Narkotik istifadəsi ilə bağlı yeni qanun narkomaniyanı artıracaq? - AÇIQLAMA

Narkotik istifadəsi ilə bağlı yeni qanun narkomaniyanı artıracaq? - AÇIQLAMA"Milli Məclisin ötən iclasında narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniya ilə mübarizənin gücləndirilməsi məqsədi ilə Cinayət Məcəlləsinə dəyişiklik layihəsini qəbul etdik".

Bu sözləri Sonxeber.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.
Narkotik istifadəsi ilə bağlı yeni qanun narkomaniyanı artıracaq? - AÇIQLAMAOnun sözlərinə görə, bu, qanunvericilik səviyyəsində çox mütərəqqi bir addım hesab edilməlidir:

"Bildiyiniz kimi, bizim qanunvericiliyimiz narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinə iki prizmadan - satış üçün və satış məqsədi olmadan bu əməlin törədilməsi formatında yanaşır.

Bu günə qədər qanunvericilikdə satış məqsədi olmadan, yalnız "şəxsi istehlak miqdarından artıq" miqdar nəzərdə tutulurdu. Yəni məqsəd satış deyilsə, hər kəsə eyni yanaşım var idi və bu da, təbii ki, ədalətli yanaşma ola bilməz.

Dəyişikliklə isə biz satış məqsədi olmadan, "xeyli", "külli" və "xüsusilə külli" miqdar formatını müəyyən etdik.

Müqayisə üçün qeyd edim ki, əvvəllər satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulurdu.

Dəyişikliklə isə satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin "külli" və "xüsusilə külli" miqdarına görə sanksiyaları 15 ilədək müddətə azadlıqdan məhrum etməyə qədər sərtləşdirdik.

Həmçinin, dəyişikliklə "xeyli" miqdardan aşağı miqdar isə inzibati xəta kimi qiymətləndiriləcək. Bu məqsədlə İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edərək "şəxsi istehlak miqdarında" sözləri "az miqdarda" sözləri ilə əvəz edildi.

Yəni bu o demək deyil ki, kimsə az miqdarda narkotik vasitə və psixotrop maddəyə görə cəzasız qalacaq. Belə şəxslər də inzibati məsuliyyətə cəlb ediləcəklər.

Habelə, başqa bir dəyişiklik bu oldu ki, Məcəlləyə 234.4.4. maddəni əlavə edərək bu tip cinayətlərin KİV-dən, o cümlədən internet informasiya ehtiyatları və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsinə görə 5 ildən 12 ilədək müddətə, bu əməllər xüsusilə külli miqdarda törədildikdə isə 10 ildən 17 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən etdik.

Qeyd edim ki, dəyişiklikləri qəbul etsək də, hələlik qüvvədə deyil və yalnız yaxın zamanlarda narkotik vasitələrin və ya psixotrop maddələrin miqdarlarını müəyyən edən yeni bir qanun qəbul edildikdən sonra həmin normativ hüquqi aktla eyni gündə qüvvəyə minəcək".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2281   Tarix: 29 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

7 noyabr
.

SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər

7 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Metronun iş rejimi 4 günlük dəyişdirilir

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini

7 noyabr