Məktəbdə RƏZALƏT: "Paltar ala bilmədim, qızımı dərsdən qovdu"

Məktəbdə RƏZALƏT: "Paltar ala bilmədim, qızımı dərsdən qovdu""Mənə dedi kimə şikayət edirsən, et, heç kimdən qorxmuram. Çətin idi mənim maaş almağımı gözləmək?"

Bu sözləri Lent.az-a Goranboy rayonu Səfikürd kəndində yaşayan Şəhruz Əsədov deyir.

Sizcə, şagirdi forma almağa pulu olmadığı üçün məktəbdən qovmaq olarmı?

Sən demə, Səfikürd kənd orta məktəbində olurmuş...

Goranboy rayonu Səfikürd kənd orta məktəbinin direktor əvəzi Lamiyə Abışova ətək almağa pulu olmadığı üçün məktəbə şalvarla gələn 6-cı sinif şagirdini dərsdən kənarlaşdırıb. Sinif yoldaşlarının yanında qızı ağladaraq dərsdən çıxaran direktor onu forma almasa, məktəbə buraxmayacağını deyib.

Qızın atası Şəhruz Əsgərov deyir ki, ayın axırı maaş alanda qızına ətək alacaqmış:

"Qızımın ətəyi qısa olduğu üçün geyinə bilmirdi. Bu səbəbdən məktəbə şalvarla göndərdim. Şalvarla məktəbə getdiyinə görə, direktor qızımdan "Niyə formasız gəlmisən" deyə soruşub. Qızımın "formam yoxdur" cavabına direktor "get, qonşudan al, geyin, sonra dərsə gəl" deyib. Uşaq da ağlaya-ağlaya evə gəldi".

Belə olduğu halda, ata direktordan xahiş edib ki, bir müddət, yəni əmək haqqı alanacan qızını yola versin:

"Mən maaşımı almamışdım. Ona görə də qızıma forma ala bilmirdim. Amma bu xahişimi direktor saymadı. Səhəri gün məktəbə gedən qızımı yeni geri qaytardı. Mən bir daha zəng edib xahiş etdim. Direktor isə bütün bunların ona maraqlı olmadığını, formasız dərsə buraxmayacağını dedi. Mən də ona məsul şəxslərə şikayət edəcəyimi deyəndə, kimə şikayət edirsən, et, heç kimdən qorxmuram cavabını verdi.
Qızım hələ də məktəbə getmir. Özünə qapanıb, psixoloji sarsıntı keçirib. Bu qədər çətin idi mənim maaş almağımı gözləmək?".

Məsələ ilə bağlı Lent.az məktəbin direktor əvəzi Lamiyə Abışova ilə əlaqə saxlayıb.

Direktor həmin şagirdin məktəbli formasının olduğunu iddia edir:

"Mən o ailənin maddi durumunun aşağı olduğunu bilmirdim. İnanın, mən bu il 8 uşağa öz büdcəmdən məktəb forması almışam. Əgər mənə maddi durumunun aşağı olduğunu desə idi, mən hamıdan xəbərsiz ona forma alardım.

Həm də qızın forması var. Sentyabrda da bütün şagirdlər kimi məktəbə forma ilə gəlib. Daha sonra forma geyinmədi. Dəfələrlə həmin ailəyə xəbərdarlıq etdim. Aprelin 15-ə qədər də vaxt var idi. Bu tarixdən sonra məktəbə formasız gələn şagirdlər tədris binasına daxil ola bilməyəcəkdilər.

Valideyn şər atır. O, mənə dedi ki, uşağa forma geyindirməyəcəm".

Goranboy rayon Təhsil Şöbəsindən bildirilib ki, direktorun və valideynin izahatı alınıb:

"Məsələ ilə bağlı araşdırma aparılır. Onların izahatı alınıb".
Məktəbdə RƏZALƏT: "Paltar ala bilmədim, qızımı dərsdən qovdu"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1356   Tarix: 28 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

7 noyabr
.

SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər

7 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Metronun iş rejimi 4 günlük dəyişdirilir

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini

7 noyabr