"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto
"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib.
BiG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və digər qonaqlar iştirak ediblər.
Şənliyin ən yaddaqalan məqamlarından biri uşaqların hazırladıqları rəngarəng bayram proqramı olub. Onların çıxışları, əl işlərindən ibarət yaradıcılıq nümunələri və səmimi təqdimatları qonaqlar tərəfindən böyük maraq və sevgi ilə qarşılanıb.
Çin tərəfindən mərkəzə hədiyyə olunan avadanlıqların təqdimatı isə mərasimin mühüm hissəsini təşkil edib. Yeni avadanlıqlar mərkəzin maddi-texniki imkanlarının genişləndirilməsinə, uşaqların gündəlik qayğısı üçün yaradılmış şəraitin daha da yaxşılaşdırılmasına töhfə verəcək.
Hər bir uşağın eşidildiyi, anlaşıldığı, sevildiyi və özünü təhlükəsiz hiss etdiyi mühitin yaradılması dövlətimizin uşaq siyasətinin və sağlam cəmiyyət quruculuğunun əsas istiqamətlərindəndir.















Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 128 Tarix: 07 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!
Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir
6 noyabrPrezident Ağdamda zeytun ağacı əkdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub. "Qafqazinfo" xəbər verir ki, "Aqroinkişaf 2017" MMC-nin direktoru Ruslan Sadıxov dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib. Bildirildi ki, şirkət tərəfində
7 noyabr"Cəmi 6 ilə 100 minə yaxın insan köçürmüşük"
"Biz müharibədə Qələbə qazanmışıq. Sülh şəraitində yaşayan xalqımız da qurub-yaradır". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinə köçən sakinlərlə görüşdə bildirib. "Ermənilər 30 il bu torpaqları vira
6 noyabrPrezidentin sakinlə zarafatı - "Qonşuyuq?"
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev
6 noyabrZəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
6 noyabr