"Sui-istifadə etməyin, amma havanız çatmayanda deyin" - Bakı metropoliteni rəsmisindən AÇIQLAMA
Havaların isinməsi nəqliyyatda ənənəvi problemi gündəmə gətirir. Sərnişinlər xüsusilə yeraltı nəqliyyatda havasızlıqdan şikayətçidir.
Gündəlik metrodan istifadə edən sərnişinlərin sayının çoxluğu və havalandırma məsələsini yenidən gündəmə gətirir. Bir stansiyadan digərinə çatana qədər sərnişin sıxlığı nəfəs almağı demək olar ki, çətinləşdirir.
Belə bir sual yaranır ki, metroda havalandırma sistemlərinin təkmilləşdirilməsi bu problemin azalmasına, ən yaxşı halda tamamilə aradan qaldırılmasına kömək olacaq, yoxsa yox?
Metroda havalandırma məsələsi ilə bağlı şikayətlərə cavab verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, havalandırma avtomatik qoşulu olur və avtomatik tənzimlənir:
"Məsələn, qapılar açılıb-bağlananda içəri isti hava kütləsi daxil olur və avtomatik sistemin tənzimləməsi bir qədər vaxt aparır. Belə olanda sərnişinlər maşinist rabitəsi ilə əlaqə saxlayıb, kondisioner sisteminin tənzimləməsini ondan istəyə bilərlər. Fikir vermisinizsə, bu məsələ yalnız üzü yaya doğru daha çox səslənir. Çünki bu, mövsümi xarakter daşıyır. 2019-cu ildə, yadınızdadırsa, ictimaiyyətə bu barədə ətraflı məlumatlar verirdik. Əsasən də teleradio vasitəsilə. Çünki ənənəvi, elektron və sosial media müraciətlərindən sonra neqativ hallar çox yaşanırdı.
Maşinist rabitəsi ilə yalnız xüsusi, zəruri, qaçılmaz, fövqəladə və s. hallarda əlaqə saxlanılması arzuolunandır. Sərnişinlərdən xahiş edirik ki, maşinist rabitəsindən sui-istifadə hallarına yol verilməsinlər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1830 Tarix: 29 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabr"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
6 noyabrƏrzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,
7 noyabrSOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər
7 noyabrQazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta
6 noyabrMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrMetronun iş rejimi 4 günlük dəyişdirilir
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini
7 noyabr