Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.az-a verilən məlumata görə, aprelin 30-u saat 10:30-a olan məlumata əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, dolu düşüb, səhər saatlarında Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağıb.
Düşən yağışın miqdarı Göygöldə 25.0 mm, Sarıbaşda (Qax) 13.0 mm, Zaqatalada 12.0 mm, Balakən, Oğuzda 8.0 mm, Daşkəsəndə 7.0 mm, Gədəbəydə 5.0 mm, Kişçay (Şəki), Şahbuzda 4.0 mm, Qrız, Lerik, Culfada 3.0 mm, Qəbələ, Şəki, Gəncə, Mingəçevir, Qusarda 2.0 mm, Naxçıvan, Şərur, Ordubad, Ağdərə, Naftalan, Şəmkir, Tovuz, Xaltan, Tərtər, Bərdə, Yevlax, İmişli, Yardımlı, Lənkəranda 1.0 mm-dək olub.
Saat 13:25 radələrində Gədəbəy rayonu ərazisinə, saat 13:35 radələrində isə Maarif və Daşbulaq kəndlərinə (Gədəbəy) yağışla birlikdə xırda dənəli dolu düşüb.
Aprelin 29-u gün ərzində şimal-qərb küləyi arabir Naftalanda 20 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib.
Havanın maksimal temperaturu aprelin 29-da Bakıda iqlim normasından 7.0° yüksək olub, Bakıda və Abşeron yarımadasında 24-29° isti, Naxçıvan MR-da 21-28° isti, dağlıq rayonlarda 12-18° isti, aran rayonlarında 27-32° isti olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1230 Tarix: 30 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrBu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabrİntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabr9 gün iş olmayacaq
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar
11 noyabrBakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10 noyabr