Prezident: "İşğal müddətində Kəlbəcər, Laçın, Şuşada qeyri-qanuni məskunlaşdırma proqramları həyata keçirilib"
"Bu cür ənənəvi görüşlər bizim planlarımızı və məqsədlərimizi, görülən işləri beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından çox əhəmiyyətlidir".
Sonxeber.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev ADA Universitetindən keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib:
"Biz 30 il müddətində işğala məruz qalmışıq, sizin gördükləriniz bunun ən yaxşı bariz nümunəsidir".
İlham Əliyev deyib ki, Ermənistanın işğal müddətində həyata keçirdiyi kütləvi dağıntılar təkcə Birinci Qarabağ müharibəsinin deyil, eyni zamanda barbarlığın və vandallığın nəticəsidir.
"Bizim kəndlərimiz, əksər şəhərlərimiz dağıdılıb. İşğal müddətində Kəlbəcər, Laçın, Zəngilan, Şuşada qeyri-qanuni məskunlaşdırma proqramları həyata keçirilib – Ermənistan hökumətinin sponsorluğu ilə. Biz sizə Qarabağda, Şərqi Zəngəzurda görülən işlər haqqında məlumat vermişik", - deyə İlham Əliyev söyləyib.
Dövlət başçısı bildirib ki, aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1446 Tarix: 29 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - Siyahı
Prezident İlham Əliyev Media nümayəndələrinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, Azərbaycanda medianın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:. "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"
5 noyabrAzərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi
6 noyabr"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasınd
6 noyabrZəfərin təməlində dayanan milli birlik və xalq həmrəyliyi
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin əsas dayaqlarından biri xalqımızın nümayiş etdirdiyi misilsiz birlik və həmrəylik oldu. "Dəmir yumruq" ifadəsi yalnız hərbi gücün deyil, dövlətin, xalqın və ordunun vahid məqsəd ətrafında birləşməsinin rəmzinə çevrildi. Azərbayca
6 noyabrİlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu
6 noyabr