibə uzun illər davam etdi, böyük insan itkiləri verdik, torpaqlarımızın təxminən 20 faizi işğal olundu, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.

Bəs niyə eyni xalq, eyni Vətən uğrunda mübarizə aparan insanlar 1990-cı illərdə bu qədər ağır itkilər versələr də, qarşıya qoyulan məqsədə nail ola bilmədilər, 2020-ci ildə isə cəmi 44 gün ərzində tarixi Zəfər qazandılar?
Zəfər - xalqın birliyinin, lider qətiyyətinin və güclü dövlətçiliyin tarixi təntənəsiMən hesab edirəm ki, bu fərqin əsas səbəblərindən biri dövlət idarəçiliyi, siyasi iradə və lider amili idi. 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqil dövlət kimi hələ formalaşma mərhələsində idi. Ölkədə siyasi sabitlik, vahid komandanlıq, peşəkar hərbi idarəetmə və sistemli dövlət siyasəti baxımından ciddi problemlər mövcud idi. Ordunun idarə olunmasında pərakəndəlik, siyasi qarşıdurmalar və vahid strategiyanın olmaması hərbi potensialımızın lazımi nəticə verməsinə mane olurdu. Yəni xalq döyüşürdü, insanlar Vətən uğrunda canından keçirdi, lakin bu qəhrəmanlığı vahid dövlət strategiyasına çevirən güclü idarəçilik sistemi yox idi.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra isə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin yaradılması və ordu quruculuğunun sistemli əsaslarla aparılması istiqamətində yeni mərhələ başlandı. Prezident İlham Əliyev bu dövlətçilik kursunu davam etdirərək ölkənin hərbi, iqtisadi, siyasi və diplomatik potensialını məqsədyönlü şəkildə gücləndirdi.

Əslində, Zəfərə gedən yol xalqla liderin birliyindən başladı. Azərbaycan cəmiyyətində milli həmrəylik möhkəmləndi, dövlətə və orduya inam artdı. Vətənpərvərlik ruhunda yeni nəsil yetişdi. Azərbaycan gəncliyi milli dövlətçilik düşüncəsi, Vətən sevgisi və tarixi məsuliyyət hissi ilə formalaşdı. 2020-ci ildə həmin gənclik öz qəhrəmanlığı ilə bu hazırlığın nəticəsini bütün dünyaya göstərdi.

Digər tərəfdən, Azərbaycan illər ərzində hərbi qüdrətini sistemli şəkildə artırdı, müasir silahlarla təchiz olundu, peşəkar ordu quruculuğunu həyata keçirdi. Bununla paralel olaraq diplomatik cəbhədə də ardıcıl mübarizə aparıldı. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz ərazi bütövlüyünün bərpası məsələsini daim dünya gündəliyində saxladı. Qarabağ münaqişəsinin mahiyyətinin və Azərbaycanın suveren hüquqlarının beynəlxalq səviyyədə tanınması istiqamətində uzun illər ciddi siyasi-diplomatik fəaliyyət göstərildi.

Bütün bunlar 2020-ci ildə tarixi məqam yetişəndə öz nəticəsini verdi. 44 günlük Vətən müharibəsi göstərdi ki, artıq Azərbaycan əvvəlki Azərbaycan deyil. Bu, siyasi sabitliyə, güclü iqtisadiyyata, müasir orduya, vahid komandanlığa, milli birliyə və konkret strateji məqsədlərə malik müstəqil dövlətdir.

Burada Prezident, Ali Baş Komandan İlham Əliyevin rolu xüsusi qeyd edilməlidir. Müharibədə yalnız nə vaxt başlamağı deyil, hansı məqamda dayanmağı da bilmək böyük strateji qərarvermə tələb edir. 44 gün ərzində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar, Ali Baş Komandanın siyasi və hərbi rəhbərliyi, hər bir mərhələdə verilən qərarlar Zəfərin əldə olunmasında mühüm rol oynadı. Şuşanın azad edilməsi ilə müharibənin taleyi həll olundu. 10 noyabr 2020-ci il Bəyanatı ilə hərbi əməliyyatların dayandırılması isə əldə edilmiş hərbi nəticələrin siyasi müstəvidə təsbitinə şərait yaratdı.

Ancaq Azərbaycanın tarixi missiyası bununla bitmədi. Qarşıda dövlət suverenliyinin ölkənin bütün ərazisində tam bərpası vəzifəsi dayanırdı. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində bu məqsədə də nail olundu. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edərək bütöv Azərbaycan dövlətçiliyinin yeni mərhələsinə qədəm qoydu.

Bu gün Qarabağda aparılan bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramı, yeni yaşayış məntəqələrinin salınması Zəfərin davamıdır. Biz artıq işğaldan azad edilmiş torpaqlara qayıdan xalqın, öz suverenliyini təmin etmiş güclü dövlətin reallığını yaşayırıq.

Bütün bunları ümumiləşdirərək deyə bilərəm ki, 1990-cı illərlə 2020-ci il arasındakı əsas fərq Azərbaycan xalqının qəhrəmanlığında deyildi. Xalqımız hər iki dövrdə eyni dərəcədə fədakar, vətənpərvər və mübariz idi. Fərq həmin qəhrəmanlığın hansı dövlətçilik sistemi, hansı hərbi idarəetmə və hansı siyasi strategiya ilə istiqamətləndirilməsində idi. 1990-cı illərdə xalqın fədakarlığı olsa da vahid dövlət iradəsi və effektiv hərbi idarəetmə yox idi. 2020-ci ildə isə xalq-lider birliyi, güclü dövlət, müasir ordu və Ali Baş Komandanın rəhbərliyi vahid məqsəd ətrafında birləşdi və tarixi Zəfəri təmin etdi.

Prezident İlham Əliyev Azərbaycan tarixinə Qarabağın azad edilməsinə, ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasına nail olan lider kimi daxil oldu. Onun Qarabağ fatehi kimi tarixdəki yeri məhz bu tarixi nəticələrlə müəyyənləşir.

Zəfər Gününün əsas fəlsəfəsi budur: xalqın qəhrəmanlığı, liderin siyasi iradəsi, ordunun qüdrəti və dövlətin strateji düşüncəsi birləşəndə tarix dəyişir. Biz 1990-cı illərdə Vətən uğrunda döyüşdük, 2020-ci ildə isə güclü Azərbaycan dövləti olaraq qalib gəldik. Bu Zəfər xalqımızın qəhrəmanlığının, dövlətçiliyimizin gücünün və milli birliyimizin təntənəsidir.

Bəhruz Quliyev, Səs qəzetinin baş redaktoru, siyasi ekspert


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 195   Tarix: 06 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021