MTN generalının məhkəməsində şahid danışdı: "100 min pul vermisən, səsin buraları götürüb"

MTN generalının məhkəməsində şahid danışdı: "100 min pul vermisən, səsin buraları götürüb"Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

"Qafqazinfo" xəbər verir ki, ötən prosesdə zərərçəkən Elvar Əliyevin ifadəsi üzrə şahid qismində Elman Əhmədov ifadə verib.

"Sədərək" bazarında sahibkarlıqla məşğul olan Elman Əhmədov bildirib ki, o Elvar Əliyevlə dostluq etdiyi üçün həbs olunub:

"Mənim heç bir cinayətim yox idi. Onlar Elvar Əliyevi həbs etmişdilər. Mən də onunla dostluq etdiyim üçün heç bir cinayətim olmadan həbs olundum. 3 ay MTN-də qanunsuz saxlanıldım. Həmin müddətdə qardaşım oğlundan azad edilməyim üçün hədə-qorxu ilə 160 min manat alıblar. Azadlığa çıxandan 10 gün sonra müstəntiq Fuad mənə zəng elədi, MTN-ə çağırdı. Xidməti otağında bir nəfər də vardı. Əynindəki geyimindən bildim ki, prokurorluq işçisidir. Onun yanında Fuad mənə azadlığa çıxmağım üçün ödədiyim məbləği açıqlamağımı istədi. Söhbətdən belə anladım ki, Baş Prokurorluqla MTN arasında məndən alınan pulun bölgüsünə görə mübahisə yaranıb. Bunlar da məni çağırıb prokurorluq işçisinin yanında pulun məbləğini soruşur, özlərini təmizə çıxarırlar. Rəqəmi dəqiqləşdirəndən sonra Fuad mənə dedi ki, gedə bilərsən. Elvarın azad edilməsi üçün 80 min, Hacı Seyrandan 100 min, Natiqdən 250 min, Etibardan 209 min manat aldılar. O vaxt bizi həbs edərkən "Sədərək"də fəhlə işləyən Balaşirini də tutmuşdular. Bizim pulumuzu alıb girovluqdan azad edəndə Balaşirinin pulu olmadı. Buna görə də Balaşirini MTN-də 6 ay heç bir əsas olmadan girov saxladılar. Sonda gördülər ki, fəhlədir, pulu yoxdur, məcbur olub azad etdilər".

Məhkəmədə dövlət ittihamçısı (prokuror) əli ilə öz mundirini göstərib şahidə "həmin şəxsin geyimi belə idi?" sualını verib. Elman Əhmədov geyimlərin eyni olduğunu təsdiqləyib.

Fotoda: Mövlam Şıxəliyev
MTN generalının məhkəməsində şahid danışdı: "100 min pul vermisən, səsin buraları götürüb"Daha sonra zərərçəkmiş Rauf Həsənovun ibtidai istintaqa verdiyi ifadə elan olunub. Məlum olub ki, o qızıl alveri ilə məşğul olduğu üçün MTN tərəfindən telefonları dinlənilib. Daha sonra həbs edilərək buraxılması üçün 300 min dollar tələb olunub:

"Pulu çətinliklə düzəldib verdim. Yarım saat sonra Yasin zəng etdi ki, 200 dollar çatmır. Çatışmayan 200 dolları tapıb verdim. MTN dağılandan sonra 300 min dolları qaytarıblar".

Digər zərərçəkən Qulam Bağırov məhkəmədəki ifadəsində deyib ki, 2008-ci ildə tanışı Günayla Nigeriya vətəndaşlarına səyahət çekləri veriblər:

"Sahib Ələkbərov MTN-də hədə-qorxu gələrək məni həbs edəcəyini bildirdi. 200 min manat pul tələb etdi. Dedim ki, evimdə 5 min var, o pulu verim. Sahib əsəbiləşərək "bura polis bölməsi deyil, bunu mənə təklif edirsən" dedi. Bundan sonra Sahib üzərinə mənim adım yazılmış CD-ni kompüterə daxil etdi. Mənim səs yazılarımı dinlətdi. Başa düşdüm ki, həqiqətən də MTN tərəfindən nəzarətdəyəm. O zaman "Azərtuneltikinti"nin İran üzrə filial müdiri idim. İranda keçiriləcək layihə ilə bağlı Astaraya gedərkən yolda məni MTN əməkdaşları saxladı. Bakıya gətirib həbs etdilər. Azadlığa çıxanda öyrəndim ki, qardaşım bunun üçün Sahibə 135 min dollar verib. Qardaşım faizə pul götürüb məni azad etdirmişdi. Faizə alınan pulları qaytara bilmədiyimizə görə qardaşım həbs olundu. 3 il 8 ay həbsdə qaldı. Anam dünyasını dəyişdi. MTN binasına gedib Sahib Ələkbərovla görüşdüm. Səs-küy düşdü. Dedim ki, pulu qaytar, məni həbs elə. Sahib Ələkbərov and içdi ki, "pulun "loşadinıy" dozası - 80 min dolları Mövlam Şıxəliyevə çatıb. 20 min dolları mənim əziyyət pulumdur, 10 min dolları ekspertə vermişəm". Dedilər ki, "camaat bura 1 milyon dollar pul verir, səsi çıxmır. 100 min pul vermisən, səsin buraları götürüb". Məni MTN binasından çölə çıxardılar".

Proses mayın 10-da davam etdiriləcək.

Qeyd edək ki, Mövlam Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 32 zərərçəkmiş var.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1746   Tarix: 28 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

7 noyabr
.

SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər

7 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Metronun iş rejimi 4 günlük dəyişdirilir

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini

7 noyabr