Aqşin Fatehlə dava edən şəriki bir neçə nəfərin zəhərlənməsinə səbəb olubmuş - YENİLƏNİB
Meyxanaçı Aqşin Fatehin restoran şərikinin kimliyi müəyyənləşib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu, 2019-cu ilin dekabrında üç nəfərin – Bakı sakinləri Sərxan Bayramov, Mustafa Mustafayevin və Hacıqabul sakini Ülvi Qurbanovun içkidən zəhərlənməsinə səbəb olmuş "Baku City" restoranının müdiri Füzuli Alıyevdir.
O, "Chivas Regal 12" əmtəə nişanlı spirtli içkilərini ucuz qiymətə daha iki restorana ("Baku Voice Rooms" və "Everest") satmış, nəticədə üç nəfərin ölümünə və bir neçə nəfərin zəhərlənməsinə səbəb olmuşdu.
Maraqlı məqam isə ondan ibarətdir ki, həmin şəxs məhkəmənin qərarı ilə beş il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən o, 2024-cü ildə azadlığa çıxmalı idi. Belə olan halda sual doğur: Həmin şəxs necə restoran işlədir?
15:35
Tanınmış meyxanaçı Aqşin Fatehlə şəriki arasında dava düşüb, xəsarət alan var.
Bakupost.az xəbər verir ki, hadisə A.Fatehin işlətdiyi "ByFateh1" restoranında baş verib.
Hadisəyə səbəb A.Fatehlə şəriki Füzuli Alıyev arasında baş verən narazılıq olub.
Məlumata görə, A.Fatehlə F.Alıyev 8 ay əvvəl şərik restoran açıblar, amma bir neçə ay sonra şəriklər arasında problemlər yaranıb.
Aprelin əvvəlindən F.Alıyev A.Fatehi restorana buraxdırmayıb və onlar arasında mübahisə yaranıb, şəriklik müqaviləsinə xitam verilib.
Aprelin 17-də isə A.Fateh bir neçə nəfərlə restoranda olan əşyalarını, özünə məxsus bəzi texnikalarını götürmək üçün oraya gedib.
Bu vaxt tərəflər arasında dava düşüb. Restoranı işlədənlər "102" xidmətinə və Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə şikayət ediblər.
Onlar iddia ediblər ki, A.Fateh kriminal qruplaşmanın bir neçə üzvü ilə restorana hücum çəkib, əllərində bıçaqla onları hədələyiblər, zor tətbiq ediblər. Bu zaman restoranda gül satan qız zədələnib.
Qarşı tərəf bunun böhtan olduğunu, onlara məxsus əşyaları mənimsəmək üçün və qisas məqsədi ilə belə bir şikayət verildiyini bildirib.
Məsələ ilə bağlı 6-cı Polis Bölməsi şikayətçilərin iddialarının əsassız olmasını, heç bir sübut olmadığını əsas gətirərək şikayəti rədd edib.
Lakin şikayətçilər Binəqədi Polis İdarəsinə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) şikayət ediblər.
Bundan sonra Binəqədi Polis İdarəsində xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Elzanın gəlinlərə arzusu: "İki il qayınananızla qalın"
"Hər valideynə nəvələri ilə 2-3 il, gəlinlərə də heç olmasa, qayınanası ilə 2 il qalmağı arzu edirəm. Bunların hamısı bir məktəbdir". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətçi hazırda gəlinindən ayrı yaşasa da, münasibətlərini
3 oktyabrMingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü
Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb
10 oktyabrAfaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın
4 oktyabrOğlu buna görə Fatimə ilə yaşamır
Rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynin atası ilə yaşaması məsələsinə aydınlıq gətirib. Sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. Fatimə bildirib ki, oğlu universitetə hazırlaşır və şəhərdə qalmalıdır:. "Evim Şüvəlandadır. Qayınanam şəhərdə yaşayır, oğlum da orada olur. Boş vaxtımı
10 oktyabrMəşhur aparıcı bu addımı da atdı - Elə bir iş gördü ki... - FOTO
Məşhur aparıcı Esra Erol bu dəfə biznes təşəbbüsü ilə diqqət çəkib. xəbər verir ki, televiziya karyerası ilə yanaşı, geyim sektoruna da addım atan aparıcı yeni mağaza açıb. Esra Erolun yeni biznesini təbrik edən yaxın rəfiqəsi, aktrisa Bergüzar Korel ona xoş arzularını çatdırıb. Erolun mağaza açmas
27 sentyabr"Ana, yalan yazıb bizi incitmək istədilər, amma onları bağışladım"
Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı daha bir paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı paylaşımında bunları yazıb:. "Ana, elə bilirdim, hər gün səninlə bir hekayə paylaşacağam. Sonra başa düşdüm ki, sən bir hekayəyə sığacaq qız deyilsən axı
27 sentyabr"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova
Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas
10 oktyabrBayhan dinini dəyişib?
Uşaqlıq illərini Almaniyada keçirən türkiyəli müğənni Bayhan dinini dəyişdirməsi ilə bağlı iddialara aydınlıq gətirib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk tanıdığı dinin xristianlıq olduğunu bildirdikdən sonra müzakirələrə səbəb olan sənətçi yanlış anlaşıldığını vurğulayı
17 oktyabr